…Pekinin mərkəzində Çinin qüdrətini və Çin lideri Si Cinpinin şəxsi təsirini nümayiş etdirəcək genişmiqyaslı hərbi parad üçün hazırlıqlar tamamlanır. Tiananmen meydanında 26 ölkə lideri, o cümlədən Putin və Kim Çen In üçün tribunalar qurulub – bu, Şimali Koreya liderinin 1959-cu ildən bəri ilk dəfə Çin paradında iştirak etməsidir. SİA-nın məlumatına görə, bu barədə BBC yazır Tədbir rəsmi olaraq Yaponiyanın təslim olmasının 80-ci ildönümünə təsadüf edir, lakin Si üçün bu, iqtisadi problemlər, işsizliyin artması və mənzil qiymətlərinin aşağı düşməsi fonunda gücün proyeksiyası və imicinin gücləndirilməsi platformasına çevrilib. Parad görünməmiş təhlükəsizlik tədbirləri…
Daha çoxDay: September 2, 2025
DYP velosipedçilərə müraciət edib
DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən velosiped idarə edənlərə müraciət edib. İdarədən SİA-ya verilən məlumata görə, müraciətdə deyilir: “Ölkəmizdə sağlam həyat tərzinin təşviqi və ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi kimi velosipeddən istifadənin artması sevindirici haldır. Lakin unudulmamalıdır ki, velosipedçilər də yol hərəkətinin bərabərhüquqlu iştirakçılarıdır və müəyyən edilmiş qaydalara əməl etməyə borcludurlar. Son vaxtlar müşahidələr göstərir ki, bəzi velosipedçilərin yol hərəkəti qaydalarını pozması nəticəsində xoşagəlməz hadisələr baş verir, bu isə onların xəsarət alması, bəzən isə həyatını itirməsi ilə nəticələnir. Xatırladırıq ki, velosiped sürərkən əlləri sükandan çəkərək telefonla danışmaq yolverilməzdir. İstiqaməti dəyişərkən…
Daha çoxAzərbaycan lideri Vyetnam Prezidentinə məktub ünvanlayıb
Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Lıonq Kıonqa təbrik məktubu ünvanlayıb. SİA xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Vyetnam Sosialist Respublikasının müstəqilliyinin 80-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda dost Vyetnam xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram. Böyük inkişaf yolu keçmiş Vyetnam bu gün bütün sahələrdə sanballı nailiyyətlər əldə etmiş və uğurlara imza atmışdır. Xoş ənənələrə əsaslanan Azərbaycan-Vyetnam əlaqələrinin inkişaf səviyyəsi məmnunluq doğurur. May ayında Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın Azərbaycana dövlət səfəri…
Daha çoxKamran Əliyev Türkiyədə səfərdə olub
Sentyabrın 1-də Azərbaycan Respublikası Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti “2025-2026 Yeni Ədliyyə İli Açılış Tədbiri”ndə iştirak etmək üçün qardaş Türkiyə Respublikasının Ankara şəhərinə işgüzar səfər edib. Bu barədə SİA-ya Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, öncə nümayəndə heyəti Ankarada ümummilli lider Heydər Əliyevin adını daşıyan parkı ziyarət edərək abidəsi önünə əklil qoyub. Rəsmi tədbirdə Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Ali Məhkəmənin sədri Ömər Kərkəz, Baş prokuror Muhsin Şəntürk, Ədliyyə naziri Yılmaz Tunç, həmçinin çoxsaylı hakim və prokurorlar, eləcə də digər xarici qonaqlar da iştirak ediblər. Açılış nitqi…
Daha çoxKəlbəcər: Təbiətin səssiz nəğməsi
Kəlbəcər rayonu Azərbaycanın ən füsunkar və təbiigözəlliklərlə zəngin bölgələrindən biridir. Bu ərazi təkcə mənzərəli dağ silsilələri ilə deyil, həm də nadir flora və fauna növləri, şəfalı mineral suları və bulaqları ilə seçilir. Bu yerlərin həm ekoloji, həm də turizm potensialı baxımından mühüm əhəmiyyəti vardır. İyirmi yeddi ildən artıq müddətdə işğal altında qalan Kəlbəcər 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və müdrik siyasəti, qəhrəman ordumuzun rəşadəti sayəsində bir güllə atılmadan azad edildi. İndi bu dağlarda, meşələrdə yalnız təbiətin səsi, pıçıltısı deyil, sakinlərinin də səsi əks-səda…
Daha çoxMərkəzi Bankının valyuta ehtiyatları avqustda 1 %-ə yaxın artıb
Bu il sentyabrın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 249,4 milyon ABŞ dolları təşkil edib. SİA quruma istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,5 % çoxdur. AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 2,6 % artıb, son 1 ildə isə 4,5 % azalıb.
