Azərbaycan Əfqanıstana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Əfqanıstanda baş verən zəlzələdə həyatını itirənlərə görə başsağlığı verib. SİA xəbər verir ki, bu barədə Nazirlik “X”də paylaşım edib. “Əfqanıstanda baş vermiş dağıdıcı zəlzələ xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların hamısına şəfa diləyirik. Bu çətin zamanda Əfqanıstan xalqının yanındayıq”, – paylaşımda qeyd edilib. Qeyd edək ki, bu gün Əfqanıstanın Nanqarhar vilayətinin mərkəzi rayonu Cəlalabad yaxınlığında 6 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 622 nəfər həlak olub, 1 500-dən çox insan yaralanıb.

Daha çox

Azercell qadınlara növbəti dəstək proqramına start verir

Mobil operator sosial layihə təkliflərini qəbul edir Azercell “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədini rəhbər tutaraq, qadınların ictimai fəallığını artırmaq və sosial rifahını gücləndirmək məqsədilə növbəti sosial layihə müsabiqəsini elan edir. Müsabiqəyə təqdim olunacaq layihələr qadınlarla bağlı aşağıdakı istiqamətlərdən birini əhatə etməlidir: bilik və bacarıqların inkişafı; sahibkarlıq və biznes sahəsində praktiki biliklərin öyrədilməsi; texnologiya və innovasiya sahəsində yeni bacarıqların formalaşdırılması; hüquq və maliyyə savadlılığının artırılması; sağlam həyat tərzinin təşviqi. Seçim zamanı rəqəmsal inkişafı, inklüzivliyi və texnoloji həllər vasitəsilə həyat keyfiyyətinin yüksəldilməsini dəstəkləyən layihələrə üstünlük veriləcək.…

Daha çox

“Azərbaycan və Çin birgə inkişaf yolunu tutublar”

“Prezident İlham Əliyevin bundan əvvəlki Çin səfərində hərtərəfli strateji tərəfdaşlığa dair sənədin imzalanması Azərbaycanın və Çin münasibətlərinin ən yüksək səviyyədə olmasını deməyə imkan verir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib. Deputatın sözlərinə görə, Azərbaycanın Çinin ərazi bütövlüyünü və suverenliyini tam olaraq dəstəkləməsi və buna qarşılıqlı olaraq da Çinin Azərbaycanın ərazi bütövlüyünü və inkişaf strategiyasını hərtərəfli dəstəkləməsi onu deməyə imkan verir ki, Azərbaycan və Çin birgə inkişaf yolunu tutublar: “Xüsusilə də Azərbaycanın Qara dənizdə yeni limanların istifadəyə verilməsi və icarəyə götürülərək yükdaşıma potensialının artırılması üçün həyata keçirdiyi yanaşmalar da…

Daha çox

Vəkilliyə qəbulla bağlı növbəti test imtahanına elektron müraciət başlayıb

Bu gündən Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının növbəti test mərhələsində iştirak etmək üçün elektron sənəd qəbuluna start verilib. SİA xəbər verir ki, bu barədə kollegiyanın mətbuat xidməti məlumat yayıb. Namizədlərin nəzərinə çatdırılıb ki, növbəti test mərhələsində iştirak üçün bütün müraciətlər yalnız elektron formada qəbul olunur. Qaydalara əsasən, elektron müraciət etmək istəyən namizədlər ARVK-nın rəsmi internet səhifəsindəki “Vəkilliyə qəbul” bölməsinə (https://barassociation.az/candidate-login) daxil olaraq açılan pəncərədən “Namizəd qeydiyyatı”na keçid etməlidirlər. ARVK ilə Dövlət İmtahan Mərkəzi arasında əldə edilmiş razılığa əsasən, test imtahanının dəqiq tarixi və digər ətraflı…

Daha çox

Daxili işlər naziri Naftalanda qəbul keçirəcək

Daxili işlər naziri Vilayət Eyvazov Naftalanda vətəndaşları qəbul edəcək. Bu barədə SİA-ya DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən sentyabrın 4-də Naftalan Rayon Polis Şöbəsinin inzibati binasında Gəncə, Naftalan, Goranboy, Samux, Göygöl, Daşkəsən, Xocalı və Kəlbəcər şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək. Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 3 sentyabr tarixinədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Daha çox

Avtobuslarda gediş haqqının artırılması barədə hər hansı qərar yoxdur

İctimai nəqliyyatda gedişhaqqı hazırda 50 qəpikdir və tariflərin artırılması ilə bağlı hər hansı qərar qəbul edilməyib. Bu barədə SİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Qeyd edək ki, son dövrlər mətbuatda və sosial şəbəkələrdə ictimai nəqliyyatda gediş haqlarının artırılacağı barədə fikirlər səsləndirilir. Lakin dövlət qurumları tərəfindən açıqlanan məlumatlarda bu məsələ öz təsdiqini tapmayıb. Belə ki, bundan öncə “Bakı metropoliteni” QSC-dən də mediaya açıqlamada metropolitendə tariflərin tənzimlənməsi ilə bağlı hansısa məlumatın olmadığı bildirilib.

Daha çox

Dövlət başçısı İlham Əliyev Tiencində Maldiv Prezidenti ilə görüşüb

Sentyabrın 1-də Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu ilə görüşü olub. SİA xəbər verir ki, Maldiv Prezidenti COP29 çərçivəsində Azərbaycana səfərini və dövlətimizin başçısı ilə görüşü zamanı aparılmış müzakirələri məmnunluqla xatırladı, COP29 konfransının yüksək səviyyədə təşkil olunduğunu qeyd etdi. Prezident İlham Əliyev də öz növbəsində Məhəmməd Muizzu ilə Bakıda keçirdiyi görüşə toxundu, aparılmış müzakirələr zamanı qarşıya qoyulmuş tapşırıqlara uyğun olaraq Azərbaycan nümayəndə heyətinin Maldivə səfər etdiyini, orada siyasi məsləhətləşmələrin aparıldığını və iqtisadi-ticari, investisiya sahələrində əməkdaşlıq məsələlərinin müzakirə olunduğu vurğuladı. Söhbət zamanı ölkələrimiz arasında…

Daha çox

Kamran Əliyev Yasamalda vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev paytaxtın Yasamal rayonunda vətəndaşları qəbul edəcək. SİA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir. Məlumata görə, Baş prokuror Kamran Əliyev sentyabrın 5-də saat 10:00-da Yasamal rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan Yasamal rayon sakinlərinin qəbulunu keçirəcək. Vətəndaşlar qəbulla bağlı Yasamal rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012)…

Daha çox

Nehrəm qəsəbəsinin elektrik enerjisi ilə təchizatında fasilə olacaq

Bu gündən 35/10 kilovoltluq Nehrəm yarımstansiyasından qidalanan 10 kilovoltluq “Nehrəm 1” hava elektrik verilişi xəttində təmir işləri aparılacaq. “Azərişıq” ASC-nin Naxçıvan RETSİ-dən SİA-ya verilən məlumata görə, təmir işləri ilə əlaqədar sentyabrın 5-nə qədər Babək rayon Nehrəm qəsəbəsində gün ərzində elektrik enerjisinin verilişində fasilələr yaranacaq. Təmir işləri başa çatdıqdan sonra abonentlər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaqlar.

Daha çox