Lissabonda funikulyor qəzasında ölənlərin sayı 17-yə çatıb…


Lissabonda baş vermiş faciəvi funikulyor qəzasında ölənlərin sayı on yeddi nəfərə çatıb.

Yaralıların sayı da iyirmi birə yüksəlib.

SİA xəbər verir ki, RTP-nin məlumatına görə, ağır yaralılardan ikisi xəstəxanada dünyasını dəyişib.

Xəsarət alanlar arasında müxtəlif ölkələrin, o cümlədən Portuqaliya, İspaniya, Cənubi Koreya, İtaliya, Fransa, Kanada, Mərakeş və Kabo-Verde sakinləri var.

Hazırda prokurorluq faciənin səbəblərini və şəraitini müəyyən etmək üçün araşdırmalara başlayıb.

Gazeta.Ru xəbər verir ki, Lissabonun mərkəzini Barrio Alto rayonu ilə birləşdirən bu funikulyor 19-cu əsrdə açılmış və 2002-ci ildə milli abidə elan edilmiş tarixi abidədir.

Elevador da Qloriya funikulyoru ilə bağlı insident bir gün əvvəl, sentyabrın 3-də məlum olub.

Portuqaliya prezidenti Marselo Rebelo de Sousa həlak olanların ailələrinə başsağlığı verib.

Bu nəqliyyat növünün hər gün çoxsaylı turistlərə və yerli sakinlərə xidmət göstərdiyi vurğulanır.

Qeyd edək ki, bu, ilk belə hal deyil: 2018-ci ildə funikulyor texniki nasazlıq səbəbindən artıq relsdən çıxıb, lakin sonra insident itkisiz olub.

Əli Babayev

Əlaqəli Xəbərlər