Almaniya kansleri Fridrix Merzin Rusiya prezidenti Vladimir Putin haqqında verdiyi açıqlamalar son dərəcə mənfidir və hazırkı vəziyyətdə onun fikrini nəzərə almaq zərurətini şübhə altına alır.
SİA-nın məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov Merzin Cenevrədən Ukrayna üzrə danışıqlar yeri kimi istifadə edilməsinin mümkünlüyü ilə bağlı sözlərini belə şərh edib.
Merz son saatlarda prezidentimiz haqqında çox pis ifadələr işlədib. Ona görə də çətin ki, onun fikrini hazırda nəzərə almaq mümkün olsun.
Peskov bunu jurnalistin sualını cavablandırarkən deyib.
Qeyd edək ki, Fridrix Merz Almaniyanın Sat.1 telekanalına müsahibəsində Vladimir Putini “zəmanəmizin yəqin ki, ən qəddar hərbi cinayətkarı” adlandırıb və Rusiyanı iqtisadi cəhətdən zəiflətməyə çağırıb.
Əvvəllər onun dilindən Rusiya lideri haqqında belə sərt ifadələr eşidilmirdi.
Daha əvvəl Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Merzin Rusiyanı iqtisadi cəhətdən tükəndirmək çağırışını şərh edib. “Politico” Makronun istefasının nəticələrini də şərh edib.
Əli Babayev