Azərbaycan Prezidenti İlham Əliyev Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimə milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb. SİA xəbər verir ki, təbrikdə deyilir: “Əlahəzrət, Malayziyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və arzularımı çatdırıram. Xoş ənənələr üzərində qurulan Azərbaycan-Malayziya dövlətlərarası əlaqələrinin, qarşılıqlı inam və dəstəyə əsaslanan əməkdaşlığının inkişafı və genişlənməsi məmnunluq doğurur. Əminəm ki, xalqlarımızın iradəsinə uyğun olaraq ölkələrimiz arasında dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da yüksələn xətt…
Daha çoxDay: August 31, 2025
Rusiya Zaporojyeni vurdu
Rusiyanın şənbə günü gecə saatlarında Ukraynanın Zaporojye vilayətinə hücumu nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə Zaporojye Şəhər Şurasının katibi Reqina Xarçenko bildirib. Onun sözlərinə görə, dağıntıların təmizləməsi işləri davam edir. Kommunal xidmətlər artıq 100 tondan çox zibil çıxarıb. Daha əvvəl xəbər verilib ki, Rusiya ən kütləvi zərbəni şənbə gecəsi Zaporojyeyə endirib. Regionun 15 yaşayış məntəqəsinə 613 zərbə endirilib. Həmin vaxt bir nəfərin öldüyü, 21 nəfərin yaralandığı bildirilirdi.
Daha çoxAzərbaycan-Malayziya əməkdaşlığının genişlənməsi məmnunluq doğurur
Xoş ənənələr üzərində qurulan Azərbaycan-Malayziya dövlətlərarası əlaqələrinin, qarşılıqlı inam və dəstəyə əsaslanan əməkdaşlığının inkişafı və genişlənməsi məmnunluq doğurur. SİA xəbər verir ki, bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin Malayziyanın Kralı Sultan İbrahimə bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə ünvanlandığı məktubda yer alıb. Dövlətimizin başçısı İlham Əliyev məktubunda Kral Sultan İbrahimi və Malayziya xalqını öz adından və Azərbaycan xalqı adından təbrik edərək bildirib: “Əminəm ki, xalqlarımızın iradəsinə uyğun olaraq ölkələrimiz arasında dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və…
Daha çoxÇin və Azərbaycan hər zaman bir-birini dəstəkləyib
Azərbaycan və Çin arasında dostluq və tərəfdaşlıq əlaqələri var. SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Hikmət Hacıyev deyib ki, bu münasibətlər bu il Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində imzalanmış strateji tərəfdaşlıq sənədi əsasında inkişaf etməkdədir: “Bu gün Azərbaycan-Çin əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. Mən xüsusən iqtisadi-ticari əlaqələri qeyd etmək istəyərdim, biz bu sahədə 40 faiz artımı müşahidə edirik. Həmçinin nəqliyyat sahəsində əlaqələri qeyd etmək istəyərdim. Azərbaycan üzərindən keçən və…
Daha çoxƏrdoğan Çinin Tiencin şəhərinə səfər edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Şurasının 25-ci Zirvə Toplantısında iştirak etmək üçün Çinin Tiencin şəhərinə səfər edib. SİA Türkiyə KİV-ə istinadən xəbər verir ki, Prezident Ərdoğanı Binhay Beynəlxalq Hava Limanında Çinin dövlət naziri Ley Haycao, Türkiyənin Pekindəki səfiri Səlçuk Ünal və səfirliyin əməkdaşları qarşılayıblar. Ərdoğan ilə xanımı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, xəzinə və maliyyə naziri Mehmet Şimşək, müdafiə naziri Yaşar Gülər və digər rəsmilər də səfərdə iştirak edir. Türkiyə lideri Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin…
Daha çoxAzərbaycanla Ermənistan arasında artıq sülh bərqərar olub
Azərbaycan ilə Ermənistan arasında normallaşma və sülh gündəliyi üzrə danışıqlar ikitərəfli əsasda aparılır. SİA xəbər verir ki, bunu Çinin Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə keçirdiyi görüşdə deyib. Prezident İlham Əliyev qeyd edib ki, artıq iki ölkə arasında sülh bərqərar olub.
Daha çoxPutinin təyyarəsi Tiencin şəhərinə endi
Rusiya prezidenti Vladimir Putinin təyyarəsi Çinin Tiencin şəhərindəki Binhay hava limanına enib. SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Putin dörd gün Çində qalacaq. Rusiya dövlət başçısı Çin Xalq Respublikasının sədri Si Cinpinin dəvəti ilə iki şəhərə – Tiencin və Pekinə səfər edəcək. Avqustun 31-də axşam Meijiang Beynəlxalq Konqres və Sərgi Mərkəzində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti başlayacaq. Sammitdə Rusiya prezidenti də iştirak edəcək. Şanxay Əməkdaşlıq Təşkilatı(ŞƏT) 2001 – ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan liderləri tərəfindən Şanxayda yaradılmış beynəlxalq təşkilatdır. Terrorizm, ekstremizm və narkotiklərin…
Daha çoxÇin Azərbaycanın suveren inkişaf modelini dəstəkləyir
Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün təmin olunması istiqamətində birbaşa dialoq əhəmiyyətlidir. SİA xəbər verir ki, bunu Çinin Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə Çin Xalq Respublikasının Sədri Si Cinpin deyib. O, Azərbaycanın suveren inkişaf modelinin Çin tərəfindən dəstəkləndiyini vurğulayıb, Çinin başqa ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə sadiq olduğunu qeyd edib.
Daha çoxRusiya Baxmut ssenarisini burada da tətbiq edir
Rusiyanın işğalçı qoşunları Donetsk vilayətinin Dobropolye istiqamətində uğursuzluqdan sonra diqqətlərini Pokrovsk və Mirnoqrad rayonunda yerləşən Ukrayna qarnizonunun təminat yollarını kəsməyə yönəldiblər. SİA xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Vladislav Seleznyov deyib. Onun sözlərinə görə, ruslar həmin istiqamətdə çox böyük həcmdə resurslardan istifadə edirlər: “Son bir neçə ay ərzində ən çox döyüş toqquşmaları, adətən, məhz Pokrovsk–Mirnoqrad istiqamətində baş verir. Düşmən Ukrayna qüvvə və vasitələrinin tam şəkildə operativ mühasirəsini həyata keçirməyə çalışır. Bu məqsədlə Ukraynanın öz müdafiəçilərinə lazım olan hər şeyi çatdırdığı, mülki əhalini həmin yaşayış məntəqələrindən təxliyə etdiyi və yaralı…
Daha çoxUkrayna PUA-sı Rusiyada ticarət obyektini vurdu
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod şəhərində ticarət obyektinə zərbə endirib. SİA xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Teleqram kanalında məlumat verib. Obyektə PUA ilə zərbə endirilib. Tələfat barədə məlumat verilməyib.
Daha çox