QHT “Gözəl ol və sağlam qal!” devizi ilə növbəti təlimini keçirib

“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi “Gözəllik salonlarında təhlükəli yoluxucu xəstəliklərin yayılması əleyhinə təlimlər” adlı layihə çərçivəsində növbəti təlimini keçirib. “Gözəl ol və sağlam qal!” devizi altında təşkil olunan təlim Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində baş tutub. Tədbiri giriş sözləri ilə açan Bakı Peşə Hazırlığı Mərkəzinin nümayəndəsi Bəxtiyar Rzazadə “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin həyata keçirdiyi maarifləndirici təşəbbüslərin əhəmiyyətini diqqətə çatdırıb. İctimai Birliyin sədri, layihə rəhbəri Ziba Nəbiyeva çıxışında Bakı Peşə Hazırlığı Mərkəzində bərbər-vizajist-manikürçü ixtisası…

Daha çox

Azərbaycan-Çin əlaqələri son iki ildə keyfiyyətcə yeni mərhələyə yüksəlib

Azərbaycan-Çin əlaqələri son iki ildə keyfiyyətcə yeni mərhələyə yüksəlib. SİA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən görüş zamanı bildirib. Dövlətimizin başçısı qeyd edib: “Azərbaycanla Çin arasında səmimi, dost münasibətlər və hərtərəfli strateji tərəfdaşlıq mövcuddur. Bu əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir”. O, bu il iki ölkə arasında strateji tərəfdaşlığın yaradılmasına dair Birgə Bəyanatın imzalanmasını tarixi hadisə adlandırıb və bunun Azərbaycan-Çin münasibətlərində yeni səhifə açdığını vurğulayıb.

Daha çox

Yeni iş həftəsinə necə adaptasiya olunmalı?

Yay mövsümü yavaş-yavaş geridə qalır, payızın ilk günləri isə yeni iş tempinin başlanğıcı kimi qəbul olunur. Tətil ab-havasından çıxmaq, yenidən iş və dərs rejiminə uyğunlaşmaq bir çox insan üçün asan olmur. Xüsusilə də yayda daha sərbəst həyat ritminə öyrəşənlər üçün payızın ilk iş həftəsi həm psixoloji, həm də fiziki baxımdan müəyyən çətinliklər yarada bilir. Məhz bu səbəbdən yeni mövsümə düzgün adaptasiya qaydaları hər kəs üçün aktualdır. Bununla bağlı SİA-nın əməkdaşı da şəhər sakinlərinin fikrlərini öyrənməyə çalışıb. Şəhər sakini Nəbi Nəbizadə: “Açığı bu 3 ay Yay mövsümündə istirahət edə bilməmişəm. Özümün…

Daha çox

Azərbaycan regionda sülhün gücləndirilməsi istiqamətində prinsipial mövqeyini davam etdirəcək

Azərbaycan Respublikası bundan sonra da regionda sülhün və sabitliyin gücləndirilməsi istiqamətində beynəlxalq hüquqa əsaslanan prinsipial və ardıcıl mövqeyini davam etdirəcək. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, sentyabrın 1-də ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərarın qəbulu, Azərbaycan Respublikasının vaxtilə işğal edilmiş əraziləri üzərində suveren nəzarətini və ərazi bütövlüyünü bərpa etməsi və bununla da Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması ilə bağlı reallığın və Azərbaycan tərəfindən irəli sürülmüş sülh gündəliyinin beynəlxalq müstəvidə qəbul edilməsinin göstəricisi olmaqla yanaşı, 2025-ci il…

Daha çox

Merz Trampın sülh təşəbbüsünün nəticə verəcəyinə şübhə edir…

Merz Almaniyanın nəyə hazırlaşdığını açıqlayır …SİA-nın məlumatına görə, “Politico” yazır ki, Almaniya kansleri Fridrix Merz Ukraynada uzunmüddətli münaqişəyə hazırlaşdığını və atəşkəsin Kiyevin təslim olması anlamına gəlməməli olduğunu vurğulayıb. …Mən hazırlaşıram ki, bu müharibə uzun müddət davam edə bilər. Diplomatiya “bir keçid” deyil, uzun bir prosesdir. Bunu deyən Merz ABŞ prezidenti Donald Trampın sülh təşəbbüsünün nəticə verəcəyinə şübhə etdiyini bildirib. Eyni zamanda, o vurğulayıb ki, Vaşinqton münaqişənin həlli üçün Avropa ilə əməkdaşlığı davam etdirməlidir. Mümkün razılaşmadan sonra Ukrayna üçün təhlükəsizlik təminatları ilə bağlı sualı cavablandıran kansler deyib ki,…

