“Azərbaycan dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir və müstəqil siyasət yürütmələrinə böyük önəm verir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib. Komitə sədri xüsusilə vurğulayıb ki, ölkəmizin rəhbəri cənab İlham Əliyev dünyada sülhün, əminamanlığın, qarşılıqlı əməkdaşlığın, sağlam münasibətlərin tərəfdarıdır və fəaliyyəti dövründə bu istiqamətdə səylərini əsirgəməmişdir. “Azərbaycan həm də donor ölkə kimi tanınır. Çətin şəraitdə olan ölkələrə humanitar, maliyyə dəstəyi göstərir. Xarici ölkələrdə məktəblər, uşaq bağçaları tikir, mədəni–dini abidələri bərpa edir, köməksizlərə arxa–kömək olur. Bu, əlbəttə ki, bəşəri dəyərlərdən qaynaqlanır. Cənab İlham Əliyev…
Daha çoxDay: September 1, 2025
Son 8 ayda DSMF-də 14 minə yaxın vətəndaşın müraciəti cavablandırılıb
Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə 2025-ci ilin yanvar-avqust ayları ərzində 13 min 641 vətəndaş müraciəti cavablandırılıb. Bu barədə SİA-ya Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müraciətlərin 4 min 626-sı ünvanlı dövlət sosial yardımı, 3 min 23-ü pensiya təyinatı, 3 min 671-i sosial müavinət və təqaüd, 228-i sosial sığorta və fərdi uçot, 2 min 93-ü isə digər istiqamətlər üzrə olub.
Daha çox“Azərbaycan hərbi, siyasi və diplomatik gücünü təsdiqlədi”
“Azərbaycan Prezidenti İlham Əliyevin indiki məqamda, həm Cənubi Qafqaz kimi münaqişələrin bol, həllin çətin və maraqların toqquşduğu bir regionda sülh yolu ilə problemləri həll etməsi, prosesdə birdən çox böyük gücün iştirakını təmin edib, tərəfdaşı kimi çıxış etməsi böyük və üst səviyyəli diplomatik uğurdur və bu reallıqdır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib. Turan Rzayev sözlərinə belə davam edib: “Prosesləri təhlil etdikdə İlham Əliyevin bu proseslərin icrasındakı sərf etdiyi enerji, liderlik bacarıqları, vizionu və gələcəyə hesablanmış addımları aydın görünür. Prezidentin hakimiyyət dövrünə baxdıqda, atılan hər bir addımın məntiqə sığdığını…
Daha çoxİsrail Qəzzada Əl-Əqsa xəstəxanasını 14-cü dəfə hədəfə alıb
İsrail ordusu Qəzzada Əl-Əqsa Şəhidləri Xəstəxanasına hücuma keçdiyini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu, İsrail qüvvələrinin xəstəxanaya 14-cü zərbəsi idi. Hökumətin Qəzzadakı media ofisi bəyan edib ki, İsrail döyüş təyyarələri Əl-Əqsa Şəhidləri Xəstəxanasını əhatə edən divarın içərisində məcburi köçkün fələstinlilərə sığınan çadırlara, eləcə də yaxınlıqdakı klinikalara hücum edib. Açıqlamada daha əvvəl 13 dəfə hədəf alınan Əl-Əqsa Şəhidləri Xəstəxanasının 7 oktyabr 2023-cü il tarixindən bu yana 14-cü dəfə İsrail ordusu tərəfindən vurulduğu qeyd edilib. Media ofisi beynəlxalq ictimaiyyəti, Birləşmiş Millətlər Təşkilatını (BMT) və ona bağlı qurumları müharibə cinayətləri…
Daha çox“Qarabağ gələcəkdə perspektivli turizm bölgəsi olacaq”
“2020-ci ildə torpaqlarımız işğaldan azad olunan gündən etibarən, ölkə başçısının tapşırığı əsasında dövlətimiz tərəfindən bu bölgədə tikinti-bərpa işləri çox sürətlə aparılır”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qurbanov deyib. Onun sözlərinə görə, ilk mərhələdə minadan təmizlənmə və təhlükəsizlik məsələləri, daha sonra isə paralel şəkildə tikinti-bərpa işləri, infrastrukturun qurulması və vətəndaşlarımızın “Böyük Qayıdış” proqramı çərçivəsində rahatlıqla öz evlərinə dönmələri üçün zəruri şəraitin yaradılması həyata keçirildi. Bu, ilkin mərhələdə ən vacib məsələlərdən biri olub və çox yüksək sürətlə icra olunmaqdadır: “Bildirmək istəyirəm ki, paralel olaraq turistlər…
Daha çoxYoluxucu xəstəliklərdən qorunmaq məqsədilə bəzi malların idxalına məhdudiyyət tətbiq edilib
