…Rusiyanın bəzi regionlarında Aİ-95 markalı benzin yanacaqdoldurma məntəqələrindən yoxa çıxıb. Yanacaq qıtlığı Krımda, Xabarovskda və Primorsk diyarında müşahidə olunur.
Benzinin olmaması səbəbindən onun qiyməti qalxır. Hökumət tədbirlər görür, lakin indiyədək ciddi nəticə verməyib.
SİA-nın məlumatına görə, rusiyalı iqtisadçı Nataliya Prodanova yanacaq qıtlığının iqtisadiyyata və vətəndaşların həyatına necə təsir edəcəyindən danışıb.
Ekspert qeyd edib ki, tələb təklif yaradır.
Əgər təklif məhduddursa, o zaman qiymət qaçılmaz olaraq qalxır. Yanacağın da vəziyyəti eynidir.
…Yanacaqa tələbatın davam etməsi ilə onun çatışmazlığı qiymətlərin kəskin artmasına səbəb olur. Bəzi bölgələrdə Aİ-95 markalı benzinin qiyməti 1 litr üçün 100 rubldan bahadır. Bir çox özəl yanacaqdoldurma məntəqələrində yanacağın saxlanması və daşınması üçün inkişaf etmiş infrastruktur yoxdur və kifayət qədər ehtiyat yaratmayıblar. Ona görə də həmişə tələb olunan markalı benzinlə doldurmaq mümkün olmur. Bu, yanacağın litri 200-300 rubldan yüksək qiymətə satan satıcılar üçün sərfəlidir.
Prodanova “Moskva Region Today” internet nəşrinə izah edib.
Yaxın vaxtlarda bir çox yanacaqdoldurma məntəqələrində benzinin tükənəcəyi ilə bağlı yayılan xəbərlər vəziyyəti mürəkkəbləşdirir.
Yanacağın kartlarla verilməsinin məhdudlaşdırılması və limit qoyulması ilə bağlı da açıqlamalar verilir.
…Bu şayiələrin əksəriyyəti şayiə olaraq qalır. Baxmayaraq ki, ölkədə yanacaq qıtlığı problemini inkar etmək düzgün olmazdı. Vəziyyət ağırdır və dövlətin xüsusi nəzarətindədir. Müəyyən dərəcədə ixracı məhdudlaşdırmaqla yanacağın qıtlığını azaltmaq olar. Yanacağın yüksək qiyməti artıq FAS əməkdaşlarının diqqətini cəlb edib.
Bunu da Prodanova əlavə edib.
İqtisadçı oktyabra yaxın vəziyyətin sabitləşəcəyini ehtimal edib.
…Yaxın gələcəkdə bir çox avtomobil sahibləri üçün ictimai nəqliyyatdan istifadə daha sərfəli ola bilər. Lakin sistemli və uzunmüddətli yanacaq böhranı haqqında danışmaq hələ tezdir.
Bunu da rusiyalı iqtisadçı bildirib.
Əli Babayev