Bu gündən Azərbaycanda balıq ovuna icazə verilir

Bu gündən Azərbaycanda balıq ovlama müddəti açıq elan olunur. SİA xəbər verir ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən, kürüləmə dövrü ilə əlaqədar sənaye məqsədi ilə balıq və digər su bioresurslarının ovu Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında balıq ovuna moratorium bu gün başa çatıb. Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə nazirliyin Balıqçılıq və Akvakulura Mərkəzinin və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Xəzər dənizinin Azərbaycana mənsub bölgəsində və ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri…

Daha çox

“Ukraynanı danışıqlar üçün necə silahlandırmaq olar…”

Təhlükəsizlik zəmanətləri prioritetdir… …ABŞ-ın Donald Tramp administrasiyasının Ukraynadakı müharibəni həll etmək üçün atdığı son diplomatik addımlar müxtəlif nəticələr verib. Alyaskada Putinlə görüş gözlənilən atəşkəsə, hətta minimum məqsədə – Kreml rəhbəri ilə Ukrayna prezidenti Vladimir Zelenskinin Trampın iştirakı ilə görüşünə dair razılaşmaya da nail olunmadı. SİA-nın məlumatına görə, bu barədə “Foreign Affairs” jurnalı yazır. …Buna baxmayaraq, Zelenski və Avropa liderlərinin iştirakı ilə Vaşinqtonda keçirilən növbəti sammit daha məhsuldar oldu: Ukrayna üçün təhlükəsizlik təminatları müzakirə edildi. Ekspertlər vurğulayırlar ki, danışıqlar iki mərhələdə aparılmalıdır. Əvvəlcə ABŞ, Ukrayna və…

Daha çox

Münhendəki Oktoberfestdə suyun qiyməti pivədən baha olacaq…

Ən bahalı yemək isə Braurosl çadırında təqdim olunacaq biftek olacaq… …Münhendə (Almaniya) Oktoberfestdə bu il bir stəkan pivədən daha çox suya pul ödəyə bilərsiniz. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə BILD yazır. Bir litr pivə çadırdan asılı olaraq 14,50-15,80 avro arasında olacaq. Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə qiymətlər 10,80-11,80 avro səviyyəsində olub ki, bu da altı il ərzində demək olar ki, 40 faiz artım deməkdir. Bir litr su bəzi nöqtələrdə 15 avrodan baha olacaq. Bir şüşə mineral suyun orta qiyməti 10,95 avro təşkil edir.…

Daha çox

Bu gün hava necə olacaq?

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman. Cənub-şərq küləyi əsəcək. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75%, gündüz 30-35 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 20-25° isti olacaq.

Daha çox

Trampın Qəzzanın yenidən qurulması planı açıqlanıb

ABŞ Prezidenti Donald Trampın Qəzzanın yenidən qurulması planı açıqlanıb. SİA xəbər verir ki, bu barədə “The Washington Post” yazıb. Nəşrin məlumatında bildirilir ki, plan anklavın ən azı 10 il müddətinə ABŞ protektoratı altında olmasını nəzərdə tutur. Bundan əlavə, plana anklavın bütün sakinlərinin müvəqqəti köçürülməsi də daxildir. Qeyd edək ki, bir müddət əvvəl Amerika lideri Qəzza zolağında vəziyyətin çox tez həllinə ümid etdiyini bildirib. “Ümid edirəm ki, biz Qəzza ilə bağlı məsələləri çox tez həll edəcəyik”, – deyə Tramp bildirib.

Daha çox

Husilər Yəməndə BMT-nin 11 əməkdaşını saxlayıb

Husilər Yəməndə BMT-nin 11 nümayəndəsini saxlayıblar. SİA xəbər verir ki, bu barədə BMT Baş katibinin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq bildirib. O, BMT əməkdaşlarının qanunsuz həbslərinin yeni dalğasını, həmçinin təşkilatın binalarına zorla daxil olmanı, əmlakların müsadirə edilməsini qətiyyətlə pisləyib. “Saxlanılardan əlavə BMT-nin daha 23 əməkdaşı həbsdədir. Onlardan bəzisi 2021 və 2023-cü ildən saxlanılıb”, – deyə Qrundberq bildirib. Həmçinin qeyd olunub ki, bu ilin əvvəlində bir məhbus həbsdə ölüb. Qrundberq BMT-nin bütün işçilərini, həmçinin yerli və beynəlxalq QHT işçilərini dərhal azad edilməsini tələb edib.

Daha çox

Misirdəki Britaniya səfirliyi bağlanıb

Böyük Britaniyanın Qahirədəki səfirliyi müvəqqəti bağlanıb. SİA xəbər verir ki, bu barədə Britaniya diplomatik missiyasının “Facebook” səhifəsində məlumat verilib. Buna səbəb Misir hakimiyyətinin səfirliyin mühafizəçilərini geri çağırması olub. “Bazar günü, avqustun 31-də Misir hakimiyyəti Böyük Britaniyanın Qahirədəki səfirliyinin əsas binasını mühafizə edən təhlükəsizlik qüvvələrini geri çəkmək qərarına gəlib. Bunun fonunda, səfirlik binasının vəziyyət dəyişənə qədər bağlanması qərara alınıb”, – məlumatda deyilir. Misir rəsmiləri hadisə ilə bağlı hələlik şərh verməyib.

Daha çox

Qırmızı dənizdə İsrailə aid tankerə hücum edildi

Qırmızı dənizdə, Səudiyyə Ərəbistanının Yanbu şəhəri sahillərinə yaxın ərazidə Liberiya bayrağı altında üzən və İsrailə məxsus olan bir tankerə hücum edilib. SİA xəbər verir ki, bu barədə “Reuters” agentliyi dəniz təhlükəsizliyi sahəsində ixtisaslaşmış Britaniya şirkəti “Ambrey”ə istinadla məlumat yayıb. Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzinin (UKMTO) məlumatına görə, hadisə Yanbudan cənub-qərbdə, 40 dəniz mili məsafədə baş verib. Gəmi heyəti “gurultulu partlayış” səsi eşidib və naməlum mərmidən sıçrayışlar görüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. “Ambrey” şirkəti daha sonra bildirib ki, gəmi İran tərəfindən dəstəklənən Yəmən husiləri üçün “uyğun…

Daha çox