Güclü maqnit qasırğası ilə bağlı xəbərdarlıq

Güclü partlayış nəticəsində Günəş plazma buludu Yerə çatıb, maqnit qasırğası başlaya bilər. SİA xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutu məlumat yayıb. Bildirilib ki, plazma buludu Yerə zərbə vurub. Əgər geomaqnit sahəsini yarıb keçsə, qütb işıqları və maqnit qasırğaları müşahidə olunacaq.

Daha çox

Fransada azyaşlılar 10 milyon avroluq qızıl oğurlayıb

Fransada saxlanılan iki azyaşlının üzərindən 10 milyon avro dəyərində qızıl-zinət əşyaları çıxıb. SİA xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb. Məlumata görə, polis tunisli Paris sakinini və onun şərikini Lion qatar stansiyasında saxlayıb və onların üzərinə baxış keçirən zaman azyaşlılardan birinin alt paltarında gizlətdiyi 10 milyon avro dəyərində qızıl-zinət əşyaları aşkarlanıb. Bunlar 5 milyon avro dəyərində boyunbağı, iki milyon avrodan yuxarı sırğa, bir milyon avro dəyərində üzük, həmçinin “Rolex” saatı və digər qiymətli aksessuarlar olub. Bu əşyaların hamısının oğurlandığı güman edilir. Axtarış zamanı bıçaq da götürülüb. Hazırda onlar…

Daha çox

İkinci Ukrayna alayı M1 Abrams tanklarını aldı…

Tanklar modernləşdirildi… …2022-ci ildə Xarkov əks-hücumunda məşhurlaşan Ukraynanın 425-ci “Skala” hücum alayı Amerikanın M1 Abrams əsas döyüş tanklarını qəbul edib. Bölmə ilk tankları ayın əvvəlində qəbul edib, bu barədə özünün Facebook səhifəsində məlumat verib. SİA-nın məlumatına görə, bu barədə “The National Interest” yazır. Bu vaxta qədər M1 Abrams yalnız 47-ci Mexanikləşdirilmiş Briqada “Magura” ilə xidmətdə idi. Ümumilikdə ABŞ Ukraynaya 31 tank ötürdü. Tankların yeni partiyası keçən il 49 köhnə M1A1 Abram-ı təhvil verməyi vəd edən Avstraliyadan gəldi. Bu, ölkə ABŞ-dan yeni M1A2 SEPv3 almağa başladıqdan…

Daha çox

Türkiyənin üç bölgəsində meşə yanğınları davam edir

Türkiyənin Denizli, Karabük və Aydın vilayətlərində meşə yanğınları ilə mübarizə aparılır. SİA xəbər verir ki, Aydın vilayətinin Buharkent rayonu ərazisində başlayan və Denizlinin Buldan rayonuna qədər yayılan meşə yanğınını söndürmək üçün 400-ə yaxın yanğınsöndürmə maşını, 159 ilkin müdaxilə avtomobili, təxminən digər 50 texnika və 3 min 500 nəfərdən artıq canlı qüvvə, eləcə də təyyarə və helikopterlər cəlb edilib. Bəzi bölgələrdən sakinlər təxliyə olunublar.

Daha çox

Modi Putini müharibəni mümkün qədər tez bitirməyə çağırıb…

Görüş ŞƏT sammitində baş tutub… Hindistanın baş naziri Narendra Modi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində Vladimir Putinlə görüşündə Ukraynadakı müharibəni tez bir zamanda dayandırmağa çağırıb. …Biz sülhün bərqərar olması üçün son vaxtlar görülən bütün səyləri alqışlayırıq və ümid edirik ki, bütün tərəflər bu məsələyə konstruktiv yanaşacaqlar. Münaqişənin tezliklə dayandırılması və sülhün bərqərar olması yollarını axtarmaq lazımdır. Bunu Modi deyib. SİA-nın məlumatına görə, “The Moscow Times”ın yazdığına görə, əlavə edib ki, o, müntəzəm olaraq Putinlə sülh yolu ilə nizamlanmaya dair fikir mübadiləsi aparır. Modi ilə Putin arasında…

Daha çox

“Ruslar döyüş meydanında uduzur…”

