Sentyabrın 2-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.55% – 45,295.81 bəndədək , S&P 500 indeksi 0.69% – 6,415.54 bəndədək, Nasdaq indeksi isə 0.82% – 21,279.63 bəndədək azalıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında sentyabrın 2-də FTSE 100 indeksi 0.87% – 9,116.69 bəndədək, Almaniyanın DAX indeksi 2.29% – 23,487.33 bəndədək, Fransanın CAC-40 indeksi isə 0.70% – 7,654.25bəndədək azalıb.
Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0,09% azalaraq 1.1629 dollar təşkil edib.