“Payız bağ və bağçılıq üçün ən məsuliyyətli dövrlərdən biridir. Bu mövsüm həm məhsul yığımı, həm də gələn ilin əkini üçün torpağın hazırlanması baxımından çox əhəmiyyətlidir”. Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli deyib. Akif Nəsirli sözlərinə belə davam edib: “Bu məsələ həm bağbanın fərdi hazırlığını, həm də ümumi kənd təsərrüfatı praktikasını nəzərdə tutur. Gəlin əsas məqamlara diqqət yetirək. Məhsul yığımı Meyvə bağlarında – alma, armud, heyva, üzüm, nar və digər payız meyvələrinin yığımına xüsusi diqqət tələb olunur. Tərəvəz sahələrində pomidor, badımcan, bibər, kök, çuğundur və kələm məhsulları…
Daha çoxDay: September 2, 2025
Prezident İlham Əliyev Tiencin şəhərində “Powerchina group” şirkətlər qrupunun icraçı vitse-prezidenti ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Çinin Tiencin şəhərində “Powerchina group” şirkətlər qrupunun icraçı vitse-prezidenti Xı Yınfen ilə görüşüb. SİA xəbər verir ki, görüşdə şirkətin ölkəmizdə uğurla fəaliyyət göstərdiyi qeyd olunub. Yaşıl enerji, ətraf mühitin mühafizəsi, su resurslarının idarəolunması, çirkab suların təmizlənməsi, elektroenergetika və yaşıl hidrogen layihələri, tikinti, avadanlıq istehsalı sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib. Eyni zamanda, Günəş və külək elektrik stansiyalarının inşası, “ağıllı enerji sistemləri”nin inteqrasiyası və yerli mütəxəssislərin hazırlanması üzrə əməkdaşlıqla bağlı perspektivlərə dair fikir mübadiləsi aparılıb.
Daha çoxSi üçün parad sadəcə hərbi bayram deyil, mütləq gücün təsdiqidir…
…Pekinin mərkəzində Çinin qüdrətini və Çin lideri Si Cinpinin şəxsi təsirini nümayiş etdirəcək genişmiqyaslı hərbi parad üçün hazırlıqlar tamamlanır. Tiananmen meydanında 26 ölkə lideri, o cümlədən Putin və Kim Çen In üçün tribunalar qurulub – bu, Şimali Koreya liderinin 1959-cu ildən bəri ilk dəfə Çin paradında iştirak etməsidir. SİA-nın məlumatına görə, bu barədə BBC yazır Tədbir rəsmi olaraq Yaponiyanın təslim olmasının 80-ci ildönümünə təsadüf edir, lakin Si üçün bu, iqtisadi problemlər, işsizliyin artması və mənzil qiymətlərinin aşağı düşməsi fonunda gücün proyeksiyası və imicinin gücləndirilməsi platformasına çevrilib. Parad görünməmiş təhlükəsizlik tədbirləri…
Daha çoxDYP velosipedçilərə müraciət edib
DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən velosiped idarə edənlərə müraciət edib. İdarədən SİA-ya verilən məlumata görə, müraciətdə deyilir: “Ölkəmizdə sağlam həyat tərzinin təşviqi və ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi kimi velosipeddən istifadənin artması sevindirici haldır. Lakin unudulmamalıdır ki, velosipedçilər də yol hərəkətinin bərabərhüquqlu iştirakçılarıdır və müəyyən edilmiş qaydalara əməl etməyə borcludurlar. Son vaxtlar müşahidələr göstərir ki, bəzi velosipedçilərin yol hərəkəti qaydalarını pozması nəticəsində xoşagəlməz hadisələr baş verir, bu isə onların xəsarət alması, bəzən isə həyatını itirməsi ilə nəticələnir. Xatırladırıq ki, velosiped sürərkən əlləri sükandan çəkərək telefonla danışmaq yolverilməzdir. İstiqaməti dəyişərkən…
Daha çoxAzərbaycan lideri Vyetnam Prezidentinə məktub ünvanlayıb
Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Lıonq Kıonqa təbrik məktubu ünvanlayıb. SİA xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Vyetnam Sosialist Respublikasının müstəqilliyinin 80-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda dost Vyetnam xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram. Böyük inkişaf yolu keçmiş Vyetnam bu gün bütün sahələrdə sanballı nailiyyətlər əldə etmiş və uğurlara imza atmışdır. Xoş ənənələrə əsaslanan Azərbaycan-Vyetnam əlaqələrinin inkişaf səviyyəsi məmnunluq doğurur. May ayında Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın Azərbaycana dövlət səfəri…
