Yaxın gələcəkdə Zəngəzur dəhlizi Orta Dəhlizin daha bir mühüm seqmenti olacaq

Yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal–Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən iclasda çıxışı zamanı söyləyib. Dövlətimizin başçısı vurğulayıb ki, Zəngəzur dəhlizi Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək.

Daha çox

“Sammitin əhəmiyyəti təkcə siyasi deyil,…”

“Çinin Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti, həm regional, həm də qlobal miqyasda əhəmiyyətli bir siyasi hadisədir. Bu tədbir yalnız təşkilata üzv ölkələrin deyil, eyni zamanda müşahidəçi və dialoq tərəfdaşı statusunda olan dövlətlərin də beynəlxalq əməkdaşlıq perspektivlərini müəyyənləşdirən platforma kimi çıxış edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib. Onun sözlərinə görə, Azərbaycanın bu sammitdə iştirakı və dialoq tərəfdaşı statusunda təmsil olunması ölkəmizin xarici siyasətində çoxvektorlu yanaşmanın bariz nümunəsidir: “Azərbaycan uzun illərdir balanslaşdırılmış və praqmatik diplomatiya yürüdür. Bu siyasətin nəticəsi olaraq ölkəmiz həm Qərblə, həm də Şərqlə…

Daha çox

İctimai nəqliyyatda gedişhaqqı artırılır?

Son dövrlərdə sosial mediada ictimai nəqliyyat vasitələrinin gediş haqlarının artırılması ilə bağlı məlumatlar geniş müzakirəyə çıxıb. Bu məlumatlar müxtəlif istifadəçilər tərəfindən paylaşılsa da, onların həqiqətə uyğunluğu və rəsmi təsdiqi barədə suallar yaranır. Gediş haqqının artması həm iqtisadi, həm də sosial təsirləri ilə gündəmdə qalır və vətəndaşların gündəlik həyatına birbaşa təsir göstərir. Sosial mediada yayılan gediş haqqı artımı ilə bağlı məlumatlara nə dərəcədə etibar etmək olar? SİA-nın əldə etdiyi məlumata görə, dövlət qurumları mövzunu diqqətdə saxlayır və rəsmi açıqlamalar verib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov: “İctimai nəqliyyatda…

Daha çox

Yaxın Şərq, Şimali Afrika və Cənubi Qafqaz…

Putin və Ərdoğan Çində bu məsələləri müzakirə ediblər Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb. Tərəflər əsas regional məsələləri, xüsusilə Yaxın Şərq, Şimali Afrika və Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər. Danışıqlar Çinin Tianjin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25-ci sammiti çərçivəsində baş tutub. “Bütün bu sahələrdə Rusiya-Türkiyə əməkdaşlığı yaxşı qurulmuşdur, konkretdir, faydalıdır və deyərdim ki, etimadlıdır”, – deyə cənab Putin görüşdə qeyd edib. Rusiya lideri Ankaranı Moskva üçün etibarlı, zamanın sınağından çıxmış tərəfdaş adlandırıb. O, Türkiyənin Ukrayna böhranının həllinə mühüm töhfə verdiyini də xatırladıb. Türkiyə prezidenti…

Daha çox

Kim Çen In xüsusi qatarla Pekinə yola düşür…

Şimali Koreya lideri Kim Çen In Pekinə rəsmi səfər etmək üçün bazar ertəsi günortadan sonra xüsusi qatarla Pxenyandan yola düşüb. Bu, onun son altı ildə Çinə ilk səfəri və dövlət başçısı kimi məlum olan 11-ci xaricə səfəri olacaq. SİA-nın məlumatına görə, Cənubi Koreyanın Yonhap xəbər agentliyi öz mənbələrinə istinadən xəbər verir ki, Şimali Koreya liderinin qatarı çərşənbə axşamı gecə Çin sərhədini keçəcək. Onun Pekinə çərşənbə axşamı, sentyabrın 2-də çatacağı gözlənilir. Səfər Çin sədri Si Cinpinin dəvəti ilə həyata keçirilir. Səfərin əsas məqsədi İkinci Dünya Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı…

Daha çox

Balıqçılıq subyektlərində epizootoloji monitorinqlər keçiriləcək

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və aidiyyəti qurumların mütəxəssislərinin iştirakı ilə oktyabrın 6-11-də balıqların infeksion və invazion xəstəliklərinə dair epizootoloji vəziyyətinin qiymətləndirilməsi məqsədilə 16 balıqçılıq subyektində monitorinq keçiriləcək. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, monitorinq çərçivəsində balıqların həssas olduqları xüsusi təhlükəli xəstəliklər üzrə klinik müşahidələr aparılacaq, laborator müayinələr üçün diaqnostik nümunələr götürüləcək, təsərrüfatlara ümumi baxış keçirməklə, maarifləndirmə-təbliğat tədbirləri görüləcək, epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Əldə olunan məlumatlar “Epicollect 5” proqramına daxil ediləcək. Tədbirlər zamanı götürülmüş nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələri aparılacaq.

Daha çox

BDU-nun kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bakı Dövlət Universitetinin (BDU) kollektivi universitetin yaradılmasının 106 illiyi ilə əlaqədar Fəxri xiyabanda müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri, BDU-nun dünyaşöhrətli məzunu Heydər Əliyevin məzarını ziyarət edib. SİA xəbər verir ki, Ulu Öndərin məzarı önünə əklil qoyulub, gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılıb.

Daha çox

2022-ci ildən bəri Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artıb

Orta Dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. 2022-ci ildən bəri Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artıb. SİA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdə çıxışı zamanı səsləndirib. Dövlətimizin başçısı bu dəhlizlə yüklərin daşınması vaxtının xeyli azaldığını qeyd edib. Prezident, həmçinin bildirib: “Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının yaradılması üzrə bu yaxınlarda əldə olunmuş razılaşmalar beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının genişlənməsinə xidmət edəcək”.

Daha çox