Suriyanın paytaxtı Dəməşqin cənub-qərbindəki El-Mezza bölgəsində güclü partlayış baş verib. SİA xəbər verir ki, bu barədə “Sham TV” məlumat yayıb.
İlkin məlumatlara görə, jurnalistə məxsus avtomobil partladılıb. Hazırda ərazi təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb. Ölənlər və yaralananlar barədə hələlik məlumat verilmir.