Daha çox“Planetimizin imkanları ildən-ilə azalmaqda davam edir”
“Ekologiya canlı və cansız təbiətin qarşılıqlı münasibətini öyrənən elmdir. Ekologiya bizi əhatə edən mühiti, bütün bitki və heyvanat aləmini, hava, su, torpaq, bitki aləmini, faydalı qazıntılar və onların mühafizəsi, ekosistemləri, bir sözlə, təbiətin dialektikasını öyrədir”. Bu sözləri SİA-ya açıqlamasında Səma və Ekososial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova deyib. Onun sözlərinə görə, təbiəti insansız, insanı təbiətsiz təsəvvür etmək mümkün deyildir: “Bəşəriyyətin müasir yaşayışını və həyatını ekologiyasız təsəvvür etmək olmaz. Sadə dillə desək, yaşamağı, oxumağı, saymağı bilmədən yaşamaq nə dərəcədə çətindirsə, ekologiyanı və onun əsaslarını öyrənmədən yaşamaq bir o qədər…
Daha çox“Maliyyə əlçatanlığının artırılması vacibdir”
“Kiçik və orta sahibkarlığın inkişafı üçün bir sıra fundamental addımların atılması vacibdir. Çünki KOB sektoru hər bir ölkənin iqtisadiyyatında mühüm rol oynayır – məşğulluğun artırılmasında, yeni məhsul və xidmətlərin bazara çıxarılmasında, rəqabət mühitinin formalaşmasında və regionların sosial-iqtisadi inkişafında əsas həlledici amillərdəndir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib. Onun sözlərinə görə, maliyyə əlçatanlığının artırılması vacibdir. Kiçik və orta sahibkarların ən böyük problemlərindən biri sərfəli kreditlərə çıxış imkanlarının məhdud olmasıdır: “Bu sahədə dövlətin güzəştli kredit proqramlarının genişləndirilməsi, faiz dərəcələrinin aşağı salınması və bankların KOB-lar üçün daha çevik kredit mexanizmləri…
Daha çoxAİ münasibətləri regionda sabitlik və inkişafa töhfə verir”
“Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin yaxşılaşması region üçün çoxşaxəli əhəmiyyət daşıyır. İlk növbədə qeyd etməliyəm ki, Avropa İttifaqı dünya siyasətində və iqtisadiyyatında mühüm güc mərkəzlərindən biridir”. Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Anar Əliyev deyib. Onun sözlərinə görə, Azərbaycan isə həm enerji resursları, həm də coğrafi mövqeyi baxımından strateji əhəmiyyət kəsb edir. Bu iki tərəfin münasibətlərinin inkişafı regiondakı siyasi sabitlik və iqtisadi inteqrasiya baxımından yeni imkanlar yaradır: “Birinci növbədə, enerji əməkdaşlığı məsələsi ön plana çıxır. Azərbaycan artıq Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qaz ixrac edir. Münasibətlərin yaxşılaşması ilə…
Daha çoxƏmtəə bazarlarında qızılı qiyməti 3 560 dolları ötüb
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 1,4% artaraq 3 565,4 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 2,56% artaraq 41,77 ABŞ dolları olub.
Daha çox