Erkən yaşda təhsil – Zərurət, yoxsa tələsik addım?

Hazırda demək olar ki, hamı uşağını az yaşından hazırlıqlara qoyur. Uşaq məktəbə getmir amma 3-4 yaşından müxtəlif fənlər və ya xarici dil üzrə hazırlıqlara gedir. Ümumiyyətlə deyirlər ki, uşaq 7 yaşından təhsil almalıdır. Çünki onun bu yaşda qavrama qabiliyyəti daha yaxşı olur. Amma çox adam 3-4 yaşından uşağını hazırlığa qoymağa başlayır. Bəs, bu nə dərəcədə düzgündür? Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev SİA-ya açıqlamasında bildirib ki, uşaqların yaş psixologiyası və yaş xüsusiyyətləri onların inkişafında mühüm rol oynayır. Onun sözlərinə görə, hər bir yaş dövrünün özünəməxsus imkanları, potensialı və öyrənmə qabiliyyəti…

Daha çox

Azərbaycan və Braziliya arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Braziliya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin beşinci raundu keçirilib. SİA Braziliya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, siyasi məsləhətləşmələr Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Braziliyaya səfəri çərçivəsində baş tutub. Braziliya tərəfindən danışıqlara Xarici İşlər Nazirliyinin baş katibi Mariya Laura da Roşa rəhbərlik edib. Məsləhətləşmələr zamanı ikitərəfli, regional və qlobal gündəmdə olan aktual məsələlər müzakirə olunub. Tərəflər məmnunluqla qeyd ediblər ki, Azərbaycan və Braziliya artıq 30 ildən çoxdur diplomatik münasibətləri davam etdirir. Turizm, təhsil və parlamentlərarası əlaqələr ikitərəfli əməkdaşlığın ən aktual…

Daha çox

Ötən il 58 909 ölüm faktı qeydə alınıb

Ötən il 58 909 ölüm faktı qeydə alınıb. SİA xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin “Azərbaycanın demoqrafik göstəriciləri” məcmuəsində öz əksini tapıb. Ölənlərdən 32 436-sı kişi, 26 473-ü isə qadın olub. Eyni zamanda, statistikaya görə, ölümlərin böyük əksəriyyətinin səbəbi qan dövranı sisteminin xəstəlikləri olub. Belə ki, ötən il 33 289 nəfər qan dövranı sistemi xəstəliklərindən vəfat edib.

Daha çox

Keyfiyyət informasiya sistemi vasitəsilə sertifikatların verilməsi ilə bağlı görüş olub

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində “Uyğunluğu qiymətləndirən qurumların fəaliyyətinin nəticələri barədə digər sənədlərin elektron yaradılması” alt modulunun istifadəsi və funksionallığı ilə bağlı maarifləndirici görüş keçirilib. Görüşdə ölçmə vasitələrinin kalibrlənməsini həyata keçirən 13 kalibrləmə laboratoriyasının 20-yə yaxın nümayəndəsi iştirak edib. Agentlikdən SİA-ya bildirilib ki, görüşdə qurumun Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev açılış nitqi ilə çıxış edib. Qeyd edib ki, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə əsasən, ölçmə vasitələrinin kalibrlənməsi fəaliyyətini həyata keçirən kalibrləmə laboratoriyaları uyğunluğu qiymətləndirən qurum…

Daha çox

“Azərbaycan və Özbəkistan dostluğunu praktik addımlarla sübut edir”

“Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya dövlətləri, o cümlədən Özbəkistanla münasibətlərin inkişafına mühüm əhəmiyyət verilir və bu əlaqələr son illər durmadan inkişaf edir və genişlənir”. Bu barədə SİA-ya siyasi ekspert Abutalıb Səmədov bildirib. Onun sözlərinə görə, ölkələrimiz arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub, 1996-cı ildə Azərbaycanın Özbəkistanda, 1998-ci ildə isə Özbəkistanın Bakı şəhərində səfirlikləri fəaliyyətə başlayıb: “Bu səfirliklərin açılması münasibətlərimizin inkişafında mühüm rol oynayıb. 90-cı illərin sonlarında Azərbaycan–Özbəkistan əlaqələrinin qurulmasında ilk addımları Ulu Öndər Heydər Əliyev və Özbəkistan Prezidenti İslam Kərimov atıblar. Münasibətlərimizin bugünkü səviyyəsinin bünövrəsini bu böyük liderlər…

Daha çox

Vəkillər Kollegiyasının sədri Kembric Universitetinə qəbul olunan vəkillə görüşüb

