Estoniya Prezidenti Alar Karis “Politico” nəşrinə müsahibəsində Rusiya Federasiyası ilə həmsərhəd olan Avropa ölkələrini ABŞ ordusunun mövcudluğunun potensial azalmasına cavab olaraq hərbi imkanlarını artırmağa çağırıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, “Rusiya ilə həmsərhəd olan Avropa ölkələri Vaşinqtonun öz hərbi imkanlarını artırmaqla bu regiondakı qoşunlarının sayını azaltması ehtimalına hazırlaşmalıdır” – deyən dövlət başçısı öz nöqteyi-nəzərini bölüşüb.