…SİA-nın məlumatına görə, Rusiyada, Samara vilayətində yerləşən neft emalı zavodunda pilotsuz təyyarələrin gecə hücumu nəticəsində baş verən yanğın davam edir.
Bu barədə yerli sakinlərə istinadən Astra Telegram kanalı məlumat yayıb.
…Kuybışev Neft Emalı Zavodunun ərazisində iki yanğın görünür, – yayımlanan kadrların şərhində deyilir.
Avqustun 28-də səhər saatlarında Samara vilayətinin qubernatoru PUA-nın reydini şərh edərək, “baş verən yanğının ən qısa müddətdə söndürüldüyünü”, fövqəladə hallar xidmətlərinin isə hücumun “nəticələrini tez və səmərəli şəkildə aradan qaldırdığını” iddia edib.
Lakin o, dəqiq harada və nəyin alovlandığını açıqlamayıb. …Avqustun 28-nə keçən gecə pilotsuz təyyarələr Rusiyada iki neft emalı zavoduna – Krasnodar diyarındakı Afipski neft emalı zavoduna və Samara vilayətindəki Kuybışevski neft emalı zavoduna hücum edib.
Əli Babayev