Avqustun 31-də Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü olub. SİA xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin birgə foto çəkdirdilər. Prezident İlham Əliyevi “mənim əziz dostum” deyərək salamlayan Çin Xalq Respublikasının Sədri Si Cinpin dövlətimizin başçısına onun dəvətini qəbul edərək “ŞƏT plyus” formatında Zirvə toplantısında, həmçinin Çinin xarici hərbi müdaxilə və faşizm üzərində qələbəsinin 80 illiyi münasibətilə keçiriləcək təntənəli tədbirlərdə və hərbi paradda iştirakına görə təşəkkürünü bildirdi. Si Cinpin Azərbaycan ilə Çin…
Daha çoxDay: August 31, 2025
Tramp ABŞ-da seçki saxtakarlığı ilə mübarizə üçün fərman imzalayacağını bildirib
ABŞ Prezidenti Donald Tramp ölkədə seçki saxtakarlığının qarşısının alınması üçün bir sıra tədbirləri nəzərdə tutan fərman imzalamaq niyyətindədir. SİA xəbər verir ki, Amerika lideri bu barədə “Truth Social” hesabında məlumat verib. “Hər seçkidə seçici vəsiqələri olmalıdır. İstisna yoxdur! Bununla bağlı fərman imzalayacağam! Ağır xəstələr və ya uzaq məsafədə olan hərbi qulluqçular istisna olmaqla, poçtla səsvermə yoxdur. Yalnız kağız bülletenlər”, – deyə Tramp qeyd edib. Vaşinqton administrasiyasının rəhbəri ABŞ seçki sistemində islahatlar aparmaq və poçt vasitəsilə səsvermədən imtina etmək niyyətində olduğunu bildirib. O, bu metodun saxtakarlığa qarşı həssas olduğunu dəfələrlə vurğulayıb.…
Daha çoxBu gün 38 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında avqustun 31-də hava şəraiti yağmursuz olacaq. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman müşahidə olunacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-35 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 10-15° isti, gündüz…
Daha çoxTiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə görüşü keçirilib
Avqustun 31-də Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü keçirilib. SİA xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin birgə foto çəkdirdilər.
Daha çoxABŞ Prezidenti xarici siyasətdə Milli Təhlükəsizlik Şurasının rolunu minimuma endirib
ABŞ Prezidenti Donald Trampın dövründə Milli Təhlükəsizlik Şurasının (MTŞ) xarici siyasət qərarlarının qəbulunda rolu minimuma endirilib. SİA xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. Nəşrin yazdığına görə, Trampın rəhbərliyi altında MTŞ əməkdaşlarının sayı 400-dən 150-yə endirilib. ABŞ Prezidenti mayın 1-də milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolsu işdən çıxarıb və onun funksiyalarını Dövlət katibi Marko Rubioya təhvil verib. Qəzet qeyd edir ki, xarici siyasət prinsiplərinin işlənib hazırlanmasında və ABŞ Prezidentinin qərarlarının digər ölkələrin liderlərinin mövqeləri ilə əlaqələndirilməsində MTŞ-yə etibar edən əvvəlki prezidentlərdən fərqli olaraq, Tramp “kiçik bir…
Daha çoxFransada Makrona qarşı sağçı qüvvələrdən ibarət koalisiya yaratmağa çağırış edilib
Fransada Milli Birlik partiyasının lideri Jordan Bardella Prezident Emmanuel Makronun siyasətinə qarşı çıxan sağçı qüvvələrdən ibarət koalisiya yaratmaq təşəbbüsü ilə çıxış edib. SİA xəbər verir ki, o, fikrini BFMTV kanalına müsahibəsində bölüşüb. “Mən makronizmdə əriməmiş sağçı siyasətçilərə əl uzatmaq istəyirəm”, – deyə Bardella qeyd edib. Bu bəyanat sentyabrın 8-də Fransa Milli Assambleyasında Fransua Bayru hökumətinə etimad səsverməsi ərəfəsində verilib. Milli Birlik partiyasından olan deputatlar etimadsızlıq votumunu dəstəkləmək və hazırkı hökumətin istefasına səs vermək niyyətindədirlər. Bundan əvvəl Makron vaxtından əvvəl istefa vermək niyyətində olmadığını bildirib.
