“ŞƏT məkanı Azərbaycan üçün yeni bazarlara çıxmaq imkanıdır”


“Şanxay Əməkdaşlıq Təşkilatı Avrasiyanın 60%, dünya əhalisinin 42%, qlobal ümumi daxili məhsulun 26% ni özündə birləşdirən böyük təsisatdır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Azər Badamov sözlərinə belə davam edib: “Bu təşkilatda qəbul olunan qərarlar dünya siyasi iqtisadi siteminə təsir göstərir. Çində keçirlmiş ŞƏT-in 24-cü zirvə toplantısı da bu baxımdan əhəmiyyətlidir. Çində əsasən üç mövzu müzakirə olundu. Bu mövzular iqtisadi böhranlar və ticarət müharibələri, regional təhlükəsizlik və nəqliyat və enerji dəhlizləri ilə bağlı oldu. Ölkəmiz üçün bu hər üç mövzu aktualdır. Belə ki, bu gün dünyanı narahat edən əsas məsələlərdən biri iqtisadi böhranlar və ticarət müharibələrdir.

ŞƏT-in əsas aparıcı ölkəsi olan Çinin ŞƏT üzvləri ilə ticarət dövrüyyəsi 550 milyard dollara qədərdir. Yəni bu təşkilatda qəbul olunmuş qərarlar ən azından təşkilatın üzv ölkələrin iqtisadiyyatlarını qorumaq üçün vacibdir. Təbii ki, ŞƏT üzvlərinin iqtisadiyyatlarının möhkəmlənməsi dialaoq tərəfdaşı olan Azərbaycan üçün də vacibdir. Çünki, ŞƏT məkanı Azərbaycan üçün yeni bazarlara çıxmaq imkanıdır. Regional təhlükəsizlik isə sülh və əməkdaşlığın davamlılığı üçün əsas şərtdir. Bu baxımdan Azərbaycan Cənubi Qafqazda sülhün yaranması üçün yeni reallıq yaratmışdır. Yaratdığımız yeni reallıq nəqliyyat və enerji dəhlizlərinin fəaliyyəti üçün yeni imkanlar açır. Orta dəhliz və Zəngəzur dəhlizi Avrasiya üçün iqtisadi əməkdaşlıq imkanlarını genişləndirir.

ŞƏT-də qəbul olunmuş qərarlardan biri də təşkilatın 25-ci yubiley tədbirin Qırğızıstanda keçirlməsi ilə bağlıdır. Qırğızıstanda keçirləcək samittdə Azərbaycanın bu təşkilata tam hüquqlu üzv qəbul edilməsi mükündür. Bu da ölkəmizə ŞƏT məkanına inteqrasiyamızı və beynəlxalq proseslərdə iştirak etmək üçün yeni bir platformadan istidfadə etmək imkanı yardacaq”.

Ayşən Vəli

Əlaqəli Xəbərlər