Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq

“Savalan”, “Hacı Seyfəl” və “PMK” orta təzyiqli qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması məqsədi ilə 01.09.2025-ci il tarixində saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. “Azəriqaz”dan SİA-ya verilən məlumata görə, təmir işləri aparılan müddətdə Sabunçu rayonu, Maştağa qəsəbəsinin H.Heybətov, Nizami, A.M.Əbdülkərim, M.Ə.Sabir, A.M.Ələkbər, A.Ş.Hüseyn, Y.Musayev, N.Nərimanov, H.Aslanov küçələrinin, Maştağa Ləhic bağları, Savalan, Maştağa-Nardaran yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Daha çox

İndoneziya prezidenti etirazçıların tələbləri ilə razılaşıb

İndoneziya Prezidenti Prabovo Subianto parlament üzvlərinə verilən və ölkədə genişmiqyaslı etirazların səbəblərindən birinə çevrilmiş əlavə ödəmələri ləğv edərək, etirazçıların tələblərini qəbul edib. SİA xəbər verir ki, bazar günü dövlət başçısı partiya sədrlərini birgə bəyanat üçün toplayıb. “Xalqın səmimi tələbləri əsasında Subianto partiya sədrlərindən məlumat alıb. Onlar parlament üzvlərinə qarşı qəti tədbirlər gördüklərini bildiriblər. Prezident həmçinin parlament üzvlərinin xarici səfərlərinə moratorium qoyub. Artıq bir həftədir ki, Cakartada çoxminli etiraz aksiyaları keçirilir. Nümayişçilər iş şəraitinin yaxşılaşdırılması, maaşların artırılması və parlamentin buraxılmasını tələb edirlər.

Daha çox

Sürət həddini aşmaq, qəfil manevrlər yol qəzalarının əsas səbəblərindəndir

Respublikanın müxtəlif bölgələrində son günlər baş verən yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, sükan arxasında məsuliyyətsiz davranış və yol hərəkəti qaydalarının pozulması təkcə sürücünün deyil, onunla birgə hərəkətdə olan ailə üzvlərinin, uşaqların və yaxınlarının həyatına ciddi təhlükə yaradır. SİA xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yollarda qayda pozuntuları barədə sürücülərə müraciətində deyilir: “Təəssüf ki, yollarda törədilən qayda pozuntuları çox zaman geri dönüşü mümkün olmayan faciələrlə yekunlaşır. Xüsusilə vurğulamaq lazımdır ki, qəzaların ən ağır və acı tərəfi qaydaları pozan sürücülərin deyil, çox vaxt onların günahsız sərnişinlərinin…

Daha çox

Kənd Təsərrüfatı Nazirliyinin vətəndaş qəbullarının qrafiki açıqlanıb

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin sentyabr ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib. SİA xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib. Vətəndaş qəbulu qrafikdə nəzərdə tutulmuş rayonun Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilir. Qəbulda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) zəng etməklə qeydiyyatdan keçə bilərlər. Vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Daha çox

Nüvə gücləri ilə münasibətləri yaxşı saxlamaq vacibdir

“Nüvə gücləri ilə münasibətləri yaxşı saxlamaq vacibdir”. SİA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “The Daily Caller” portalına müsahibəsində bildirib. 600 min çinli tələbənin iki il müddətinə Amerika universitetlərində oxumasına icazə verməsi nin ABŞ-ın xeyrinə ola bilərmi yoxsa bu, Pekinlə danışıqlarda bir taktikadır? sualına Tramp cavabında “Çin Sədri Si Cinpinlə çox yaxşı münasibətimiz var” deyib. “Düşünürəm ki, ölkələrlə, xüsusən də nüvə gücləri ilə anlaşmaq yaxşıdır, pis deyil”, – deyən Tramp, 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra Amerika administrasiyasının başında qalsaydı, Ukraynadakı münaqişənin qarşısını almaq olardı mövqeyini…

Daha çox

Bu il Azərbaycana sürətli pul köçürmələri ilə 1 milyarda yaxın vəsait daxil olub

2025-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 990.2 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 280.9 milyon manata bərabər olub. SİA-nın Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən apardığı hesablamalara görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 6.4% və ya 68 milyon manat, banklardan xaricə köçürmələr isə 7.3% və ya 22.1 milyon manat azalıb. Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 58.2 milyon…

Daha çox

Fransa səfiri Azərbaycanı tərk edib

Diplomatik missiyası başa çatan Fransanın səfiri Ann Buayon Azərbaycanı tərk edib. SİA xəbər verir ki, bu barədə diplomat sosial mediada paylaşım edib. “Missiyamın sonunda fantastik komandadan ayrılıram. Yeni səfir Sofie Laquta Fransa-Azərbaycan münasibətlərinə və regionda sülh və əməkdaşlıq perspektivlərinə xidmət etməkdə müvəffəqiyyətlər arzulayıram”, – Ann Buayon vurğulayıb. Qeyd edək ki, Ann Buayonın Azərbaycandakı diplomatik missiyası başa çatıb. Sofie Laqut Fransanın Azərbaycandakı yeni səfiri təyin edilib.

Daha çox