Britaniyanın xarici işlər naziri Fələstini tanımaq planlarını təsdiqləyib

Böyük Britaniya Fələstin dövlətçiliyini tanımağı planlaşdırır və bu addımı radikal HƏMAS hərəkatının hərəkətlərinə təşviq hesab etmir. SİA xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Britaniya parlamentinin İcmalar Palatasında (aşağı palata) çıxışı zamanı deyib. “Fələstinin tanınmasının HƏMAS üçün mükafat olduğunu və ya İsrailin təhlükəsizliyinə təhdid olduğunu söyləyənlərə bunu deyirəm: belə deyil. Tanınma, HƏMAS-ın rədd etdiyi iki dövlətli həll prinsipinə əsaslanır. Biz açıq şəkildə bildirmişik ki, hər hansı Fələstin dövləti hərbisizləşdirilmiş olmalıdır. Prezident Mahmud Abbası bunu təsdiqləyib.məlidir. Biz iki dövlət həlli ilə İsrailin təhlükəsizliyinə dərin öhdəliyimiz arasında heç…

Daha çox

Bu ölkədə zəngin qızıl yatağı tapıldı

Qazaxıstanda 38 yeni faydalı qazıntı yatağı, o cümlədən 19 ton qızıl və əhəmiyyətli nadir torpaq metalların ehtiyatları aşkarlanıb. SİA xəbər verir ki, əsas kəşflərdən biri Astanadan 420 km aralıda, Karaqanda vilayətinin Kuyrıktikol rayonunda yerləşən “Jana-Qazaxıstan” geoloji zonasındakı nadir torpaq elementləri yatağı olub. Qazaxıstan Sənaye və Tikinti Nazirliyinin qiymətləndirmələrinə görə, Yerin təkində elektromobillərin, külək turbinləri, elektronika və müdafiə texnologiyalarının istehsalı üçün vacib elementlərlə zəngin 20 milyon tondan çox filiz var. Məlumatlar rəsmi olaraq təsdiqini taparsa, Qazaxıstan nadir torpaq metallarının ehtiyatlarına görə Çin və Braziliyadan sonra dünyada üçüncü yeri tutacaq.

Daha çox

Rusiyaya qarşı sanksiya ilə bağlı variantlar masadadır

Rusiyaya qarşı sanksiya ilə bağlı bütün variantlar hazırda masadadır. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın Xəzinədarlıq katibi Skot Bessent “Fox News”a müsahibəsində deyib. O, Rusiyanın son danışıqlara baxmayaraq, Ukraynanı bombalamağa davam etməsindən sonra Tramp administrasiyasının sanksiyaları nəzərdən keçirdiyini deyib. “Prezident Putin Ankoricdəki tarixi görüşdən, telefon danışığından, Avropa liderləri və Prezident Zelenskinin Ağ Evdə görüşündən sonra etməli olduğunun əksini etdi və bombalama kampaniyasını artırdı. Ona görə də Prezident Trampla birgə sanksiyalara dair bütün variantlara baxılır və düşünürəm ki, bu həftə onları çox yaxından araşdıracağıq”,- deyə Bessent əlavə…

Daha çox

Belarus müəllim hansı hallarda mobil telefondan istifadə edə bilər…?

Təhsil Nazirliyindən cavab… …Deməli, bir müddət bundan əvvəl qəbul edilmiş qərara görə, məktəbdə olan belaruslu müəllim mobil telefondan istifadə etməməlidir, amma… … SİA-nın məlumatına görə, ümumi orta və məktəbəqədər təhsil Baş İdarəsinin rəis müavini – Təhsil Nazirliyinin Ümumi orta təhsil şöbəsinin müdiri İrina Karjova BELTA-ya bildirib ki, müəllim məktəbdə mobil telefondan necə istifadə edə bilər. Onun sözlərinə görə, məktəbdə zərurət olmadan dərs zamanı müəllimlərin mobil telefondan istifadəsinə qoyulan məhdudiyyət də açıq şəkildə yazılıb. Məqsəd “suallardan qaçmaqdır”. Karjova əlavə edib ki, belə bir qərar həm də…

Daha çox

Rus məktəbləri şənbə günləri dərsləri ləğv etmək istəyir…

Rus məktəbləri şənbə günləri dərsləri, həftə sonları isə ev tapşırıqlarını ləğv etmək istəyir. SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki, bu təkliflə Dövlət Dumasının deputatı Sergey Mironov çıxış edib. Millət vəkilinin fikrincə, qrafik elə tərtib edilməlidir ki, həftə sonları dərsdən uşaqların tam istirahət etməyə vaxtı olsun. Mironov aydınlaşdırıb ki, müvafiq qanun layihəsinin payız sessiyasında baxılmaq üçün Dövlət Dumasına təqdim edilməsi planlaşdırılır. Əvvəllər Təhsil Nazirliyi rusiyalı məktəblilər üçün birinci sinifdən doqquzuncu siniflərə qədər icazə verilən tədris yükünü müəyyən edib. Yeniliklərə əsasən, ilin birinci yarısında uşaqlar səkkiz həftədən, ikincidə birinci siniflər…