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Tunisin Beca, Mahdiya, Aryana, Sfax, Zaqvan, Sidi Bu Zid, Manuba, Bizerta, Ben-Arous, Susa, Silyana, Nabul, Cenduba, Le Kef, Tunis, Monastir, Əl-Qeyrəvan, Kasserin vilayətlərində nodulyar dermatit xəstəliyi, Mərakeşin Kasablanka-Settat regionunda, Xorvatiyanın Zaqrebaçka bölgəsində blutanq xəstəliyi, Bolqarıstanın Pazarcik vilayətində isə xırdabuynuzlu heyvanların çiçək xəstəliyi qeydə alınıb. Bu barədə SİA-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib. Bildirilib ki, respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan…
Daha çoxTiencində Azərbaycan Prezidenti İlham Əliyevin Pakistanın Baş naziri ilə görüşü olub
Sentyabrın 1-də Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşü olub. SİA xəbər verir ki, Məhəmməd Şahbaz Şərif bu ilin aprel-may aylarında Hindistanın Pakistana qarşı hərbi təcavüzü zamanı Azərbaycanın göstərdiyi siyasi dəstəyə və həmrəyliyə görə Pakistan xalqı və hökuməti adından dövlətimizin başçısına bir daha təşəkkürünü bildirdi. Azərbaycan-Pakistan əlaqələrinin qardaşlığa əsaslandığını deyən dövlətimizin başçısı Pakistanın Hindistan üzərində qələbəsi münasibətilə təbriklərini çatdırdı. Prezident İlham Əliyev ölkəmizin Pakistana göstərdiyi dəstəyə cavab olaraq Hindistanın beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışdığını dedi. Bunun ölkəmiz üçün…
Daha çoxLeyla Əliyeva “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzi ilə tanış olub
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə yeni yaradılan “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzi fəaliyyətə başlayır. SİA xəbər verir ki, Leyla Əliyeva mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olub, burada uşaqlar üçün qurulmuş sosial mühit və xidmət modelləri ilə maraqlanıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova mərkəzin fəaliyyət istiqamətləri barədə məlumat verərək bildirib ki, “Tut Əlimdən” Sosial Reabilitasiya Mərkəzi çətin həyat şəraitində olan və ailə himayəsindən məhrum uşaqlar üçün təhlükəsiz, sağlam, qayğı ilə əhatə…
Daha çoxAzərbaycan ŞƏT-in yeni tərəfdaş statusuna daxil olacaq
Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) “ŞƏT tərəfdaşı” adlı vahid status yaratmağa qərar verib. SİA xəbər verir ki, bu barədə ŞƏT ölkələrinin “Tiencin Bəyannamə”sində qeyd edilib. Bildirilib ki, üzv dövlətlər “müşahidəçi” və “dialoq tərəfdaşı” statuslarını birləşdirərək “ŞƏT tərəfdaşı” statusunu təsis ediblər. Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə yaradılmış beynəlxalq təşkilatdır. Təşkilata Hindistan, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan, Özbəkistan və Belarus daxildir. Müşahidəçi ölkələrə Əfqanıstan və Monqolustan, dialoq tərəfdaşlarına isə Azərbaycan, Ermənistan, Bəhreyn, Misir, Kamboca, Qatar, Küveyt, Maldivlər, Myanma, Nepal, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə və Şri-Lanka daxildir.
Daha çoxDaha 2 BOKT-un lisenziyası ləğv edilib
Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarına cari nəzarət prosesləri çərçivəsində fəaliyyətini davam etdirir. AMB-dan SİA-ya bildirilib ki, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişiklərə əsasən, eləcə də, Mərkəzi Bankın təsdiq etdiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası”nda müəyyən edilmiş strateji hədəflər çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin müvafiq Qərarları ilə “Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası” (Prudensial Qayda) və “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası” təsdiqlənib. Prudensial Qaydaya əsasən kommersiya hüquqi şəxs formasında yaradılan mövcud və yeni bank…
Daha çox