Daha çoxKamran Əliyev Türkiyədə səfərdə olub
Sentyabrın 1-də Azərbaycan Respublikası Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti “2025-2026 Yeni Ədliyyə İli Açılış Tədbiri”ndə iştirak etmək üçün qardaş Türkiyə Respublikasının Ankara şəhərinə işgüzar səfər edib. Bu barədə SİA-ya Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, öncə nümayəndə heyəti Ankarada ümummilli lider Heydər Əliyevin adını daşıyan parkı ziyarət edərək abidəsi önünə əklil qoyub. Rəsmi tədbirdə Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Ali Məhkəmənin sədri Ömər Kərkəz, Baş prokuror Muhsin Şəntürk, Ədliyyə naziri Yılmaz Tunç, həmçinin çoxsaylı hakim və prokurorlar, eləcə də digər xarici qonaqlar da iştirak ediblər. Açılış nitqi…
Daha çoxKəlbəcər: Təbiətin səssiz nəğməsi
Kəlbəcər rayonu Azərbaycanın ən füsunkar və təbiigözəlliklərlə zəngin bölgələrindən biridir. Bu ərazi təkcə mənzərəli dağ silsilələri ilə deyil, həm də nadir flora və fauna növləri, şəfalı mineral suları və bulaqları ilə seçilir. Bu yerlərin həm ekoloji, həm də turizm potensialı baxımından mühüm əhəmiyyəti vardır. İyirmi yeddi ildən artıq müddətdə işğal altında qalan Kəlbəcər 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və müdrik siyasəti, qəhrəman ordumuzun rəşadəti sayəsində bir güllə atılmadan azad edildi. İndi bu dağlarda, meşələrdə yalnız təbiətin səsi, pıçıltısı deyil, sakinlərinin də səsi əks-səda…
Daha çoxMərkəzi Bankının valyuta ehtiyatları avqustda 1 %-ə yaxın artıb
Bu il sentyabrın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 249,4 milyon ABŞ dolları təşkil edib. SİA quruma istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,5 % çoxdur. AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 2,6 % artıb, son 1 ildə isə 4,5 % azalıb.
Daha çox“Planetimizin imkanları ildən-ilə azalmaqda davam edir”
“Ekologiya canlı və cansız təbiətin qarşılıqlı münasibətini öyrənən elmdir. Ekologiya bizi əhatə edən mühiti, bütün bitki və heyvanat aləmini, hava, su, torpaq, bitki aləmini, faydalı qazıntılar və onların mühafizəsi, ekosistemləri, bir sözlə, təbiətin dialektikasını öyrədir”. Bu sözləri SİA-ya açıqlamasında Səma və Ekososial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova deyib. Onun sözlərinə görə, təbiəti insansız, insanı təbiətsiz təsəvvür etmək mümkün deyildir: “Bəşəriyyətin müasir yaşayışını və həyatını ekologiyasız təsəvvür etmək olmaz. Sadə dillə desək, yaşamağı, oxumağı, saymağı bilmədən yaşamaq nə dərəcədə çətindirsə, ekologiyanı və onun əsaslarını öyrənmədən yaşamaq bir o qədər…
Daha çox“Maliyyə əlçatanlığının artırılması vacibdir”
“Kiçik və orta sahibkarlığın inkişafı üçün bir sıra fundamental addımların atılması vacibdir. Çünki KOB sektoru hər bir ölkənin iqtisadiyyatında mühüm rol oynayır – məşğulluğun artırılmasında, yeni məhsul və xidmətlərin bazara çıxarılmasında, rəqabət mühitinin formalaşmasında və regionların sosial-iqtisadi inkişafında əsas həlledici amillərdəndir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib. Onun sözlərinə görə, maliyyə əlçatanlığının artırılması vacibdir. Kiçik və orta sahibkarların ən böyük problemlərindən biri sərfəli kreditlərə çıxış imkanlarının məhdud olmasıdır: “Bu sahədə dövlətin güzəştli kredit proqramlarının genişləndirilməsi, faiz dərəcələrinin aşağı salınması və bankların KOB-lar üçün daha çevik kredit mexanizmləri…
Daha çox