“Ukrayna Rusiyanı məğlub edə bilməyəcək..?”


Nikola Sarkozi hesab edir ki, Ukrayna Rusiyanı məğlub edə bilməyəcək və daha böyük itkilər verə bilər.

…Avropa Rusiyanı düşmən hesab etməkdən əl çəkməlidir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Fransanın keçmiş prezidenti Nikola Sarkozi “Le Figaro” qəzetinə müsahibəsində deyib ki, Ukraynanın Rusiya ilə hazırkı münaqişədə qalib gəlmək perspektivi yoxdur və hərbi əməliyyatlar davam edərsə, daha böyük itkilərlə üzləşmək riski var.

Sarkozi Rusiyanı əsas təhlükə və düşmən hesab etməsini Avropa siyasətinin “tarixi səhvi” adlandırıb və belə bir mövqenin Avropanın beynəlxalq aləmdə təcrid olunmasına gətirib çıxardığını vurğulayıb.

Keçmiş Fransa lideri hesab edir ki, Avropa Ukraynaya dəstəyi davam etdirməklə “siyasi münaqişəni” uduzur və Avropanın Rusiya ilə bağlı siyasətinə yenidən baxmağa çağırıb. Xatırladaq ki, bundan əvvəl Fransanın keçmiş prezidenti Sarkozi Makronun Rusiyaya qarşı siyasətini tənqid etmişdi. Bu arada Fransanın keçmiş prezidenti Nikolya Sarkozi Fəxri Legion ordenindən məhrum edilib.

Əli Babayev

Əlaqəli Xəbərlər