Böyük Britaniyada 2025-ci ilin yayı ölkə tarixində ən isti yay kimi qeydə alınıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə məlumatı Birləşmiş Krallığın Milli Hidrometeorologiya Xidməti “Met Office” təsdiqləyib. Rəsmi göstəricilərə əsasən, 1 iyun-31 avqust tarixlərində ölkə üzrə orta temperatur 16,10 dərəcə olub ki, bu da uzunmüddətli iqlim norması ilə müqayisədə 1,51 dərəcə yüksəkdir. Ardıcıl istilik dalğaları nəticəsində ölkənin müxtəlif bölgələrində quraqlıqlar və meşə yanğınları qeydə alınıb. Yeni göstərici 2018-ci ildə qeydə alınmış əvvəlki rekord olan 15,76 dərəcəlik orta temperaturu üstələyib.
Daha çoxDay: September 2, 2025
Bəhruz Quliyev “Trend” BİA-nı təbrik etdi
“SƏS” Media Qrupun rəhbəri, əməkdar jurnalist Bəhruz Quliyev “Trend” BİA-nı 30 illik yubileyi münasibətilə təbrik edib. Təbrikdə deyilir: “Regionun aparıcı, nüfuzlu agentliyi olan “Trend” BİA 30 yaşını qeyd edir. Peşəkar komandaya malik media qurumu olaraq dünyada tanınır və informasiyalarının dəqiqliyi və əhatəliliyinə görə sayılır və seçilir. “Trend”i lazımlı edən həm də bir neçə dildə fəaliyyət göstərməsidir. Asiya ilə yanaşı Avropa xəbər istehsalçıları arasında xüsusi çəkisi olan media resursu sağlam rəqabəti ilə tanınır. “Trend”in bütün bölmələri maraqlıdır, təhlil və araşdırmaları, xəbərləri oxucuların marağına səbəb olur, agentliyi onlarla dostlaşdırır, doğmalaşdırır. Mənbələrdən əldə…
Daha çoxAlmaniya hərbi xərclərini iki dəfə artıracaq…
Milyardlar hara gedəcək? Almaniya kansleri Fridrix Merz ölkənin müdafiə qabiliyyətinin əhəmiyyətli dərəcədə artırılacağını açıqlayıb. Berlin NATO-nun ÜDM-in 3,5 faizlik hədəfinə çatmaq və Bundesveri Avropanın ən güclü ordusuna çevirmək üçün beş il ərzində təxminən 650 milyard avro xərcləməyi planlaşdırır. SİA-nın məlumatına görə, qərar uzun müddətdir müdafiə vəsaitlərinin çatışmazlığına cavabdır. Almaniya 1991-ci ildən bəri ilk dəfə 2024-cü ildə ÜDM-in cəmi 2 faizinə çatdı, lakin silahlı qüvvələr böhran vəziyyətində qalır: aşağı döyüş hazırlığı, 20.000 əsgər çatışmazlığı, avadanlıqla bağlı problemlər və pilotsuz təyyarələrin çatışmazlığı… Mütəxəssislərin fikrincə, investisiyanın əsas sahələrinə…
Daha çoxAzərbaycandan göndərilən humanitar yardım Ukraynaya çatıb – FOTOLAR
Azərbaycandan göndərilən humanitar yardım Ukraynaya çatıb – FOTOLAR
Daha çoxQaçqınların ailə üzvlərini Böyük Britaniyaya gətirilməsi dayandırılır
Böyük Britaniyanın daxili işlər naziri İvet Kuper bu gün parlamentdə çıxışı zamanı qaçqınların ailə birləşməsi qaydalarının müvəqqəti dayandırıldığını açıqlayıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, nazir yeni sığınacaq alan şəxslərin həyat yoldaşı, tərəfdaşı və uşaqlarını ölkəyə gətirməsinə verilən vizaların sistem islahatları aparılana qədər dayandırıldığını açıqlayıb. Bu müddət ərzində qaçqınlar yalnız Britaniya vətəndaşlarına tətbiq olunan standart ailə birləşməsi qaydalarına uyğun müraciət edə biləcəklər. Bu qaydalara əsasən, ərizəçilər ailə üzvlərini ölkəyə gətirmək üçün illik ən azı 29 min funt gəlir göstərməlidirlər. İvet Kuper çıxışında bildirib ki, mövcud sistemdə qaçqınların ailə birləşməsində…
Daha çoxAzərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu qurum üçün vacib tərəfdaşa çevrilib
