“Daha çox payız-qış aylarında günəş işığının azalması ilə əlaqəli olaraq əhval-ruhiyyənin düşməsinin yüngül formaları “payız melanxoliyası” kimi də tanınır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib. Psixoloq sözlərinə belə davam edib: “Əsas Səbəblər: Bioloji səbəblər, Gün işığının azalması ilə melatonin və serotonin balansının pozulması.Bioloji saatın dəyişməsi də ola biler. Psixoloji səbəblərden ise Hava şəraitinin tutqun olması, açıq havada fəaliyyətin azalması.Yay fəallığının bitməsi ilə gündəlik həyatın monotonlaşması. Sosial səbəblər də ola biler:İş və təhsil tempinin artması.İnsanların daha çox qapalı mühitdə qalması. Bəzi Əlamətlər -Yorğunluq, enerjisizlik Yuxu və iştah dəyişiklikləri (çox…
Daha çoxDay: September 1, 2025
Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır
Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır. SİA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdə çıxışı zamanı bildirib. “Biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçiririk”, – deyə dövlət başçısı əlavə edib. Prezident İlham Əliyev onu da əlavə edib ki, Azərbaycan ÇXR Sədrinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyənlərdən biri olub və bu istiqamətdə ciddi praktiki layihələr həyata keçirir.
Daha çoxKonstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olub. Məhkəmənin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 33-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü və Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddələrinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib. Müraciətə mahiyyəti üzrə tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun sentyabrın 25-nə təyin olunmuş iclasında baxılacaq.
Daha çox“Azərsun Holdinq” beynəlxalq mükafata layiq görülüb
“Azərsun Holdinq” ABŞ-ın nüfuzlu Brandon Hall Group tərəfindən təşkil olunan “Human Capital Management Excellence Awards 2025” müsabiqəsində qalib olub. Bu qalibiyyət holdinqin öyrənmə və inkişaf sahəsindəki qabaqcıl fəaliyyətini beynəlxalq səviyyədə bir daha təsdiqləyib. SİA xəbər verir ki, şirkətin Pərakəndə İnkişaf Mərkəzi layihəsi “Öyrənmə və İnkişaf” istiqamətində “Ən Yaxşı Özəl Məzmun” kateqoriyasında bürünc mükafata layiq görülüb. Bu mükafat, “Azərsun Holdinq”in əməkdaşlarının peşəkar bilik və bacarıqlarının inkişafına verdiyi önəmin, eləcə də şirkətin innovativ təlim proqramlarının uğurlu icrasının göstəricisidir. “Azərsun Holdinq” bundan sonra da insan kapitalının inkişafına yönəlik strategiyalarını genişləndirməyə davam edəcək.
Daha çoxÇinin Tiencin şəhərində “ŞƏT plyus” formatında görüş keçirilib
Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında görüş keçirilib. SİA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib. Prezident İlham Əliyevin çıxışı -Hörmətli Çin Xalq Respublikasının Sədri Si Cinpin. Hörmətli nümayəndə heyətlərinin rəhbərləri, xanımlar və cənablar. İlk növbədə, ŞƏT Sammitinə dəvətə, səmimi qəbula və tədbirin yüksək səviyyədə təşkilinə görə Sədr Si Cinpinə səmimi minnətdarlığımı bildirirəm. Dost Çin dövlətini ŞƏT-də uğurlu sədrliyi münasibətilə təbrik edir, qarşıya qoyulan məsələlərin həyata keçirilməsində uğurlar arzulayıram. Azərbaycanla Çin arasında səmimi dostluq münasibətləri və hərtərəfli strateji tərəfdaşlıq bağları mövcuddur. Bu əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici…
Daha çox“Hərəkətə mane olan qorxu zəiflik yaradır”
“Uşaqlarda qorxu hissini əvvəlcə psixoanaliz etmək lazımdır. Bu, səbəb və nəticə məsələsidir. Əvvəlcə qorxunun səbəbini araşdırmaq, onu müəyyənləşdirmək və aradan qaldırmaq vacibdir. Qorxu hissini yaradan səbəbin nədən ibarət olduğunu bilmək əsasdır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib. Onun sözlərinə görə, əgər bu səbəb məntiqli bir səbəbdirsə, uşaqla bu istiqamətdə işləmək olar: “Çox vaxt davranış terapiyası ilə valideyn özü də işləyə bilər. Məntiqli səbəb olduqda uşağa aydınlaşdırmaq lazımdır ki, bu qorxu nədən qaynaqlanır və əslində qorxulu bir şeydir, yoxsa sadəcə təsəvvürdür. Əgər qorxu bir illüziyadırsa, uşağın fantastik təsəvvüründən doğursa…
Daha çox“Azərbaycanın hərbi və siyasi qələbələri ölkəmizi Cənubi Qafqazın liderinə çevirdi”
“Hərbi qələbəni qazanmaq üçün Azərbaycan hakimiyyəti uzun illər çox ağır və yorulmaq bilmədən çalışdı. Həm daxildə, həm xaricdə çox böyük işlər apardı, iqtisadiyyatı yüksəltdi, ordunu gücləndirdi və gəncləri vətən ruhunda tərbiyə etdi. Bunun nəticəsində də məhz 44 günlük müharibədə Azərbaycan ordusu qələbə çaldı, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında və doğrudan da Azərbaycan oğulları ölümün gözünə dik baxa-baxa torpaqları azad etdilər, əliyalın Şuşaya qalxdılar, erməni quldurlarını oradan qovdular”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib. Onun sözlərinə görə, bütün bunlar doğrudan da xalqımızın uzun illər hazırlığı, dövlətimizin qayğısı sayəsində…
Daha çoxSabahın hava proqnozu açıqlanıb
Sentyabrın 2-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-24, gündüz 30-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 35-40 % təşkil edəcək. Azərbaycanın rayonlarında hava necə olacaq? Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi…
Daha çoxPrezident İlham Əliyev Tiencində Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 1-də Çinin Tiencin şəhərində Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti Cin Liqun ilə görüşüb. SİA xəbər verir ki, görüşdə Azərbaycanla Asiya İnfrastruktur İnvestisiya Bankı arasında əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olundu, bankın ölkəmizlə müxtəlif sahələrdə, o cümlədən yaşıl enerji sahəsində uğurlu əməkdaşlığı qeyd edildi. Söhbət zamanı Orta Dəhliz, metro tikintisi, su, yaşıl enerji ilə bağlı gələcək əməkdaşlıq məsələləri müzakirə olundu. Sonda strateji əməkdaşlıq üzrə imzalanmış birgə bəyannamə dövlətimizin başçısının və bankın prezidentinin iştirakı ilə mübadilə edildi.
Daha çox“Ənənəvi ailə ilə müasir ailə modeli arasında mübahisələr getdikcə dərinləşir”
“Ailə institutu ilə bağlı həm Azərbaycanda, həm də dünyada klassik ənənəvi ailə təsisatları ilə bağlı ictimai, mədəni, etik və kulturoloji mübahisələr getdikcə qızışır. 18-19-20-ci əsrin ailəsi və müasir dövrün ailəsi arasında böyük fərqlər varmı? Gənclər niyə klassik ailə dəyərlərini yaşatmaq istəmirlər? Yeni modelin ailə formatları bizim ənənəvi, tutalım, Azərbaycan milli ailə dəyərlərini məhv edir, yoxsa onun davamıdır”?. Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib. Onun sözlərinə görə, bu cür ictimai müzakirələr hələ çox davam edəcək, amma artıq qəti qərarların qəbul edilməsinin zamanıdır. Azərbaycanda klassik ailə tipi var. Bunlar…
Daha çox