Aİ münasibətləri regionda sabitlik və inkişafa töhfə verir”

“Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin yaxşılaşması region üçün çoxşaxəli əhəmiyyət daşıyır. İlk növbədə qeyd etməliyəm ki, Avropa İttifaqı dünya siyasətində və iqtisadiyyatında mühüm güc mərkəzlərindən biridir”. Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Anar Əliyev deyib. Onun sözlərinə görə, Azərbaycan isə həm enerji resursları, həm də coğrafi mövqeyi baxımından strateji əhəmiyyət kəsb edir. Bu iki tərəfin münasibətlərinin inkişafı regiondakı siyasi sabitlik və iqtisadi inteqrasiya baxımından yeni imkanlar yaradır: “Birinci növbədə, enerji əməkdaşlığı məsələsi ön plana çıxır. Azərbaycan artıq Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qaz ixrac edir. Münasibətlərin yaxşılaşması ilə…

Daha çox

Əmtəə bazarlarında qızılı qiyməti 3 560 dolları ötüb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 1,4% artaraq 3 565,4 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 2,56% artaraq 41,77 ABŞ dolları olub.

Daha çox

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb. SİA xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,8 ABŞ dolları və ya 1,15% artaraq 70,54 ABŞ dolları təşkil edib. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69,74 ABŞ dolları idi. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Daha çox

Dünya bazarlarında neftin qiyməti artır

“ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin noyabr müqaviləsinin dəyəri 0,43% artaraq 1 barelə görə 68,44 ABŞ dolları təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında bu ilin oktyabr ayında ixrac etməklə “WTI” markalı neftin 1 barelinin qiyməti də 0,48% artaraq 64,92 ABŞ dollarına bərabər olub.

Daha çox

Çində insan bədəninin istiliyini elektrik enerjisinə çevirən parça yaradılıb

Çinli alimlər insan bədəninin istiliyini elektrik enerjisinə çevirməyə qadir elastik material hazırlayıblar. Bu yenilik gələcəkdə öz-özünə enerji yığan “ağıllı” geyimlərin və geyiləbilən qurğuların istehsalına imkan verəcək. SİA xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb. “Dünyada ilk dəfə “termoelektrik rezin” konsepsiyasını irəli sürən bizik”, – deyə tədqiqat qrupunun rəhbəri, Pekin Universitetinin materialşünası Ley Tin bildirib. Əsas yenilik yarımkeçirici polimerlərin elastik rezinlə hibrid strukturu vasitəsilə birləşdirilməsidir. Material ilkin uzunluğunun 850 faizindən çox dartıla bilir, bununla belə yüksək elektrik keçiriciliyi və ənənəvi qeyri-üzvi materiallarla müqayisə oluna biləcək termoelektrik…

Daha çox

Bakıda sıxlıq olan yollar açıqlanıb

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Heydər Əliyev prospekti, mərkəz istiqamətində; 2. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 5. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 6. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 7. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 8. 1-ci Göl kənarı yolu, Ziya…

Daha çox

Çinə ən çox borcu olan ölkələr

Son illərdə Çinin artan iqtisadi təsiri ölkəni dünyanın ən güclü kreditorlarından birinə çevirib. Belə ki, Dünya Bankının açıqladığı məlumatlardan istifadə edərək Çinə ən çox borcu olan ölkələrin siyahısı hazırlanıb. SİA həmin siyahını təqdim edir: 20. Argentina – 2,9 milyard dollar; 19. Montolustan – 3 milyard dollar; 18. Braziliya – 3,4 milyard dollar; 17. Konqo – 3,4 milyard dollar; 16. Cənubi Afrika Respublikası – 3,4 milyard dollar; 15. Kamerun – 3,8 milyard dollar; 14. Belarus – 3,9 milyard dollar; 13. Fildişi Sahili – 3,9 milyard dollar; 12. Kamboca – 3,9 milyard…

Daha çox

Şimali Koreya yeni raket mühərriki hazırlayıb

Şimali Koreya mühəndisləri qitələrarası ballistik raketlər üçün yeni mühərrik hazırlayıblar. SİA xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb. Bildirilir ki, mühərriklər yeni nəsil “Xvanson-20” raketlərinə quraşdırılacaq. Bərk yanacaqlı raket mühərriki kompozit materialdan hazırlanıb və 2 il ərzində məxfi şəraitdə test edilib.

Daha çox

“Doktor Aybolit” cizgi filminin yaradıcısı vəfat etdi

Cizgi filmlərinin quruluşçu rəssamı Radna Saxaltuyev 90 yaşında Kiyevdə vəfat edib. SİA xəbər verir ki, bu barədə ukraynalı kinoşünas Sergey Trimbaç Feysbuk hesabında məlumat paylaşıb. Saxaltuyev Buryatiyanın paytaxtı Ulan-Ude şəhərində anadan olub. 1969-cu ildən rejissor David Çerkasski ilə birlikdə sovet və Ukrayna cizgi filmlərinin yaradılmasında iştirak edib. Ən məşhur əsərləri arasında “Kapitan Vrungelin sərgüzəştləri”, “Xəzinələr adası” və “Doktor Aybolit” var.

Daha çox