Azərbaycan yerləşdiyi coğrafi mövqeyi, eyni zamanda, malik olduğu təbii resurslardan səmərəli istifadənin təmin edilməsi məqsədilə iştirakçısı və təşəbbüsçüsü olduğu enerji, nəqliyyat layihələrini reallığa çevirməklə dünya siyasətində mühüm yer tutur. Ümumilikdə ölkəmizin inkişaf modeli daim beynəlxalq səviyyədə təqdim edilir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirir. Hazırda Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir, qlobal güc mərkəzləri ilə siyasi və iqtisadi əlaqələrinin inkişafı əməkdaşlığın daha da genişləndirilməsi baxımından…
Daha çoxPolşa ilin əvvəlindən mindən çox ukraynalını deportasiya edib…
2025-ci ilin əvvəlindən mindən çox Ukrayna vətəndaşı Polşadan deportasiya edilib. Səlahiyyətlilər yerli qanun və qaydalara riayət etməyin vacibliyini vurğulayır. Polşa artıq 2025-ci ilin əvvəlindən miqrasiya qanunlarını sistematik şəkildə pozduğuna görə mindən çox Ukrayna vətəndaşını deportasiya edib. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Marçin Kervinski milli radioda məlumat verib. Onun sözlərinə görə, qovulma asayişin kobud şəkildə pozulması, o cümlədən yandırma ilə hədələmə və qalma qaydalarına riayət edilməməsi ilə bağlıdır. Kervinski vurğulayıb ki, Polşa cəmiyyəti ukraynalılarla həmrəyliyi qoruyur, lakin yerli normalara qeyd-şərtsiz riayət etməyi tələb…
Daha çoxPakistan Hindistanın Azərbaycanla bağlı hərəkətinə cavab olaraq Ermənistanın ŞƏT-ə üzvlüyünü bloklayıb
Pakistan Ermənistanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyünü blok edib. SİA xəbər verir ki, Pakistan Hindistanın Azərbaycanla bağlı hərəkətinə cavab olaraq belə bir addım atıb. Qeyd edək ki, bu günlərdə iki ölkənin xarici işlər nazirləri arasında ilk telefon danışığı baş tutub, tərəflər diplomatik münasibətlərin qurulması barədə razılığa gəldilər. Xatırladaq ki, Hindistan Azərbaycanın ŞƏT-ə üzvlük müraciətini yenidən bloklayıb. Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü dəstəkləsə də, Hindistan yenidən Bakının tamhüquqlu üzvlük təklifini bloklayıb. Your browser does not support the video tag. Sizin reklam yeriniz
Daha çoxSinqapur sanksiyalardan qorxmadan qərbliləri necə edam edir…
Sinqapur prezidenti məhkumları cəmi 7 dəfə əfv edib, onların cəzalarını ömürlük həbslə əvəz edib… …Sinqapur göydələnləri, bağları və mədəniyyət məhəllələri ilə əyləncə parkını xatırladan 6 milyon əhalisi olan bir şəhər dövlətidir. Bu, milyarderlərin pullarını saxladıqları qlobal bank mərkəzidir. Sinqapur zəngindir, maaşlar yüksəkdir, lakin burada qanunlar son dərəcə sərtdir. SİA-nın məlumatına görə, Kp.ru yazır ki, orada cismani cəza və asılaraq ölüm hökmü tətbiq edilir. Sinqapurda 1991-2011-ci illər arasında əsasən narkotik ticarətinə görə 450 nəfər edam edilib. Məsələn, 2003-cü ildə Avstraliyanın 25 yaşlı vətəndaşı Nquyen Tuonq Van…
Daha çoxMehriban Əliyeva “ŞƏT plyus” formatında görüşə qatılan dövlət və hökumət başçılarının xanımları ilə birlikdə gəmi gəzintisində iştirak edib – FOTOLAR
Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva sentyabrın 1-də Çinin Tiencin şəhərində Çin Xalq Respublikasının birinci xanımı Pen Liyuan və “Şanxay Əməkdaşlıq Təşkilatı plyus” formatında keçirilən görüşdə iştirak edən dövlət və hökumət başçılarının xanımları ilə birlikdə Hayha çayında gəmi gəzintisində iştirak ediblər.
Daha çox