“Avropa İttifaqı ilə Azərbaycan münasibətlərinin yaxşılaşmasının əsas səbəbi qarşılıqlı maraqların üst-üstə düşməsidir. Azərbaycan enerji resursları ilə Avropanın strateji tərəfdaşına çevrilib və bu, münasibətlərin əsas sütununu təşkil edir. Xüsusilə Cənub Qaz Dəhlizi layihəsi Avropa üçün enerji təhlükəsizliyində alternativ mənbə rolunu oynayır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib. Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsindən sonra Avropa üçün Azərbaycanın əhəmiyyəti daha da artıb: “Çünki Avropa enerji təchizatında diversifikasiya siyasətinə üstünlük verir. Azərbaycan isə özünü etibarlı tərəfdaş kimi sübut edib və heç vaxt öhdəliklərdən yayınmayıb. Digər mühüm səbəb isə Azərbaycanın regionda sabitlik yaradan…
Daha çoxDay: September 1, 2025
Yeni meqazəlzələ zonasının harada formalaşdığı bildirilib…
…SİA-nın məlumatına görə, Nature Geoscience jurnalında dərc olunan araşdırmada alimlərin fikrincə, Atlantik okeanının altında yeni tektonik qırılma əmələ gəlir. Bu tektonik qırılma güclü zəlzələ və sunami mənbəyinə çevrilə bilər. Qeyd olunur ki, Atlantika sakit zona hesab olunurdu, lakin məlum qırılmalardan uzaqda yerləşən Portuqaliyada dəfələrlə zəlzələlər baş verib. Elm adamları son araşdırmalarında Portuqaliyanın cənub-qərbindəki uçurum düzənliyinin seysmik müşahidələrini və kompüter modelləşdirməsini müqayisə ediblər və orada mantiya qırılması əlamətləri aşkar ediblər. Alimlərin fikrincə, su bir neçə milyon ildir ki, süxurlara nüfuz edir və onları zəiflədir ki, bu da gələcəkdə yeni güclü zəlzələlərə…
Daha çoxAzərbaycan və Çin münasibətləri strateji tərəfdaşlıq mərhələsinə yüksəlir
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının 25-ci Zirvə toplantısı çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə keçirdiyi görüşə dair siyasi təhlil aparmışdır. O qeyd etmişdir ki, “Böyüyən Azərbaycan dünya ilə daha geniş inteqrasiyaya qədəm qoyur.” Azərbaycan Prezidenti İlham Əliyev Çində baş tutan Zirvə görüşü çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşmüşdür. Görüş zamanı diqqətəlayiq məqamlar müşahidə olunmuşdur. Si Cinpin vurğulamışdır ki, Azərbaycan ilə Çin arasında 30 ildən artıqdır uğurlu əməkdaşlıq əlaqələri formalaşmışdır və bu gün həmin münasibətlər hərtərəfli strateji…
Daha çoxAzərbaycan-NATO əməkdaşlığının perspektivləri müzakirə edilib
Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə və NATO-nun Tbilisidəki Əlaqələr Bürosunun rəhbəri Aleksandr Vinnikov arasında görüş keçirilib. SİA xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanında nümayəndəliyinin “X” səhifəsində məlumat verilib. Tərəflər Azərbaycan-NATO əməkdaşlığının perspektivlərini müzakirə ediblər.
