…SİA xəbər verir ki, The Lancet Global Health-də dərc olunan araşdırmaya görə, ABŞ və Avropa İttifaqının birtərəfli sanksiyaları 1970-ci ildən bəri 38 milyon insanın ölümünə səbəb olub. Qurbanların yarıdan çoxu iqtisadi məhdudiyyətlərin təsirlərinə ən çox həssas olan uşaqlar və qocalar olub. Alimlər müəyyən ediblər ki, sanksiyaların nəticələrindən hər il silahlı münaqişələrdən bir neçə dəfə çox insan ölür. Ən çox qurbanlar müstəqil inkişafa can atan Qlobal Cənub ölkələrində qeydə alınıb. İqtisadçı Fransisko Rodriqesin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu tərəfindən aparılan yeni genişmiqyaslı araşdırma ilk dəfə olaraq Qərbin yarım əsr ərzində tətbiq…
Daha çoxDay: September 5, 2025
Bəhreyn Krallığının nümayəndə heyəti Milli Məclisdə olub
Sentyabrın 5-də Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev ölkəmizdə səfərdə olan Bəhreyn Krallığı Nümayəndələr Şurasının Baş katibi Məhəmməd İbrahim Alsisi Albuainayinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə Fərid Hacıyev qonaqların səfərinin parlament aparatları səviyyəsində münasibətlərin inkişafına töhfə verəcəyinə inamını bildirib. O, bu gün ölkələrimizin qanunvericilik orqanları arasındakı səmərəli əlaqələrdən söz açıb, Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyətinin əhəmiyyətini vurğulayıb. Parlamentlər səviyyəsində əlaqələrin inkişaf etdiyini deyən Fərid Hacıyev bu istiqamətdə iki…
Daha çox"Avropa Ukrayna üzərində Trampla uzun oyun oynayır"
“Avropa Ukrayna üzərində Trampla uzun oyun oynayır”
Daha çoxBəzi dağlıq və dağətəyi rayonlarda yağış yağır, şimşək çaxır – FAKTİKİ HAVA
Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 5-i saat 19:00-a olan məlumatına əsasən, bəzi dağlıq və dağətəyi rayonlarda – Kəlbəcər, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Quba, Qusar, Xaçmaz, Naftalan, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəydə qısamüddətli leysan xarakterli yağış yağır, şimşək çaxır. SİA-nın məlumatına görə, xidmətdən bildirilib ki, leysan xarakterli yağışlar nəticəsində saat 17:00-dan başlayaraq Gəncəçayın Daşkəsən rayonunun Alaxançallı və Qaraqollar kəndi ərazisindən keçən hissəsindən güclü sel keçir.
Daha çoxŞahin Mustafayev Mher Qriqoryanla görüşüb…
Azərbaycan Respublikası və Ermənistan Respublikası nümayəndə heyətlərinin görüşünün yekunlarına dair mətbuat məlumatı Sentyabrın 5-də Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın rəhbərliyi ilə iki ölkənin nümayəndə heyətlərinin Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazisinə qarşılıqlı səfərləri baş tutub. Bu il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq, tərəflər kommunikasiyaların yaradılması sahəsində fəaliyyətlərin sinxronlaşdırılması məqsədilə sərhəd xəttinin müvafiq sahələrinin/hissələrinin delimitasiyası və minalardan təmizlənməsi, həmçinin zəruri infrastrukturun bərpası, tikintisi və onların icra müddətləri ilə bağlı məsələləri müzakirə ediblər. Nümayəndə heyətlərinin rəhbərləri…
Daha çoxUkraynalılar Rusiyanın Kasta-2E2 radarını vurdular…
