…Ukraynadakı müharibədə 2000-ə yaxın Şimali Koreya hərbçisi həlak olub.
SİA-nın məlumatına görə, Yonhap Cənubi Koreya kəşfiyyatına istinadən xəbər verir ki, Pxenyan cəbhəyə əlavə qüvvələr göndərə bilər.
Kəşfiyyat məlumatlarına görə, Şimali Koreya, həmçinin qoşun yerləşdirmənin üçüncü partiyası çərçivəsində Rusiyaya əlavə 6000 hərbçi göndərməyi planlaşdırır.
Şimali Koreyanın ötən ilin oktyabr ayından Rusiyanın Ukraynaya qarşı hərbi səylərini dəstəkləmək üçün təxminən 13 min əsgər və silah göndərdiyi bildirilir.
Şimali Koreya (KXDR) Ukraynaya qarşı müharibədə Rusiyanın fəal tərəfdarına çevrilib, maddi, hərbi və diplomatik dəstək verib.
Ümumilikdə, KXDR-in Kursk bölgəsində onun tərəfində döyüşmək üçün Rusiyaya 10 mindən çox əsgər göndərdiyi təxmin edilir. Onlardan bəziləri ciddi itkilərə məruz qalıb.
Əli Babayev