Daha çoxABŞ şəxsi torpaqlarda yüzlərlə yeni nüvə silosu qura bilər…
Bu, ABŞ-ın strateji qarşısının alınmasını daha tez modernləşdirməyə imkan verəcək… ABŞ ordusu köhnə Minuteman III-ün modernləşdirilməsini sürətləndirmək üçün LGM-35A Sentinel qitələrarası ballistik raketi üçün yüzlərlə yeni silos tikməyi düşünür. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Interesting Engineering yazır. Hərbi Hava Qüvvələri qərargah rəisinin strateji çəkindirmə və nüvə inteqrasiyası üzrə müavini general-leytenant Endryu Qebara bildirib ki, Minuteman III raketləri hazır vəziyyətdə qalarkən, yeni silosların tikintisi mövcud obyektlərin yenidən dizaynı ilə bağlı gecikmələrin qarşısını almaqla vaxta və pula qənaət edəcək. Qebara, “Bəzi hallarda xüsusi mülkiyyət əldə etməmiz lazım…
Daha çox“Azərbaycan ŞƏT-də mühüm körpü rolunu oynayır”
“Məlumdur ki, Şanxay Əməkdaşlıq Təşkilatı xüsusilə son illərdə beynəlxalq arenada nüfuzu artan, həm təhlükəsizlik, həm də iqtisadi inkişaf sahələrində daha mühüm rol oynamağa başlayan bir təşkilatdır. Təşkilatın əsas məqsədləri sırasına üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılması daxildir”. Bunu SİA-ya açıqlamasında politoloq Rəşad…
Daha çoxUkrayna üçün təhlükəsizlik zəmanətləri üçün aydın yol xəritəsi var
Bu barədə Avropa Komissiyası bildirib Ukraynanın tərəfdaş ölkələri təhlükəsizlik zəmanətlərinin verilməsi məsələsi ilə bağlı aydın yol xəritəsi hazırlayıblar. SİA-nın məlumatına görə, RBK-Ukrayna The Guardian-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat katibi Arianna Podesta bildirib. Podestadan AK rəhbəri Ursula fon der Leyenin Ukraynanın tərəfdaşlarının təhlükəsizlik zəmanətləri çərçivəsində Ukraynaya əsgər göndərilməsi üçün “kifayət qədər dəqiq planlar” hazırladıqları barədə bəyanatını şərh etmək istənilib. O qeyd edib ki, Avropa Komissiyası nümayəndələri texniki danışıqlarda iştirak edir və fon der Leyen liderlərlə əlaqə saxlayır. …Beləliklə, bu, (Avropa Komissiyasının…
Daha çox“Əhalinin bu ərazilərə qayıdışı sosial sabitliyi gücləndirəcək”
“Azərbaycan işğaldan azad olunmuş ərazilərdə böyük bir canlanma və inkişaf prosesi keçirir. Bu, həm iqtisadiyyatın inkişafına, həm də yerli əhalinin rifahının artırılmasına ciddi təsir göstərir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Laçın, Kəlbəcər, Xocalı, Zəngilan və Füzuli kimi ərazilərdə həyata keçirilən infrastruktur layihələri, sosial və iqtisadi sahələrdə böyük irəliləyişlərə səbəb olur: “Həmçinin, bu ərazilər turizm baxımından da böyük potensiala malikdir. Cənab Prezident İlham Əliyev Şuşa-Laçın istiqamətində turizmin inkişafı üçün müəyyən proqram da hazırladı. Artıq Qarabağ bölgəsi bir növ Cənubi Qafqazda əsas turizm mərkəzlərindən biri olacaq”.…
Daha çoxRusiyada günəbaxan yağı zavodları fəaliyyətini dayandırmağa başlayıb…
…Rusiyada günəbaxan yağı istehsalı kəskin şəkildə azalıb: avqustun sonunda hasilat illik müqayisədə 11 faiz azalaraq 6,94 milyon tona düşüb. Bununla yanaşı, ölkədə bitki yağı istehsalının ümumi həcmi illik müqayisədə 7 faiz azalaraq 9,47 milyon tona düşüb. SİA-nın məlumatına görə, bu barədə “Kommersant” xəbər verir. Bu cür rəqəmlər itkiləri 20 faizə qədər artmış bəzi zavodların dayandırılması ilə bağlıdır, Reksoft Consulting-də AİŞ-də Kompetensiya Mərkəzinin idarəedici direktoru Dmitri Krasnov deyir. OleoScope məlumatlarına görə, Rusiyada emalın ümumi həcmi il ərzində 5,7 faiz azalaraq 26,3 milyon tona düşüb. …Yağ və Piylər İttifaqının icraçı direktoru Mixail…
Daha çoxBritaniyanın ölkəmizdəki səfir Laçın rayonuna səfər edib
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld Laçın rayonuna səfər edib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən verilən məlumata görə, səfiri Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev və Xidmətin əməkdaşları müşayiət ediblər. Səfər çərçivəsində Fergus Auld Laçın şəhərində fəaliyyət göstərən “Zerti” Aqrosənaye Parkında təşkil olunan “Həftə bazarı” yarmarkası, “Hoçazfilm” kinostudiyası, “Yurd” qalereyası və “Gilabi Ceramics” mərkəzi ilə tanış olub. Səfir göstərilən yüksək qonaqpərvərlikdən məmnunluğunu ifadə edib.
Daha çox