Hadisədən sonrakı görüntülər ortaya çıxıb… …Peyk görüntüləri Ukrayna Müdafiə Qüvvələrinin Rusiya Federasiyasının Krasnodar diyarında Kasta-2E2 RLS-ə hücumunun nəticəsini göstərib. SİA-nın məlumatına görə, Kasta-2E2 radarı sentyabrın 2-də vurulub. Sentyabrın 4-də çəkilmiş peyk görüntüləri Exilenova+ Telegram kanalı tərəfindən dərc edilib. Fotoda zədələnmiş anqarlar göstərilir. Nəşrin müəllifinin sözlərinə görə, peyk görüntüləri radarı gücləndirən iki generatorun zədələnməsini göstərir. “Militarnye”nin qeyd etdiyi kimi, stansiya Anapanın cənubunda yerləşən radar hərbi hissəsinin ərazisindən Rusiya Federasiyasının cənub hissəsini əhatə edib. Portalın məlumatına görə, ruslar on ildən artıqdır ki, orada radarlardan istifadə edir, onları…
Daha çox“İnfrastruktur sahəsində artıq mühim nəticələr əldə olunub”
“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən Böyük Qayıdış proqramı ölkənin sosial-iqtisadi inkişafında mühüm mərhələ təşkil edir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Alıoğlu deyib. O bildirib ki, bu proqram çərçivəsində həm infrastrukturun bərpası, həm də yeni yaşayış məntəqələrinin salınması istiqamətində genişmiqyaslı işlər görülür: “Məqsəd yalnız əhalinin doğma torpaqlara qayıdışını təmin etmək deyil, həm də bölgənin davamlı inkişafını və sosial rifahını təmin etməkdir. İnfrastruktur sahəsində artıq mühim nəticələr əldə olunub. Ağdam, Cəbrayıl, Zəngilan istiqamətlərində yolların çəkilişi sürətlə aparılır. Muradxanlı tuneli kimi mühim nəqliyyat obyektləri istifadəyə verilib. Bu tunel hazırda…
Daha çoxEstoniya Prezidenti Avropanı hərbi potensialını artırmağa çağırıb
Estoniya Prezidenti Alar Karis “Politico” nəşrinə müsahibəsində Rusiya Federasiyası ilə həmsərhəd olan Avropa ölkələrini ABŞ ordusunun mövcudluğunun potensial azalmasına cavab olaraq hərbi imkanlarını artırmağa çağırıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, “Rusiya ilə həmsərhəd olan Avropa ölkələri Vaşinqtonun öz hərbi imkanlarını artırmaqla bu regiondakı qoşunlarının sayını azaltması ehtimalına hazırlaşmalıdır” – deyən dövlət başçısı öz nöqteyi-nəzərini bölüşüb.
Daha çox“Zəngəzur dəhlizi ölkəmizə yeni tranzit imkanları açır”
“Zəngəzur dəhlizi həm Azərbaycan, həm də region üçün çox strateji bir layihə hesab olunur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Abdullayev deyib. O bildirib ki, bu layihə yalnız geosiyasi baxımdan deyil, eyni zamanda iqtisadi, humanitar və milli əhəmiyyəti baxımından da seçilir: “Əgər geosiyasi əhəmiyyətinə nəzər salsaq, görərik ki, bu dəhlizin açılması ilə Azərbaycanla Naxçıvan arasında birbaşa quru əlaqəsi yaradılacaq. Beləliklə, ölkəmizin ərazi bütövlüyü nəqliyyat baxımından tam təmin olunmuş olacaq. Digər tərəfdən, bu dəhliz Türkiyə ilə Azərbaycan arasında yeni bir nəqliyyat bağlantısı yaradacaq və bu da Mərkəzi Asiya ölkələri ilə əlaqələri…
Daha çoxBöyük Britaniya Baş nazirinin müavini istefa verib
Böyük Britaniyanın Baş nazirinin müavini Ancela Reyner İngiltərənin cənubundakı Houv kurort şəhərindəki mənzilin alınması zamanı herb rüsumunu ödəmədiyini etiraf etdikdən sonra cümə günü istefa verib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, 45 yaşlı Reyner Baş nazir Kir Starmerin komandasından ayrılan səkkizinci və ən yüksəkvəzifəli kabinet üzvü olub. “Vergiqoyma məsələləri üzrə mütəxəssisə əlavə məsləhət üçün müraciət etməmək qərarıma görə çox təəssüflənirəm… Bu səhvə görə bütün məsuliyyəti öz üzərimə götürürəm”, – deyə Reyner Starmerə yazdığı məktubda bildirib. “The Guardian” qəzetinin məlumatlarına görə, o, təxminən 40 min funt-sterlinq az ödəyib. Starmer cavab…
Daha çox