Ukraynanın “Fire Point” şirkəti iki yeni ballistik raketin – FP-7 və FP-9, eləcə də hava hücumundan müdafiə sistemlərinin hazırlanmasını elan edib.
SİA-nın məlumatına görə, Polşada keçirilən MSPO beynəlxalq sərgisində keçirilən mətbuat konfransında şirkət iki yeni ballistik raketin texniki xüsusiyyətlərini təqdim edib. FP-7 ballistik raketi yerüstü qurğudan buraxılacaq.
Əsas parametrlər:
-Mənzil – 200 km-ə qədər;
-Sürət – 1500 m / s-ə qədər;
-Uçuş müddəti – 250 saniyə;
-Uçuş hündürlüyü – 65 km;
-Maksimum yük – 150 kq;
– Dəqiqlik – 14 m.
“Fire Point”-in digər yeni inkişafı FP-9 raketidir ki, o da yerüstü qurğudan buraxılacaq. Onun xüsusiyyətləri əhəmiyyətli dərəcədə güclüdür:
-Mənzil – 855 km-ə qədər;
-Sürət – 2200 m/s;
-Uçuş hündürlüyü – 70 km;
-maksimum yük – 800 kq;
-uçuş müddəti – 520 saniyə;
-dəqiqlik – 20 m.
Əli Babayev