“AZCON Holding”in şirkətlərindən olan “Bakı Metropoliteni” QSC avqust ayı ərzində 15 milyondan çox sərnişinə xidmət göstərib.
SİA-nın məlumatına görə, QSC-dən bildirilib ki, ay üzrə ən çox sərnişin 27 avqustda daşınıb – 574 249 nəfər.
3 avqust isə 334 min 73 sərnişinlə ən sakit gün olub.