Daha çox

“Şuşa, Xocavənd və Ağdamda turizm infrastrukturunun yaradılması davam edir”

“Qarabağ bölgəsinin zəngin turizm potensialı bölgənin Azərbaycanın əsas turizm zonalarından birinə çevrilməsinə imkan verir”.Bu sözləri SİA-ya açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat katibi Gülnar Mustafayeva deyib. Onun sözlərinə görə, orta müddətli dövrdə işğaldan azad edilmiş əraziləri daxili turizm üçün əlçatan və keyfiyyətli turizm destinasiyasına çevirmək, perspektiv imkanlardan effektiv istifadəyə nail olmaq əsas strateji baxış olaraq müəyyən edilmişdir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın XII məqsədi üzrə “Turizm sektorunun perspektiv inkişaf imkanlarından effektiv istifadəyə nail olmaq” müəyyən edilmişdir: “Qeyd edilən məqsədə üzrə Qarabağ və Şərqi Zəngəzurda…

Daha çox

Ölkənin ən böyük gənclər festivalı “Yay Fest 2025” uğurla yekunlaşıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elan etdiyi 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində Şamaxının füsunkar təbiətində təşkil olunan ölkənin ən böyük gənclər festivalı “Yay Fest 2025” uğurla yekunlaşıb. İyulun 7-dən avqustun 29-dək davam edən festival respublikanın müxtəlif bölgələrindən olan 2 mindən çox gənci bir araya gətirərək onlara zəngin biliklər, yeni bacarıqlar və dəyərli dostluqlar qazandırıb. Artıq ənənəyə çevrilmiş və beşinci dəfədir ki, uğurla təşkil edilən gənclərin sevimli festivalı Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “IDEA” İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “CAVAN” Gənclər Hərəkatı…

Daha çox

“Azərbaycanın xarici siyasətində Qarabağ məsələsi prioritet təşkil edirdi”

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin baş tutan ard-arda olan xarici səfərləri Azərbaycanın xarici siyasətini, İkinci Qarabağ müharibəsi və anti-terror əməliyyatlarından sonrakı həyata keçirdiyi xarici siyasət kursunun təzahürü kimi dəyərləndirilə bilər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib. Onun sözlərinə görə, burada bir neçə nüans var: “İstər İkinci Qarabağ müharibəsinə qədər, istərsə də antiterror əməliyyatlarına qədərki dövr ərzində Azərbaycanın xarici siyasətində Qarabağ məsələsi prioritet təşkil edirdi. Yəni Azərbaycanın atdığı bütün siyasi, iqtisadi, hərbi addımların arxasında bu və ya digər formada Qarabağ məsələsinin həllinə yönəlmiş səylər dayanırdı. Amma İkinci Qarabağ müharibəsi…

Daha çox

Şirkət tədarükünün dörddə biri olmadan qalıb…

Səudiyyə Ərəbistanı və İraq sanksiyalara məruz qalan “Rosneft”in Hindistan neft emalı zavoduna neft tədarükünü dayandırıb… …“Rosneft” və Rusiyanın “United Capital Partners” fondunun nəzarətində olan Hindistanın “Nayara Energy” neft emalı zavodu xam neft tədarükünün ən azı dörddə birini itirib. SİA-nın məlumatına görə, “The Moscow Times” yazır ki, Avropa İttifaqı iyul ayında ona qarşı sanksiyalar tətbiq etdikdən sonra Səudiyyə Ərəbistanı və İraqdakı dövlət şirkətləri onun tədarükünü dayandırıblar. Üç məlumatlı mənbənin “Reuters”-ə verdiyi məlumata görə, Saudi Aramco və İraqın SOMO şirkətləri avqust ayında Nayaranın Vadinar limanındakı neft emalı zavoduna bir…

Daha çox

Gəncədə sahibkar qadınlar üçün təlim keçirilib

Gəncə şəhər Məhsəti Gəncəvi Mərkəzində “Davamlı Elmi-Sosial İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Uğura doğru addımla – biznes fəaliyyəti təlimləri” layihəsi çərçivəsində sahibkar qadınlar üçün təlim təşkil olunub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, təlimdə Gəncə Şəhər İcra Hakimiyyətinin və digər dövlət qurumlarının nümayəndələri, eləcə də kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınlar iştirak ediblər. Bildirilib ki, layihənin əsas məqsədi qadınların hüquqi və maliyyə idarəçiliyi sahəsində bilik və bacarıqlarını artırmaqla yeni bizneslərin yaradılmasına, mövcud bizneslərin inkişafına və ümumilikdə iqtisadi artıma dəstək göstərməkdir. Layihə qadınların ideyalarını biznesə çevirməsi üçün hüquqi…

Daha çox