Prezident İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb. SİA xəbər verir ki, məktubda deyilir: “Hörmətli Şavkat Miromonoviç, Əziz Qardaşım, Qardaş Özbəkistan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Bu gün Sizin müəyyən etdiyiniz yeni Özbəkistan strategiyası əsasında ölkənizin sürətli və hərtərəfli inkişafı, bütün sahələrdə tərəqqisi, iqtisadi gücünün artması, qlobal müstəvidə nüfuzu və mövqelərinin möhkəmlənməsinin şahidi olmaqdan qardaş ölkə olaraq sevinc hissi duyuruq. Özbəkistanın əldə etdiyi bütün nailiyyətlər Sizin…
Daha çoxDay: September 1, 2025
“Hər kəs sülh naminə öz sözünü deməlidir”
“Təkcə 21 Sentyabr deyil, sülh bütün günləri əhatə etməlidir. Hər bir insan bu dünyaya sülh şəraitində, xoşbəxt yaşamaq üçün gəlir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, bəşəriyyətin bir hissəsinin bütün həyatını müharibələr, işgəncələr və qarşıdurmalar içində keçirməsi isə böyük faciədir: “Dünyanın düşünən beyinləri və sülhü yaratmağı bacaran qüvvələri sülhün bərqərar olması üçün daim mübarizə aparmalıdırlar. Bunun üçün çox şey lazım deyil, sadəcə beynəlxalq hüququn əsas normalarına əməl etmək kifayətdir. Ədalət və qarşılıqlı hörmət prinsiplərinə söykənən münasibətlər dünyada uzunmüddətli sabitliyin təminatçısı ola bilər. Azərbaycan bunun…
Daha çox“Çoxvektorlu diplomatiya ölkəmizin regional güc mövqeyini möhkəmləndirir”
“Azərbaycanın son aylarda həyata keçirdiyi yüksək səviyyəli diplomatik addımlar ölkəmizin həm regional, həm də beynəlxalq siyasətdə strateji çəkisini bir daha nümayiş etdirdi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin əvvəlcə Çinə, ardınca isə ABŞ-a səfərləri balanslaşdırılmış xarici siyasət kursunun bariz nümunəsidir. Bu səfərlər Azərbaycanın “hər iki qütblə” əməkdaşlığa açıq olduğunu və yalnız milli maraqlar əsasında siyasət yürüdüyünü sübut edir: “Çinlə iqtisadi, enerji, nəqliyyat və texnoloji əməkdaşlıq dərinləşdiyi halda, ABŞ-la təhlükəsizlik, investisiya və demokratik islahatlara dəstək mövzuları gündəmdədir. Bu, Azərbaycanın beynəlxalq sistemdə çoxvektorlu siyasət…
Daha çoxÇanaqqalanın sualtı irsi dünya gündəmində
Türkiyənin Şimal Egey bölgəsində yerləşən Çanaqqala növbəti dəfə beynəlxalq diqqət mərkəzinə çevrilir. Burada təşkil olunacaq nüfuzlu “Beynəlxalq Sualtı Fotoqrafiya Müsabiqəsi” şəhərin zəngin sualtı irsini dünya ictimaiyyətinə təqdim etməyi hədəfləyir. Tarixi, mifləri və təbiəti özündə birləşdirən Çanaqqala həm Troya xarabalıqları, həm də günəşli üzüm bağları və təmiz sahilləri ilə tanınır. Lakin bölgənin ən böyük sərvəti əslində dənizin dərinliklərində gizlənir. SİA xəbər verir ki, Çanaqqala bu gün dünyanın ən cazibədar dalğıc məkanlarından biri hesab olunur. Burada sualtı tədqiqatçılar və dalğıclar təkcə zəngin dəniz aləmini deyil, həm də Birinci Dünya Müharibəsindən qalmış tarixi…
Daha çoxAzərbaycan-Slovakiya əməkdaşlığının bir sıra sahələrdə genişlənməsi üçün yaxşı imkanlar var
Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqriniyə bu ölkənin milli bayramı – Konstitusiya Günü münasibətilə məktub ünvanlayıb. SİA xəbər verir ki, məktubunda Prezident Peter Pelleqrinini və Slovakiya xalqını öz adından və Azərbaycan xalqı adından təbrik edən dövlətimizin başçısı bildirib: Ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq və əməkdaşlıq münasibətləri bizim üçün əhəmiyyətlidir. Azərbaycan-Slovakiya əlaqələrinin hazırkı inkişaf dinamikası məmnunluq doğurur. Tərəfdaşlığımızın prioritet istiqamətlərindən olan enerji sektorunda uğurlu işbirliyimizi xüsusi qeyd etmək istərdim”. Prezident İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycan-Slovakiya əməkdaşlığının bir sıra sahələrdə genişlənməsi və yeni məzmunla zənginləşməsi üçün yaxşı…