Sentyabrın 2-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində dünyanın ən nüfuzlu ali təhsil ocaqlarından biri olan, Böyük Britaniyanın Kembric Universitetinin Korporativ Hüquq magistratura proqramına bu il qəbul olunan kollegiyanın üzvü Gülzada Mirzəməmmədova ilə görüş keçirib. Kollegiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə Anar Bağırov gənc vəkili təbrik edərək bu nailiyyəti həm şəxsi uğur, həm də Azərbaycan vəkilliyi üçün qürurverici hadisə kimi qiymətləndirib. Azərbaycan gənclərinin xaricdə təhsil almasının əhəmiyyətinə toxunan sədr Gülzada…

Daha çox

“ŞƏT Azərbaycan üçün yeni iqtisadi imkanlar yaradır”

“Azərbaycan Prezidentinin Çinə səfəri və Şanxay Əməkdaşlıq Təşkilatının toplantısında iştirakı, şübhəsiz ki, mühüm bir hadisədir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib. O bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatı hal-hazırda dünyada mövcud olan əməkdaşlıq formatlarından biridir və qlobal cənub ölkələrinin əksəriyyətinin təmsil olunduğu bir təşkilat durumundadır: “Əlbəttə ki, burada iştirak Azərbaycanın üzv ölkələrlə münasibətlərinin inkişafına stimul verən bir hadisədir. Xüsusilə də nəzərə alsaq ki, Şanxay Əməkdaşlıq Təşkilatının əsas aparıcı ölkəsi ilə bizim strateji tərəfdaşlıq münasibətlərimiz var və Çin Azərbaycanın bu təşkilatın tamhüquqlu üzvü olmasını bir mənalı şəkildə dəstəkləyir. Sadəcə olaraq,…

Daha çox

“Prezidentin açıqlamaları beynəlxalq ictimaiyyətin xüsusi marağına səbəb olur”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə toxunduğu mövzular, dövlətimiz və region üçün əhəmiyyətli bir neçə məsələ ilə bağlı açıqlamaları dünya xəbər lentinin manşetinə çıxaraq, nəinki ölkə əhalisinin, beynəlxaql ictimaiyyətin də diqqətini cəlb edib, ciddi müzakirə predmetinə çevrilib”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Əhməd N. Abbasbəyli deyib. O sözlərinə belə davam edib: “Müsahibədə Vaşinqtonda keçirilən üçtərəfli görüşün nəticələri, Ermənistan və Azərbaycan arasında imzalanmış razılaşmadan danışılıb, bu mövzu çərçivəsində bütövlükdə Ermənistan–Azərbaycan münaqişəsi, otuz ildən artıq davam edən uzun və əziyyətli prosesə qısa tarixi ekskurs edilib, Zəngəzurun…

Daha çox

akart iki beynəlxalq mükafata layiq görüldü

Azərbaycan Respublikasının Mərkəzi Bankının 001 nömrəli lisenziyası ilə fəaliyyətgöstərən A-Solutions Elektron Pul Təşkilatı MMC beynəlxalq səviyyədə nailiyyət əldə edib.İnnovativ maliyyə həlli olan akart nüfuzlu International Finance Awards çərçivəsində “ƏnYaxşı Yeni Təmassız Elektron Pulqabı” və “Ən İnnovativ Yeni Virtual Kart Fintex Həlli” nominasiyalarında qalib seçilib. Bu mükafat təşkilatın innovasiya yönümlü inkişaf strategiyasının, müştəri ehtiyaclarına fokuslanan yanaşmasının və rəqəmsal maliyyə sahəsində tətbiq etdiyi fərqli həllərin beynəlxalq miqyasda tanınmasının göstəricisidir. A-Solutions Elektron Pul Təşkilatının Baş icraçı direktoru Həsən Həsənov beynəlxalq nailiyyətlə bağlı fikirlərini belə ifadə edib: “Qazanılan mükafatlar məhsulumuzun keyfiyyətinin və komandamızın istifadəçilərə…

Daha çox

İlham Əliyev Tiencin şəhərində “China National Chemical Engineering” şirkətinin sədri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Çinin Tiencin şəhərində “China National Chemical Engineering” (CNCEC) şirkətinin sədri Mo Dinqqı ilə görüşüb. SİA xəbər verir ki, söhbət zamanı Azərbaycanla şirkət arasında neft-kimya sənayesi, neft emalı fəaliyyəti və neft-kimya məhsullarının istehsalı sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı. “China National Chemical Engineering” (CNCEC) şirkətinin sədri Azərbaycanda əlverişli investisiya mühitinin olduğunu qeyd etdi. Sonda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Çinin Milli Kimya Mühəndisliyi və Tikinti Korporasiyası “Seven LTD” arasında imzalanmış Çərçivə Sazişinin dövlətimizin başçısının və şirkətin sədrinin iştirakı ilə mübadiləsi oldu. Sənəd…

Daha çox