Tramp Rusiya-Ukrayna məsələsində yeni proseslərin tezliklə baş verə biləcəyini deyib


ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna məsələsində yeni proseslərin tezliklə baş verə biləcəyini açıqlayıb. SİA-nın məlumatına görə, bu barədə o, jurnalistlərin sualına cavabında bildirib. “Mən çox maraqlı şeylər öyrəndim, düşünürəm ki, yaxın bir neçə gündə siz də öyrənəcəksiniz”, – deyə Tramp bildirib.

Ağ Evdəki çıxışı zamanı Tramp əlavə edib ki, o, Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında mümkün görüşə dair gedişatı çox yaxından izləyir.

Əlaqəli Xəbərlər