Əsas səbəbin adı açıqlanıb… …Dövlətə məxsus “Rosneft” şirkətinin xalis mənfəəti bu ilin birinci yarısında 68 faizdən çox azalaraq 3 milyard dollara düşüb. Əsas səbəb OPEK ölkələrinin neft hasilatını artırması olub. SİA-nın məlumatına görə, “Reuters” xəbər verir ki, bu barədə şirkətin baş direktoru İqor Seçin bildirib. …İlin birinci yarısı neftin qiymətinin aşağı düşməsi ilə xarakterizə olunub. Bu, əsasən neftin həddindən artıq istehsalı ilə bağlıdır. Əsas səbəb Səudiyyə Ərəbistanı, BƏƏ, İraq və Küveyt də daxil olmaqla, OPEC ölkələrinin hasilatın aktiv şəkildə artmasıdır. Bunu Seçin deyib. Onun sözlərinə…
Daha çoxDay: September 1, 2025
Belarusda KTMT təlimləri başlayır…
…KTMT-nin Belarusda irimiqyaslı təlimləri başlayıb. Təlimlərə 2000-dən çox hərbçi, 450 ədəd silah və texnika, o cümlədən 9 döyüş təyyarəsi və helikopter, həmçinin 70-dən çox pilotsuz uçuş aparatı cəlb olunub. SİA-nın məlumatına görə, “RİA Novosti” xəbər verir ki, təlimlər Vitebskdə keçirilir və eyni anda üç manevri birləşdirir – “Qarşılıqlı fəaliyyət-2025”, “Axtarış-2025” və “Eşalon-2025”. Əməliyyatda Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistandan olan KTMT Kollektiv Qüvvələrinin kontingentləri iştirak edir. Xüsusi təyinatlıların bölmələri, polis, daxili işlər, habelə fövqəladə halların aradan qaldırılması üzrə xidmətlər cəlb olunub. …Onların arasında hərbi kontingentlər, daxili işlər orqanlarının (polis) xüsusi…
Daha çoxKreml Putinin müttəfiqini cəzalandırmaq istəyir…
O, Rusiya Federasiyasının rəhbərini müharibəni dayandırmağa çağırıb… …Kreml Vladimir Putinin Ukraynada müharibəni dayandırmağa çağıran tərəfdaşını “cəzalandırmaq” istəyir. Söhbət Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozakdan gedir. SİA xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb. Onlar qeyd ediblər ki, Putin avqustun 29-da Prezident Administrasiyasının Regionlararası və Mədəni Əlaqələr Departamentinin və Prezident Administrasiyasının Transsərhəd Əməkdaşlıq Departamentinin ləğv edilməsi haqqında fərman imzalayıb, onun yerində yeni qurum – Strateji Əməkdaşlıq Departamenti yaradılıb. Nə məlumdur Bu vaxta qədər ləğv edilmiş hər iki struktura Prezident Administrasiyası rəhbərinin müavini Dmitri…
Daha çoxHindistan və Çin birbaşa uçuşları bərpa edəcək
…Hindistan və Çin 5 illik fasilədən sonra birbaşa uçuşları bərpa edəcək. Bloomberg-in məlumatına görə, planlar avqustun 31-də Çinin Tyantszin şəhərində açılmış Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti zamanı açıqlanıb. Uçuşların bərpasının dəqiq vaxtı hələlik açıqlanmayıb. ŞƏT sammiti çərçivəsində Hindistanın baş naziri Narendra Modinin son 7 ildə Çinə ilk səfəri olub. SİA-nın məlumatına görə, Associated Press xəbər verir ki, Modi və Çin prezidenti Xi Jinping də sərhəd mübahisələrini həll etmək və ölkələr arasında əməkdaşlığı gücləndirmək üçün çalışacaqlarını bildiriblər. Pekin və Yeni Dehli arasında münasibətlər 2020-ci ildə Çin və Hindistan hərbçiləri arasında sərhəddə…
Daha çoxGerasimov Putinə olmayan “qələbələr” qazandırdı…
Ruslar internetdə gülüş doğuran cəbhənin xəritəsini ifşa ediblər… Rusiyalı generallar Ukraynada olmayan “qələbələr” barədə Vladimir Putinə hesabat verməkdə davam edirlər. SİA-nın məlumatına görə, şənbə günü ölkənin Baş Qərargah rəisi Valeri Gerasimov yaz-yay aylarında rusların nə qədər ərazini ələ keçirə bildiyi barədə məlumat verərək, cəbhənin yerdəki vəziyyətə qətiyyən uyğun gəlməyən xəritəsini göstərib. Bunu X platformasında D’Mithridates ləqəbi ilə yazan analitik qeyd edib. Müşahidəçi Ukraynanın DeepState monitorinq resursunun xəritələrini rus generallarının nümayiş etdirdiyi xəritə ilə müqayisə edib və belə qənaətə gəlib ki, işğalçılar nəinki heç bir tərəfin…
