“Antitteror əməliyyatı Azərbaycanın qələbəsinin möhtəşəm bir akkordu idi”


“Antitteror əməliyyatı Azərbaycanın qələbəsinin möhtəşəm bir akkordu idi. Azərbaycan əsgəri 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın əsas hissəsini işğaldan azad etdi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, qalan hissəsini isə siyasi yolla azad etdi və Azərbaycana inteqrasiya olunması üçün dəfələrlə seperatçılara müraciət edildi: “Ancaq onlar bunu qəbul etmədilər. Vaxtaşırı təxribatlar Azərbaycanın antiterror əməliyyatları aparmasına məcbur etdi. Görünən ondan ibarətdir ki, həm 44 günlük Vətən müharibəsində, həm də antiterror əməliyyatlarında Azərbaycanın Dağlıq Qarabağ hissəsində yaşayan insanlar arasında tələfat olmadı. Bu Ali Baş Komandanın xüsusi tapşırığı idi. Bununla da Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etdi. Bu gün işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri gedir. Universitet yaradılıb, orta məktəblər tikilir, 50 minə qədər insan artıq öz torpaqlarına qayıdıb. Antiterror əməliyyatı Azərbaycan xalqının qətiyyətini, igidliyini, dövlətçiliyə bağlılığını göstərdir. Bu tarix şərəfli tarixdir və gələcək nəsillər həmişə bunu böyük hörmətlə qarşılayacaq”.

Əlaqəli Xəbərlər