Ötən il Azərbaycanda 29 ana ölümü qeydə alınıb. 2023-cü ildə isə bu say 33 nəfər təşkil edib. SİA xəbər verir ki, bu, barədə Dövlət Statistika Komitəsinin “Azərbaycanın demoqrafik göstəriciləri” məcmuəsində öz əksini tapıb. Qeyd edilib ki, 2024-cü ildə 1420, 2023-cü ildə isə 2039 körpə ölümü qeydə alınıb.
Daha çoxDay: September 2, 2025
Bu il dəmir yolu ilə yükdaşımalarının həcmi artıb
“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən bu ilin 8 ayında 265 blok qatar qəbul edilib. ADY-dən SİA-ya bildirilib ki, bu, ötən ilin müvafiq dövrünün göstəricisindən 58 faiz çoxdur. Analoji dövrdə bu qatarlarla 28 min 261 TEU konteyner yük daşınıb və ötən ilin eyni dövrü ilə müqayisədə 67 faiz artım qeydə alınıb.
Daha çoxÇinin Mərkəzi Televiziyası Tiencində dövlət və hökumət başçılarının xanımlarının gəmi gəzintisi ilə bağlı reportaj yayımlayıb
Çin Mərkəzi Televiziyası – CCTV sentyabrın 1-də Tiencin şəhərində “Şanxay Əməkdaşlıq Təşkilatı plyus” formatında keçirilən görüşdə iştirak edən dövlət və hökumət başçılarının xanımlarının Hayha çayında gəmi gəzintisi ilə bağlı reportaj yayımlayıb. SİA xəbər verir ki, reportajda Çin Xalq Respublikasının birinci xanımı Pen Liyuanın Sammitin iştirakçısı olan xarici ölkə liderlərinin xanımlarını Tiencin şəhərində çayda gəzintiyə dəvət etdiyi diqqətə çatdırılıb. Bildirilib ki, gəmi gəzintisi zamanı qonaqlar Tiencinin tarixi və inkişafı barədə ətraflı məlumat əldə ediblər. Reportajda Pen Liyuanın və qonaqların sahil mənzərələrinə tamaşa etdikləri, ənənəvi üçsimli musiqi alətinin ifasını dinlədikləri, səmimi söhbətlər…
Daha çoxXoş ənənələrə əsaslanan Azərbaycan-Vyetnam əlaqələrinin inkişaf səviyyəsi məmnunluq doğurur
Xoş ənənələrə əsaslanan Azərbaycan-Vyetnam əlaqələrinin inkişaf səviyyəsi məmnunluq doğurur. May ayında Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın Azərbaycana dövlət səfəri ikitərəfli əlaqələrimizin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində bir sıra istiqamətlər üzrə imzalanmış sənədlər, xüsusilə də “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” Azərbaycan-Vyetnam əlaqələrini daha yüksək pilləyə qaldırdı. SİA xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasının Prezidenti Lıonq Kıonqa bu ölkənin müstəqilliyinin 80-ci ildönümü münasibətilə ünvanlandığı təbrik məktubunda yer alıb. Lıonq Kıonqa və…
Daha çoxÖtən il Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı açıqlanıb
Ötən il Azərbaycanda daimi yaşamaq üçün 3016 nəfər gəlib, onlardan 1433 kişi, 1583 nəfəri qadın olub. SİA xəbər verir ki, bu, barədə Dövlət Statistika Komitəsinin “Azərbaycanın demoqrafik göstəriciləri” məcmuəsində öz əksini tapıb. Qeyd edilib ki, 2024-cü ildə xarici ölkəyə daimi yaşamaq üçün gedənlərin ümumi sayı 2298 nəfər olub. Onlardan 1046 kişi, 1252 nəfəri isə qadın olub
Daha çoxGömrük xətti ilə büdcə daxilolmaları 200 mln. manatdan çox azalıb
2025-ci ilin yanvar-avqust aylarında gömrük xətti ilə büdcə daxilolmaları 4 160,6 milyon manat təşkil edib. SİA Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu mənbədən daxilolmalar proqnozdan 1.9% az icra edilib. Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 5% və ya 217,6 milyon manat azalıb.
Daha çoxAzərbaycan Prezidenti İlham Əliyev Çinin Tiencin şəhərindən qatarla paytaxt Pekinə gəlib
Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Çinin Tiencin şəhərindən qatarla paytaxt Pekinə gəliblər. SİA xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak edəcəklər.
Daha çoxAzərbaycan Prezidentinin “Əl-Ərəbiyyə”yə müsahibəsindən sonra Rusiyadan ölkəmizə qarşı kütləvi informasiya kampaniyasına start verilib – BƏYANAT
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsindən sonra Rusiyadan Azərbaycana qarşı kütləvi informasiya kampaniyası ilə bağlı bəyanat yayıb. SİA bəyanatı təqdim edir: “Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası bildirir ki, avqustun 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi yayılandan dərhal sonra Rusiya Federasiyası ərazisindən ölkəmizə qarşı kütləvi surətdə informasiya kampaniyasına start verilib. Monitorinq zamanı müəyyən olunub ki, aparıcının Zəngəzur dəhlizi ilə bağlı sualına Azərbaycan Prezidentinin tarixi faktlara əsaslanan cavabı kontekstdən çıxarılaraq saxtalaşdırılmış və…
Daha çoxDaha 110 uşaq müəssisələrdən ailələrinə qaytarılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin reinteqrasiya tədbirləri nəticəsində bu il daha 110 uşağın müəssisələrdən ailələrinə qayıdışına nail olunub. Bu barədə SİA-ya agentliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, uşaqların həmin müəssisələrə düşməsinin qarşısının alınması məqsədilə həssas kateqoriyadan olan uşaqlar və ailələri ilə bağlı sosial-psixoloji dəstək və maarifləndirmə işləri davam etdirilir. Görülən tədbirlər nəticəsində bu il 174 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb.
Daha çox“Bugünkü zəfərin əsası 1991-ci ildə qoyuldu”
“1991-ci ilin 3 sentyabr tarixi Azərbaycan dövlətçiliyinin olduqca əlamətdar günlərindən biridir. Çünki torpaqlarımızın işğala məruz qaldığı bir dövrdə, Naxçıvan Muxtar Respublikasının da əraziləri təhdid və təhlükə altında olduğu bir zamanda böyük dövlət xadimi, Ümummilli Lider Heydər Əliyev Naxçıvan Ali Məclisinə məhz 1991-ci ilin sentyabr ayının 3-də sədr seçildi və beləliklə, milli dövlətçilik tariximizdə xaosdan, qarşıdurmadan qurtulmağın təməli atıldı”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib. Deputat qeyd edib ki, millətimizin dövlətçilik ətrafında sıx birləşərək öz maraqlarını qoruması üçün özünün liderinə qovuşması hadisəsi baş verdi: “Yəni, xalq özünün…
Daha çox