Leyla və Arzu Əliyevalar Bilgəhdə təmizlik aksiyasında iştirak ediblər

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Bilgəhdə sahilyanı təmizlik aksiyasında iştirak ediblər. SİA xəbər verir ki, IDEA İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən aksiyada yüzdən çox könüllü iştirak edib. İməcilik zamanı toplanılan beş tona yaxın tullantı “Təmiz Şəhər” ASC-nin Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil verilib. Aksiyanın əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək və insanları dənizətrafı mühitin mühafizəsi uğrunda birgə səylərə cəlb etməkdir. Qeyd edək ki, Xəzər dənizinin və Qafqaz regionunun digər su hövzələrinin…

Daha çox

Rus məktəblini stadionda vəhşicəsinə döyüblər…

…Kalininqrad vilayətində məktəbli qız vəhşicəsinə döyülüb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Amber Mash Telegram kanalı məlumat yayıb. Telekanalın məlumatına görə, Qusevdəki stadionda qızın üzündən, başından zərbələr endirilib, saçları yolunub. Qurbanın qışqırtılarını yeniyetmələrin gülüşü boğub. Yoldan keçən bir nəfər baş verənləri görüb və döyülməyə mane olmağa çalışıb. Lakin qurbanı sadəcə olaraq stadiondan borulara aparıblar və döyməyə davam ediblər. Orada gülən müşahidəçilər artıq işgəncəni kəsmişdilər. Polis bütün iştirakçıları müəyyənləşdirib, araşdırma aparılır. …Bundan əvvəl Moskvada yeni doğulmuş körpəsini tualetə atan anaya qarşı iş açılıb. Nazlı Almuradova

Daha çox

Putin Paşinyanla görüşüb…

SİA-nın məlumatına görə, TASS xəbər verir ki, Pekində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Hər iki lider rəsmi proqramı sentyabrın 1-də başlayacaq ŞƏT-in Tyantszin forumunda iştirak edir. Bu görüş Rusiya prezidentinin Çinə dördgünlük səfəri cədvəlində nəzərdə tutulmayıb. İki lider arasında keçiriləcək danışıqların gündəliyi açıqlanmayıb. Bundan əvvəl Paşinyan eyni vaxtda Avropa Birliyində olmağın mümkünsüzlüyünə görə Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxmasına icazə verib. İyulda Avropa diplomatiyasının rəhbəri Kaya Kallas demişdi ki, Brüssel Yerevanla münasibətləri mümkün qədər dərinləşdirməyə hazırdır. Əli Babayev

Daha çox

Krımda rusların sərhəd postu və kazarmalarına hücum olub…

Rusların itkilərinin tam siyahısı… …Ukrayna Müdafiə Qüvvələrinin avqustun 30-da müvəqqəti işğal olunmuş Krıma təşkil etdiyi iddia edilən kütləvi hücum nəticəsində ən azı bir Rusiya helikopteri məhv edilib, 6 kater zədələnib. SİA xəbər verir ki, bu barədə bazar günü, avqustun 31-də mənbələrə istinadən Astra məlumat yayıb. Şənbə günü səhər saatlarında işğal olunmuş Simferopoldakı hava limanı pilotsuz təyyarələrin hücumuna məruz qalıb – azı iki PUA onların hədəfini vurub. Dronlardan birinin hərbi Mi-8 helikopterini tamamilə məhv etdiyi məlum olub. Həmçinin avqustun 30-da səhər saatlarında Ukraynanın Neptun raketləri Rusiya sərhəd…

Daha çox

Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimi keçirilib

44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn polkovnik-leytenant Yaşar Sadıqovun və əsgər Mirağa Əliyevin, həmçinin Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində 2023-cü il mayın 12-də şəhid olan əsgər Məhəmməd Qarayevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən anım tədbirində əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Anım mərasimində çıxış edənlər polkovnik-leytenant Y.Sadıqovun, əsgər M.Əliyevin və əsgər M.Qarayevin qısa, lakin…

Daha çox

Trampın oğlu prezidentliyə namizəd ola bilər

Ağ Ev rəhbəri Donald Trampın oğlu Erik Tramp gələcəkdə ABŞ Prezidenti postuna namizəd ola biləcəyini istisna etməyib. SİA xəbər verir ki, E.Tramp bu barədə Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində deyib. “Mən “yox” demirəm, amma “hə” də demirəm”, – o bildirib. E.Tramp hazırda “World Liberty Financial” kriptovalyuta şirkətini idarə edir. Trampın özü avqustun 5-də bildirib ki, böyük ehtimalla bir daha prezident seçkilərində iştirak etməyəcək. ABŞ Konstitusiyası eyni şəxsin iki dəfədən artıq dövlət başçısı vəzifəsinə seçilməsini qadağan edir.

Daha çox

Yevlax rayonundan olan şəhid ailələri Ağdam, Xankəndi və Şuşaya səfər ediblər

Yevlax rayonundan olan şəhid ailələrinin işğaldan azad edilmiş Ağdam rayonuna, Xankəndi və Şuşa şəhərlərinə səfəri təşkil edilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, səfər zamanı şəhid ailələri Ağdam Şəhidlər Xiyabanını, Şuşa qalasını, Cıdır düzünü, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Şuşa şəhər Şəhidlər Xiyabanını, Yuxarı Gövhər Ağa məscidini, İsa bulağını, Xankəndidə mərkəzi parkı, Qarabağ Universitetini, Əsgəran qalasını və digər yerləri ziyarət edib, işğaldan azad olunmuş ərazilərdə aparılan böyük quruculuq işləri ilə tanış olublar. Şəhid ailələrinin üzvləri bu ziyarətin Vətən uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsinə ehtiramın ifadəsi olduğunu qeyd edərək, göstərilən yüksək…

Daha çox

Qara dənizdə yük gəmisi minaya düşdü

Qara dənizdə mülki gəmi minaya düşüb. SİA xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin spikeri Dmitri Pletençuk məlumat verib. Onun sözlərinə görə, partlayış zamanı heyət üzvləri arasında xəsarət alan olmayıb: “Hazırda gəmiyə baxış keçirilir. Ola bilsin ki, gəmi hərəkətə davam edəcək”. Ukrayna Teleqram kanallarının məlumatına görə, minaya güşən Beliz bayrağı altında üzən “NS Pride” adlı yük gəmisidir.

Daha çox