Daha çoxBelarusda KTMT təlimləri başlayır
Bazar günü Belarusda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ( KTMT ) çərçivəsində bir sıra təlimlər rəsmən başlayacaq. SİA xəbər verir ki, bu barədə “RİA Novosti” nəlumat yayıb. Təlimlər Vitebsk vilayətində keçiriləcək və manevrlər 6 sentyabra qədər davam edəcək. “Losvido” və “Lepelsk” poliqonları bu məqsədlə istifadə olunacaq. KTMT-nin Birləşmiş Qərargah rəisi Andrey Serdyukov bildirib ki, Kollektiv Operativ Reaksiya Qüvvələri (KORQ) ilə birgə keçiriləcək “Əməkdaşlıq–2025” təlimi təşkilat çərçivəsində əsas əməliyyat və döyüş hazırlığı tədbiri olacaq. Avqustun əvvəlində Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan etmişdi ki, “Qərb–2025” təlimlərinin respublikanın qərb sərhədindən ölkənin dərinliklərinə keçirilməsi qərara…
Daha çoxZelenski şərtini açıqladı
Rusiya ilə münaqişənin sonu atəşkəslə başlamalıdır. SİA xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında qarşıdurmaya son qoymaq üçün belə bir şərt irəli sürüb. “Bu müharibənin sonu qeyd-şərtsiz atəşkəslə, tələb olunan sükutla başlamalıdır. Hər kəs bu mövqeni başa düşür və dəstəkləyir”, – Zelenski Hindistanın Baş naziri Narendra Modi ilə söhbəti barədə məlumat verərkən yazıb. “Şəhərlərimiz davamlı atəş altında olanda sülhdən danışmaq mümkün deyil”, – Zelenski bildirib. Ukrayna liderinin sözlərinə görə, Hindistan atəşi dayandırmaq üçün lazım olan səyləri göstərməyə hazırdır
Daha çoxRusiyanın Ukraynada ödürdüyü jurnalistlərin say bəlli oldu
Rusiyanın Ukraynada müharibəyə başladığı vaxtdan bu günə kimi 329 mədəniyyət və media nümayəndəsi öldürülüb. SİA xəbər verir ki, bu barədə Ukraynanın Mədəniyyət və Strateji Kommunikasiyalar Nazirliyi məlumat yayıb. Belə ki, müharibə başlayandan indiyədək 221 ukraynalı sənətçi, 108 ukraynalı və xarici media mütəxəssisi öldürülüb.
Daha çoxİspaniyanın Baş naziri ABŞ-nin Fələstinlə bağlı qərarını ədalətsiz adlandırıb
İspaniyanın Baş naziri Pedro Sançes Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbas ilə danışıqlar aparıb. SİA xəbər verir ki, bu barədə Baş nazir “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. P.Sançes Mahmud Abbasa dəstək ifadə edərək ABŞ-nin sentyabrda keçiriləcək BMT Baş Assambleyasına Fələstin muxtariyyəti nümayəndə heyətinin buraxılmaması (viza verilməməsi – red.) qərarının ədalətsiz olduğunu bildirib. “Mən BMT-nin qarşıdan gələn yüksək səviyyəli həftəsində Fələstin nümayəndələrinin vizalarının ədalətsiz ləğvindən sonra İspaniyanın qətiyyətli dəstəyini ifadə etmək üçün Mahmud Abbas ilə danışdım”, – o qeyd edib. P.Sançesin sözlərinə görə, Fələstinin BMT-də və bütün beynəlxalq forumlarda eşidilmək hüququ…
Daha çox