Böyük Britaniyanın xarici işlər naziri David Lemmi bildirib ki, Rusiyaya qarşı əlavə sanksiyalar “çox yaxında” elan olunacaq.
SİA xəbər verir ki, bu barədə SkyNews məlumat yayıb.
Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri sanksiyaların Rusiya neftindən pul qazanan konkret şəxslərə yönəldiləcəyi ilə bağlı suala dolayı cavab verib.
Lemmi qeyd edib ki, Böyük Britaniya hökuməti artıq çox iş görüb, xüsusən də neftin qiymətinin aşağı salınması, onun fikrincə, bu, zəruridir.
Nazir həmçinin bildirib ki, Britaniya “Putinin döyüş maşınına qarşı dünyada ən böyük sanksiyalar paketi”ndə iştirak edib. …Mən tribunadan əlavə sanksiyalarla bağlı şərh verə bilmərəm, lakin siz tezliklə elanı görəcəksiniz, – XİN rəhbəri yekunlaşdırıb.
Əli Babayev