Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 3. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 4. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində; 5. 1-ci Göl kənari küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 6. Binəqədi şosesi, mərkəz istiqamətində; 7. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə…
Daha çoxDay: September 5, 2025
Kim Çen In vətənə geri döndü
Şimali Koreya lideri Kim Çen In Çinə səfərindən sonra vətənə qayıdıb. SİA xəbər verir ki, bu barədə “Koreyanın səsi” məlumat yayıb. “Yoldaş Kim Çen In ÇXR-ə səfərini başa vurub və sentyabrın 4-də axşam Pekindən xüsusi qatarla yola düşüb ”, – nəşr yazır. Sentyabrın 2-də Kim Çen In Yaponiya militarizmi üzərində qələbənin 80-ci ildönümü və İkinci Dünya Müharibəsinin başa çatması ilə bağlı mərasimlərdə iştirak etmək üçün Çinə rəsmi səfərə gəlib. Onu Çinin xarici işlər naziri Van Yi və ölkə rəhbərliyinin digər üzvləri qarşılayıblar. Çərşənbə günü Kim Çen In Çin Prezidenti Si…
Daha çoxBayden yenə xərçəngdən əməliyyat olundu
ABŞ-nin sabiq prezidenti Co Bayden baş nahiyəsindəki dəri xərçəngindən azad olmaq üçün əməliyyat olunub. SİA xəbər verir ki, bu barədə onun həkimi Kevin Okkonour “NBC News”a bildirib: “Bütün xərçəng toxumaları uğurla çıxarıldı. Cənab Baydenin vəziyyəti yaxşılaşır. Əlavə müalicə tələb olunmur”. Qeyd edək ki, Bayden 2023-cü ildə döş qəfəsindən xərçəngli dəri toxumasını çıxartdırmışdı.
Daha çoxABŞ Rusiya ilə sərhəd ölkələri maliyyələşdirməyəcək
ABŞ Rusiya ilə sərhəddə yerləşən ölkələrin orduları üçün bəzi maliyyə proqramlarını mərhələli şəkildə dayandıracaq. SİA xəbər verir ki, bu barədə “Faynənşl Tayms” (Financial Times) qəzeti məlumat yayıb. Məqalədə deyilir ki, Pentaqon ötən həftə Avropa diplomatlarını bu barədə məlumatlandırıb. Belə ki, ABŞ artıq Şərqi Avropa ölkələrinin silahlı qüvvələrinin təlimi və təchizatı üçün maliyyələşdirmə aparmayacaq. Adı açıqlanmayan ABŞ rəsmisi isə bildirib ki, bu qərar Avropa ölkələri ilə razılaşdırılıb və Trampın Avropanın öz müdafiəsinə daha çox cavabdehlik daşımalı olduğu barədə uzun müddətdir etdiyi çağırışlara uyğun olaraq verilib.
