Ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası üzrə Alt İşçi qrupun tərkibi genişlənib


Dayanıqlı məskunlaşma üçün ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası üzrə Alt İşçi qrupun tərkibi genişlənib. SİA xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun Sərəncamı ilə “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 may tarixli 611 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə” Sərəncama edilən dəyişiklikdə əksini tapıb.

Sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyəti sədrinin müavini və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini” İşçi Qrupun tərkibinə daxil edilib.

Beləliklə Dayanıqlı məskunlaşma üçün ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası üzrə Alt İşçi qrupun tərkibi aşağıdakı kimi olacaq:

Dayanıqlı məskunlaşma üçün ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası üzrə Alt İşçi qrup

Alt İşçi qrupun rəhbəri Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Alt İşçi qrupun üzvləri:

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrinin müavini

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini

Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini

“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyəti sədrinin müavini

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini”

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyəti sədrinin müavini

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi

Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru.

Eyni zamanda Sərəncama əsasən, Yaşayış məntəqələrinin tikintisi və infrastrukturla təmini üzrə Alt İşçi qrup”unun da tərkibi genişlənib və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyəti sədrinin müavini bura əlavə edilib.

Bu Sərəncamda qeyd olunan dövlət orqanları (qurumları) alt işçi qruplarda təmsil olunacaq nümayəndələri barədə təkliflərini 3 (üç) gün müddətində alt işçi qrupların rəhbərlərinə təqdim etməlidir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Əlaqəli Xəbərlər