SİA-nın dünən də yazdığı kimi, Almaniyanın “Rheinmetall” müdafiə konserni Aşağı Saksoniyada Avropanın ən böyük belə obyekti olan yeni silah və partlayıcı maddələr zavodu açıb.
Açılış mərasimində NATO-nun baş katibi Mark Rutte, Rheinmetall şirkətinin baş direktoru Armin Papperger və Almaniyanın müdafiə naziri Boris Pistorius iştirak ediblər.
…Pistoriusun sözlərinə görə, zavod Ukraynaya dəstək üçün əsas element və Almaniyanın silah istehsalını sürətləndirməyə hazır olduğuna işarə olacaq.
…Əsas odur ki, biz daha sürətli hərəkət edə biləcəyimizi və istəyirik. Bunlar Ukrayna silahlı qüvvələrinin gücləndirilməsi üçün vacib siqnallardır, – nazir qeyd edib.
2027-ci ildən zavod hər il 350 000 patron istehsal etməyi planlaşdırır.
Rheinmetall həmçinin Şərqi və Cənub-Şərqi Avropada sursat və partlayıcı maddələr üçün istehsal müəssisələri tikməyi də nəzərdən keçirir ki, bu da Almaniyanın Ukraynanı təchiz etmək və NATO ehtiyatlarını artırmaq öhdəliyini vurğulayacaq.
Nazir Ukrayna qoşunları ilə uğurlu əməkdaşlığı qeyd edərək, onların çevikliyini və uyğunlaşma qabiliyyətini yüksək qiymətləndirib.
“Taurus” uzaqmənzilli raketlərinin mümkün tədarükü ilə bağlı suala isə Pistorius birbaşa cavab verməyib, yalnız bu məsələnin “müzakirə edilə biləcəyini” qeyd edib.
Əli Babayev