Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci ilin sonuna kimi uçot dərəcəsini sabit saxlayacaq. SİA xəbər verir ki, bu barədə “Trading Economics” (TE) beynəlxalq iqtisadi statistika portalının AMB-nin uçot faiz dərəcəsi ilə bağlı yenilənmiş proqnozunda bildirilib.
Belə ki, portal bu ilin üçüncü və dördüncü rübü üzrə proqnozunu 7,25%-dən 7,00%-ə endirib. Bu isə AMB-nin hazırki uçot dərəcəsinə uyğundur. Belə ki, Mərkəzi Bank bu ilin iyul ayında son bir ildə ilk dəfə olaraq uçot dərəcəsini 7%-ə endirib. AMB faiz dərəcəsi ilə bağlı növbəti qərarını isə sentyabr ayının 10-da açıqlayacaq.