Daha çoxABŞ Rusiyanı sülhə gətirə bilməsə…
ABŞ Rusiyanı Ukrayna ilə görüşməyə və müharibənin sülh yolu ilə həllinə nail olmaq üçün lazımi addımları atmağa çağırıb. Əks halda, Moskva sanksiyalarla üzləşəcək. SİA-nın məlumatına görə, bunu The Guardian yazır. Qeyd olunur ki, bu xəbərdarlıq Rusiyaya BMT Təhlükəsizlik Şurasının cümə günü, avqustun 29-da keçirilən fövqəladə iclası zamanı edilib. İclas Rusiyanın avqustun 28-nə keçən gecə ən azı 20 nəfərin ölümünə səbəb olan Ukraynaya irimiqyaslı birləşmiş zərbəsindən sonra çağırılıb. ABŞ-ın BMT-dəki səfiri vəzifəsini icra edən Con Kelli deyib ki, Rusiyanın hücumları “Moskvanın sülhə nail olmaq istəyinin ciddiliyini şübhə altına alır”. O, Rusiyadan…
Daha çox“Ukraynada müharibəni bitirmək üçün ideal konsepsiya var idi”…
Ruslarla gələcək dialoq bu strategiya əsasında qurulmalıdır… …Prezident Aparatının rəhbərinin müşaviri Mixailo Podolyak avqustun 30-da “Mi-Ukrayna” telekanalının efirində bildirib ki, ABŞ prezidenti Donald Tramp və Rusiya Federasiyasının qeyri-legitim prezidenti Vladimir Putin arasında baş tutacaq sammitdən əvvəl Ukraynada müharibəyə son qoymaq üçün ideal struktur var idi. …Ankoricdən əvvəl bir konsepsiya var idi, əsas olanı, sizə xatırlatdım. Məncə, bu, ideal struktur idi. Müharibəni bitirməyə hazırlığın sübutu – başa düşürük ki, Zelenskinin təklif etdiyi səviyyədə uzun danışıqlar və s. Podolyakın fikrincə, ruslarla danışıqlardan əvvəl atəşkəsi nəzərdə tutan strategiya…
Daha çoxUkrayna kəşfiyyatı Rusiyanın S-400-nü məhv edib…
Krımdakı əməliyyatın təfərrüatları… …Baş Kəşfiyyat İdarəsinin “Kabuslar” xüsusi bölməsi Krımda növbəti əməliyyat keçirərək Rusiyanın bir neçə əsas hava hücumundan müdafiə və rabitə sistemini, o cümlədən S-400 kompleksini bir anda məhv edib. SİA xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Ukrayna Baş Kəşfiyyat İdarəsinə istinadən məlumat yayıb. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin “Kabuslar” xüsusi bölməsinin döyüşçüləri Krımda Rusiya işğalçı qüvvələrinin hava hücumundan müdafiə sisteminin sistemli şəkildə məhv edilməsi prosesini davam etdirir. Məhv edilmiş hədəflərin tam siyahısını təqdim edirik: -Utes-T radarı; – RT-70 radio teleskopu; -Qübbəli QLONASS…
Daha çoxBritaniya ilə Norveç arasında hərbi gəmi sazişi imzalanıb
Böyük Britaniya ilə Norveç arasında 10 milyard funt sterlinq dəyərində yeni saziş imzalanıb. SİA xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyi bu razılaşmanı ölkənin dəyərinə görə indiyədək əldə etdiyi ən böyük hərbi gəmi ixracı adlandırıb. Müqaviləyə əsasən, Böyük Britaniya Norveç donanmasına ən azı beş yeni hərbi gəmi tədarük edəcək. Rəsmi məlumatlara görə, müqavilə 2030-cu illərin ortalarınadək Böyük Britaniyada 4 min iş yerini dəstəkləyəcək. Onlardan 2 mindən çoxu “BAE Systems” şirkətinin Qlazqodakı gəmiqayırma zavodlarında olacaq. Baş nazir Kir Starmer sazişi iqtisadi artımı dəstəkləyəcək və milli təhlükəsizliyi qoruyacaq mühüm uğur kimi dəyərləndirib.…
Daha çoxQərbdə Ukraynanı Avropa üçün təhlükə adlandırırlar..?
…Ukrayna Avropa üçün etibarlı tərəfdaş deyil və onun regional sabitliyi üçün təhlükəyə çevrilib. SİA rus saytlarına istinadən xəbər verir ki, bunu köşə yazarı Lukas Leyroz Strategic Culture üçün yazdığı məqalədə qeyd edib. …Ağır reallıq göstərir ki, Ukrayna hökuməti Avropa üçün etibarlı tərəfdaş olmaqdan uzaq, regional sabitliyə və münaqişənin sərhədləri boyunca yaşayan xalqların təhlükəsizliyinə təhdid yarada bilər. Bunu yzan nəşr xatırladıb ki, Kiyev Rusiyanın “Drujba” neft kəmərinə zərbə endirərkən Avropanın maraqlarına biganəlik nümayiş etdirir. Bundan əvvəl nəşr həmçinin bildirmişdi ki, Rusiyanın ukraynalı uşaqları oğurlaması ilə bağlı mif Göbbelsin təbliğat nümunələri əsasında…
Daha çox