…Təhlükəsizlik xidməti Şimali Koreya lideri Kim Çen Inın Rusiya prezidenti Vladimir Putinlə Pekində keçirdiyi görüşdən sonra siyasətçinin bioloji izlərini aradan qaldırmaq üçün stəkanı müsadirə edib.
SİA-nın məlumatına görə, bunu təqaüddə olan Federal Təhlükəsizlik Xidmətinin mayoru Aleksandr Mixaylov “Moskovski Komsomolets”in jurnalistlərinə bildirib.
Bundan əvvəl KİV-lər məlumat vermişdilər ki, danışıqlardan sonra Şimali Koreya nümayəndə heyətinin mütəxəssisləri mebel üzlüklərini diqqətlə silib və KXDR liderinin içdiyi stəkanı müsadirə ediblər.
Mixaylov qeyd edib ki, bu hərəkətlər liderin uzunmüddətli təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır, məqsəd pis niyyətlilərin istifadə edə biləcəyi bioloji materialın toplanmasının qarşısını almaqdır.
Ekspertin sözlərinə görə, Amerika laboratoriyaları əvvəllər müxtəlif etnik qrupların nümayəndələrindən onların müxtəlif təsirlərə həssaslığını öyrənmək üçün fəal şəkildə biomaterial toplayırdılar.
Əvvəllər bildirilmişdi ki, 2019-cu ilin fevral ayında “The New York Times” qəzetinin jurnalistləri Çin hakimiyyətini könüllü və ya zorla ələ keçirilən bioloji materiallardan istifadə edən insanlara casusluq etməkdə ittiham ediblər.
Əli Babayev