“ŞƏT sammiti qlobal güc balansında yeni mərhələ açır”


“Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində qəbul edilən qərarlar təkcə region daxilində deyil, həm də qlobal miqyasda yeni siyasi və iqtisadi reallıqların formalaşmasına təkan verə bilər. İlk növbədə, bu qərarlar üzv ölkələr arasında siyasi əməkdaşlığı gücləndirməklə regional təhlükəsizlik və sabitliyin möhkəmlənməsinə xidmət edir”. Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Anar Əliyev deyib.

Onun sözlərinə görə, əgər dövlətlər ortaq təhlükəsizlik yanaşmaları əsasında fəaliyyət göstərsələr, bu, regionda risklərin azaldılmasına və münaqişə potensialının minimuma endirilməsinə şərait yaradacaq: “Eyni zamanda, sammitdə qəbul edilən iqtisadi qərarlar regional inteqrasiyanı gücləndirməyə, ticarət və enerji sahəsində əməkdaşlığı genişləndirməyə imkan verəcək. Bu, üzv dövlətlər üçün yeni bazar imkanları yaradaraq həm regional iqtisadi artıma, həm də qlobal iqtisadi sabitliyə töhfə verə bilər. Digər tərəfdən, ŞƏT-in qəbul etdiyi qərarlar beynəlxalq münasibətlər sistemində çoxqütblülüyün inkişafını stimullaşdıra bilər. Bu isə Qərb və Şərq arasında daha balanslı güc bölgüsünün formalaşmasına şərait yaradar. Yəni sammitdə qəbul edilən qərarlar yalnız üzv ölkələrin daxili maraqlarına deyil, həm də dünya siyasətində yeni güc mərkəzlərinin meydana çıxmasına təsir göstərə bilər.

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində qəbul edilən qərarlar regionda təhlükəsizliyin möhkəmlənməsinə, iqtisadi inteqrasiyanın sürətlənməsinə və beynəlxalq güc balansının daha çox çoxqütblü əsasda formalaşmasına mühüm təsir göstərəcək”.

Əlaqəli Xəbərlər