Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Asan xidmət”, “ASAN kommunal” mərkəzlərinə və “KOB evi”nə bu ilin 8 ayı ərzində daxil olan müraciətlərin xidmət növlərinə görə statistikasını açıqlayıb. SİA xəbər verir ki, statistikaya əsasən, *14 xidmət* istiqaməti üzrə *127,841* müraciət daxil olub. Bu müraciətlər arasında ən çoxu “Abonent məlumatlarında dəyişiklik edilməsi”, ən azı isə “Mexaniki sayğacların smart tipli sayğaclarla əvəz olunması ilə əlaqədar yeni smart kartların verilməsi” xidməti üzrə qeydə alınıb. Ümumilikdə *122,303* müraciətə baxılıb və xidmət göstərilib.
*5,538* abonentə isə müraciətlərinin tələblərə uyğun formalaşdırılması istiqamətində tövsiyələr verilib.