Daha çox“Övladlarımıza cəza növü yox, sevgi yolu göstərməliyik”
“Artıq məktəblərə son 15 gün qalıbdır, amma təqvimlə birlikdə artıq sentyabrın 1-i dərs günüdür. İstər uşaqlarımızı yanımıza salarkən, istər oxuduqlarımızdan, istər gördüklərimizdən, sadəcə olaraq bu adaptasiya psixoloji olaraq 2-3 gün davam edir. Hansı ki, insanlar gec saatlarda yatırdılar ki, sabah dərs yoxdur, daha rahatdılar. Amma məktəbə gedərkən isə disiplinli rejimə düşmək və bunun özü ən böyük tərbiyə üsuludur”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib. Onun sözlərinə görə, insanın disiplinli olması, planlaması, planlı şəkildə hərəkət etməsi – məktəbin açılması övladlarımıza verdiyimiz ilkin, belə deyək də, ən gözəl məqamlardan biridir.…
Daha çoxAzərbaycan lideri Slovakiya Prezidentinə məktub göndərib
Prezident İlham Əliyev Slovakiya Respublikasının Prezidenti Peter Pelleqriniyə təbrik məktubu ünvanlayıb. SİA xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq və əməkdaşlıq münasibətləri bizim üçün əhəmiyyətlidir. Azərbaycan-Slovakiya əlaqələrinin hazırkı inkişaf dinamikası məmnunluq doğurur. Tərəfdaşlığımızın prioritet istiqamətlərindən olan enerji sektorunda uğurlu işbirliyimizi xüsusi qeyd etmək istərdim. Bu gün Azərbaycan-Slovakiya əməkdaşlığının bir sıra sahələrdə genişlənməsi və yeni məzmunla zənginləşməsi üçün yaxşı imkanlar vardır. Əminəm ki, bu potensialdan…
Daha çoxƏdliyyə naziri Naxçıvanda vətəndaşları qəbul edəcək
Ədliyyə naziri Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək. Bu barədə SİA-ya Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Ədliyyə naziri Fərid Əhmədov sentyabrın 19-da Naxçıvan şəhərində Naxçıvan şəhər və Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur rayon sakinlərini qəbul edəcək. Vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 17 sentyabr tarixinədək yalnız rəsmi iş günləri və saatları ərzində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə (ünvan: Naxçıvan şəhəri, İslam Səfərli küçəsi 1; əlaqə telefonu: +994 36 544 54 70; e-poçt ünvanı: [email protected]) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin +994 12 510 10 01 (daxili: 10941) nömrəli…
Daha çoxƏrazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası üzrə Alt İşçi qrupun tərkibi genişlənib
Dayanıqlı məskunlaşma üçün ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası üzrə Alt İşçi qrupun tərkibi genişlənib. SİA xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun Sərəncamı ilə “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 may tarixli 611 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə” Sərəncama edilən dəyişiklikdə əksini tapıb. Sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, “Azərenerji” Açıq Səhmdar…
Daha çoxƏrdoğan Paşinyanla nəyi müzakirə etdi?
Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Dövlət Başçıları Şurasının 25-ci Zirvə Toplantısında iştirak etmək üçün Çinin Tiencin şəhərində səfərdə olan prezident Ərdoğan sammit çərçivəsində əlaqələrini davam etdirir. Ərdoğan Ermənistanın baş naziri Paşinyanı qaldığı oteldə qəbul edib. Qəbulda xarici işlər naziri Hakan Fidan və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da iştirak ediblər. Prezident Ərdoğanın Ermənistanın baş naziri Paşinyanla görüşündə Türkiyə-Ermənistan münasibətləri Cənubi Qafqazda davamlı sabitlik və sülhə doğru atılan addımlar fonunda…
Daha çox