Daha çox

Dünyanı dəyişdirəcək və müharibəni bitirəcək iki şərt…

Bu işləyəcək və demək olar ki, dərhal… …Bu gün Amerikada ictimai və siyasi xadimi kimi tanınan German Obuxov Çelyabinskdə doğulub. 1981-1987-ci illərdə SSRİ-nin siyasi məhbusu olub. “Rus Terrorunu dayandırın” Fondunun təsisçisi və rəhbəri, “Uşaqlara dünyanı açın” Xeyriyyə Fondunun təsisçilərindən biridir. Beş kitabın və altı ssenarinin müəllifidir. SİA Obuxovun Ukraynadakı müharibə ilə bağlı yazdığı son yazını diqqətinizə çatdırır… Beləliklə… …Birinci şərt, asan olmasa da, tamamilə aydındır, çünki bu, Ukrayna Silahlı Qüvvələrindən və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindən asılıdır, yəni: Moskvada hava hücumu sireninin Kiyevdəki kimi…

Daha çox

Belarus ətinin böyük partiyası Rusiyaya buraxılmayıb…

Bryansk vilayətində ciddi qanun pozuntuları olan yük saxlanılıb… Rosselxoznadzor Belarusdan 40 ton dondurulmuş quş ətinin idxalına qadağa qoyub. SİA-nın məlumatına görə, hadisə Bryansk vilayətində baş verib. Sərhəddə iki avtomobil saxlanılıb. Yoxlama zamanı gömrük və Rosselxoznadzor əməkdaşları ciddi qanun pozuntuları aşkar ediblər. Xüsusilə, məhsulların partiya nömrələri və istehsal tarixləri baytarlıq müşayiət sənədlərində göstərilənlərə uyğun gəlmir. Bundan başqa, nəqliyyat vasitələrinin birində ət qutusuz, birbaşa nəqliyyat vasitəsinin döşəməsi ilə daşınıb. Bütün məhsullar Belarusa qaytarılıb. Əli Babayev

Daha çox

“Babamı gördüm, orada idi…”

Televiziya ulduzu klinik ölüm yaşadı və ölümdən sonra həyatı gördü… …“Böyük itki” şousunun səkkizinci mövsümünün iştirakçısı Treysi Yukiç ilk sınaq zamanı klinik ölümlə üzləşib. Televiziya ulduzu ölümdən sonrakı həyatı gördüyünü iddia edir. SİA-nın məlumatına görə, onun hekayəsini “Us Weekly” nəşr yayıb. Deməli, şounun təşkilatçıları iştirakçıları çimərliyə gətirib və onların qarşısına vəzifə qoyublar: mil (1,6 kilometr) qaçmaq. Yarış zamanı Yukiçin ayaqları nəzərəçarpacaq dərəcədə “daşa düşüb” və o, birbaşa qumun üzərinə yıxılaraq huşunu itirib. Digər iştirakçıların köməyi ilə qadın məsafəni qət edə bilsə də, finiş xəttini keçdikdən…

Daha çox

“Yer üzündə fəsillər düşündüyümüz kimi işləmir…”

…Yeni araşdırmada elm adamları peyklərdən mövsümi böyümə dövrlərini müşahidə etmək üçün yeni bir yanaşma tətbiq ediblər. SİA-nın məlumatına görə, “Science Alert” yazır ki, nəticədə komanda Yerin yerüstü ekosistemlərinin mövsümi tsikllərinin görünməmiş və ətraflı mənzərəsini təqdim edə bilib. Nəticədə, elm adamları bütün dünyada mövsümi asinxroniyanın “qaynar nöqtələrini” müəyyən edə bildilər: mövsümi tsikllərin vaxtı qonşu yerlər arasında üst-üstə düşməyə bilər. Bundan əlavə, elm adamları göstərdilər ki, vaxt fərqləri gözlənilməz ekoloji, təkamül və hətta iqtisadi nəticələrə səbəb ola bilər. Fəsilləri müşahidə etmək Fəsillərin həyatın ritmini təyin etdiyi məlumdur: canlılar, o cümlədən insanlar, il…

Daha çox

Türkiyədə partlayış: 12 nəfər yaralandı

Türkiyənin Aydın şəhərində dinamitlərin partladılması zamanı 12 nəfər yaralanıb. SİA xəbər verir ki, Aydın şəhərinin Çinə rayonunda devrilmiş dinamit yüklü yük maşının təhlükəsizlik tədbirləri çərçivəsində partladılması zamanı yaralananlardan 2-si jandarma və 1-i polisdir. Aydın valisi Yaqub Canbolad bildirib ki, xəstəxanaya aparılmış yaralıların vəziyyəti yaxşıdır.

Daha çox