Daha çoxBu gün yağış yağacaq, şimşək çaxacaq
Azərbaycanda sentyabrın 5-də havanın yağışlı keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-24, gündüz 28-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı…
Daha çoxİsveçdə məhsullara olan ƏDV azalır
İsveç hökuməti ərzaq məhsullarına tətbiq edilən əlavə dəyər vergisini müvəqqəti olaraq 12 faizdən 6 faizə endirmək niyyətindədir. SİA xəbər verir ki, İsveç demokratları ilə razılaşdırılmış qərar gələn il aprelin 1-dən qüvvəyə minəcək və 2027-ci ilin sonuna kimi qüvvədə olacaq. Büdcə itkiləri təxminən 37 milyard kron (təxminən 3,35 milyard dollar) təşkil edəcək, lakin hakimiyyət orqanları hesab edirlər ki, bu tədbir əhalinin alıcılıq qabiliyyətini dəstəkləyəcək və iqtisadiyyatı canlandıracaq. Baş nazir Ulf Kristersson bildirib ki, yüksək inflyasiya və ərzaq məhsullarının qiymətinin artması şəraitində əhalidə belə bir islahata kəskin ehtiyac yaranıb. Qiymətlərə nəzarət etmək…
Daha çoxRuslar süd məhsullarına qənaət etməyə başlayıblar…
Alıcılıq qabiliyyəti azalmaqda davam edir… …Rusiya sakinləri qiymət artımı səbəbindən daha az süd məhsulları almağa başlayıblar. SİA-nın məlumatına görə, bunu bazar iştirakçıları DairyTrader konfransında bildiriblər. Onların fikrincə, müəssisələrin iqtisadiyyatı yaxın gələcəkdə orta hesabla daha 5 faiz qiymət artımını tələb edir, lakin belə tədbirlər istehlakın daha da azalması təhlükəsi yaradır. Əsas oyunçulardan biri misal kimi kərə yağını göstərib, o, cari endirimlərə baxmayaraq, ötən payızda 17 il ərzində rekord qiymət artımından sonra hələ də zəif satılır. …Biz tələbatın azalması müşahidə edirik. Yavaş, tədricən, ayda 1-2 faiz. Bu…
Daha çoxRus məktəblərində müəllimlərə bu ifadələrdən istifadə qadağan edilir…
Rus məktəblərində müəllimlərə tədris prosesində “tolerantlıq”, “məişət zorakılığı”, “gender” və “zorbalıq” ifadələrindən istifadə etmək qadağandır. SİA-nın məlumatına görə, bu barədə “Diqqət, xəbərlər” bildirib. …Və müəllimlərə əvəzində alternativ ifadələr tövsiyə olunur: “tolerantlıq” “hörmət” və ya “xalqlar arasında dostluq”, “gender” – “cins”, “zorbalıq” – “zorakılıq”, “məişət zorakılığı” – “psixoloji zorakılıq” ifadələri ilə əvəz olunur. Kanalın məlumatına görə, bu tövsiyələr 2025-2026-cı tədris ili üçün təhsilin xüsusiyyətlərinə dair müəllimlər arasında paylanan materiallarda öz əksini tapıb. Bu dəyişikliklər Təhsil Nazirliyinin yeni dərs ilinin əvvəlindən qüvvəyə minmiş əmrində öz əksini tapıb. Sənəd prokurorluğun sorğusu əsasında hazırlanıb.…
Daha çoxQəzzadakı müharibə sabah da başa çata bilər
“HƏMAS tərk-silah edilib təslim olarsa, qalan girovları azad edərsə, Qəzzadakı müharibə sabah da başa çata bilər”. SİA-nın məlumatına görə, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio deyib. O, Qəzzanın bəzi yerlərində insanların əziyyət çəkməsindən narahat olduğunu bildirib. “Biz çoxlu yardım göstərdik. Müharibə bitdikdən sonra da çoxlu yardım göstərməyə hazırıq”,- deyə Rubio əlavə edib.
Daha çoxAborta sövq etmək üçün məsuliyyət tətbiq etmək istəyirlər…
…Başqırdıstanda aborta təhrik üçün 500 min rubla qədər cərimə tətbiq oluna bilər. SİA-nın məlumatına görə, RBK xəbər verir ki, bu təkliflə vilayət Dövlət Assambleyasının spikeri Konstantin Tolkaçev çıxış edib. Deputat parlamentin müvafiq komitəsinə aborta təhrik qadağası olan digər federal subyektlərin təcrübələrini öyrənməyi və onun effektivliyini qiymətləndirməyi tapşırıb. Aborta təhriklə bağlı məhdudiyyətlər bundan əvvəl Rusiyanın 20 regionunda, o cümlədən Sankt-Peterburq, Mordoviya, Krım, Kirov və Bryansk vilayətlərində tətbiq edilib. Tolkaçev Başqırdıstanda belə bir təcrübənin tətbiqinin zəruriliyini qadınların reproduktiv sağlamlığına qayğı və ailənin maraqlarının qorunması ilə izah edib. Onun fikrincə, belə bir təcrübə…
Daha çox