Estoniyanın keçmiş prezidenti müharibənin nə vaxt bitəcəyini deyib. …Estoniyanın keçmiş prezidenti Toomas Hendrik İlves bildirib ki, ruslar Ukraynada müharibə onlar üçün çox baha başa gələnə qədər davam edəcək. SİA-nın məlumatına görə, o deyib ki, rus iqtisadiyyatı kəskin şəkildə yavaşlayır. Onlar döyüş meydanında uduzurlar. Tipik bir hekayə (mən buna görə Qərbdəki bəzi ekspertləri günahlandırıram): ruslar Pokrovsk yaxınlığında sürətli taktiki yerləşdirmə həyata keçirdilər. Eşitdik: “Aman Allahım! Döyüş dalğası dönür. Ruslar irəliləyir”. Sonra ukraynalılar dörd gün ərzində onları məhv etdilər. Və bütün baş verənlər bir neçə min rusun…

Daha çox

Parubinin qətlinin təfərrüatlarını açıqlanıb…

…Deputat, Ukrayna Ali Radasının keçmiş rəhbəri Andriy Parubinin qətli bir aydan artıq müddətə hazırlanıb. SİA-nın əldə etdiyi məlumata görə, Milli Polis rəhbərinin müavini, kriminal polisin rəhbəri Andrey Nebytov bildirib. Onun brifinqdə sözlərinə görə, cinayətin təfərrüatları istintaqa qalmalıdır ki, bütün hallar və qətldə iştirak edən bütün şəxslər müəyyənləşsin. Eyni zamanda o qeyd edib ki, bu gün motivin bütün mümkün versiyaları nəzərdən keçirilir. …Bu gün deyə bilərik ki, həmin şəxsin öldürmək niyyəti olub. Biz bunun Rusiya izini, Rusiya Federasiyasının sifarişi olduğunu istisna etmirik. Nebytov bildirib. Brifinqdə qeyd olunub ki, Andriy Parubini qətlə…

Daha çox

“Zəngəzur dəhlizinin açılması təhlükəsizlik rejimini gücləndirəcək”

“Zəngəzur dəhlizi yeni geo-siyasi reallıqları formalaşdırır və Azərbaycan burada bir sıra üstünlüklər əldə edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib. Onun sözlərinə görə, ən əsası ondan ibarətdir ki, Naxçıvan Muxtar Respublikası blokadadan azad olur və kommunikasiya əlaqələri formalaşır: “Avtomobil və dəmir yolu infrastrukturu meydana gəlir və burada regional əməkdaşlıq üçün çox geniş imkanlar formalaşır. O cümlədən böyük türk dünyası arasında əlaqələr genişlənir. Hesab edirəm ki, Zəngəzur dəhlizi Vaşinqton razılaşmalarından sonra yeni bir nəfəslə istifadəyə veriləcək. Bununla da orta dəhlizin əhəmiyyəti artacaq. Şərq ilə Qərb, Mərkəzi Asiya ilə…

Daha çox

Bir ayda bu cəhdlərin sayı bu il rekord göstəricidir…

Avqustda miqrantlar Belarusdan Polşaya 5200 dəfə qanunsuz daxil olmağa cəhd ediblər… …SİA-nın məlumatına görə, Mediazona Polşa sərhəd xidmətinə istinadən yazır ki, 2025-ci ilin avqustunda Polşa sərhədçiləri miqrantların Belarus-Polşa sərhədi vasitəsilə Avropa İttifaqına qanunsuz daxil olmaq üçün 5200 cəhdini qeydə alıblar. İddialara görə, ayda bu cəhdlərin sayı bu il rekord göstəricidir. Miqrantlar Polşaya quru yolu ilə, eləcə də çaylarla – Narev, Svisloç, Pravaya Lesnaya ilə getməyə çalışırlar. Polşa sərhədçilərinin mətbuat xidmətinin yazdığı kimi, onlar tez-tez özlərini aqressiv aparırlar – hasarın arxasından polşalı patrullara daş və budaqlar atırlar.…

Daha çox

Aİ-nin xüsusi nümayəndəsi Naxçıvanın sərhədyanı ərazilərini ziyarət edib

Naxçıvanın mövcud dəmir yolu infrastrukturu ilə tanışlıq əməkdaşlığın inkişafı üçün geniş perspektivlər açır. SİA xəbər verir ki, bu barədə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Naxçıvana səfərini şərh edərkən bildirib. Onun sözlərinə görə, səfəri çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə keçirilən görüş konstruktiv və məhsuldar keçib: “Görüşdən çox razı qaldım, çünki əməkdaşlığa açıq və səmimi müzakirələr aparıldı. Naxçıvanın sərhədyanı ərazilərini ziyarət etmək imkanımız oldu. Bu, qarşılıqlı əlaqələrin hələ başlanğıcıdır və Vaşinqton görüşündən qısa müddət sonra bu prosesə start…

Daha çox