ABŞ Prezidenti bu gün Oval kabinetdən açıqlama verəcək


ABŞ Prezidenti Donald Tramp sentyabrın 5-də Bakı vaxtı ilə saat 00:00-da Oval kabinetdən açıqlama verəcək. SİA-nın verdiyi məlumata görə, bununla bağlı Ağ Ev məlumat yayıb.

“Saat 16:00-da Prezident Tramp Oval kabinetdə bəyanatla çıxış edəcək”, – cədvəldə deyilir. Amerika liderinin çıxışının mövzusu dəqiqləşdirilməyib.

Qeyd edək ki, Tramp sentyabrın 5-də rusiyalı həmkarı Vladimir Putinlə yaxın vaxtlarda danışmaq niyyətində olduğunu açıqlayıb.

Tramp Ağ Evdə keçirdiyi brifinqdə “Bəli, edəcəyəm. Çox yaxşı dialoqumuz oldu”, – deyib.

Əlaqəli Xəbərlər