Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov Ukrayna səfiri Yuri Husyev ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Ukrayna səfiri “X”də paylaşım edib.
“Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifovla məhsuldar görüş keçirib səmərəli müzakirə apardıq. Azərbaycanın göndərdiyi humanitar yardımın yeni partiyası – enerji avadanlığı artıq Ukraynaya çatdırılıb. Bunun üçün minnətdarıq. Strateji tərəfdaşlığımızı daha da gücləndirmək üçün birgə addımlar barədə razılığa gəldik”, – diplomat vurğulayıb.