Rusiya neftinin qiymət tavanını aşağı salır…


…Kanada Rusiyaya təzyiqlərini artırır. Belə ki, ölkə dərhal Rusiya neftinin qiymət tavanını 12 faiz aşağı salıb.

SİA-nın məlumatına görə, “Ukrinform” xəbər verir ki, bu barədə Kanadanın maliyyə naziri Fransua-Filip Şampan bildirib.

…Kanada Rusiyanın əsas gəlir mənbələrindən birinə təzyiq etməklə ona iqtisadi təzyiqi artırır. Neft gəlirlərini azaltmaqla biz Rusiyanın Ukraynadakı qeyri-qanuni müharibəsini maliyyələşdirmək imkanlarını birbaşa məhdudlaşdırırıq.

Bunu deyən nazir, Rusiya neftinin maksimal qiymətinin 60 dollardan 47,6 dollar/barelə və ya 12 faiz azaldığını qeyd edib.

Şampan qeyd edib ki, Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq.

…Qiymət tavanının bu dəqiqləşdirilməsi bazar reallıqlarını əks etdirir, həm də aydın siqnaldır: sanksiyalarımız sərt, məqsədyönlü və effektiv olaraq qalacaq və lazım olduğu qədər davam edəcək, – nazir vurğulayıb.

Nazirliyin qeyd etdiyi kimi, qiymət tavanının aşağı salınması Avropa İttifaqı və Böyük Britaniya ilə razılaşdırılıb.

Əli Babayev

Əlaqəli Xəbərlər