Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq


Sentyabrın 2-də saat 23:00-dan etibarən Azneft dairəsi ərazisində aparılacaq işlərlə əlaqədar yollarda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.

SİA xəbər verir ki, bu barədə “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətindən məlumat verilib.

Bildirilib ki, Bayıl və şəhər istiqamətində nəqliyyatın hərəkətində hər hansı məhdudiyyət nəzərdə tutulmur.

Qeyd edək ki, məhdudiyyətlər 19-21 sentyabr tarixlərində keçiriləcək “Formula 1” Qatar Airways Azərbaycan Qran Prisi 2025-ə hazırlıq çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərində aparılan quraşdırma və infrastruktur işləri ilə bağlıdır. Məhdudiyyətlər mərhələli şəkildə tətbiq ediləcək.

“Bakı Şəhər Halqası” sürücülərdən və piyadalardan alternativ marşrutlardan istifadə etmələrini xahiş edir və sakinlərin göstərdiyi anlayışa görə əvvəlcədən təşəkkürünü bildirir.

Əlaqəli Xəbərlər