Budapeştdə Azərbaycan-Macarıstan biznes-forumu keçirilib

Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclası çərçivəsində dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə Azərbaycan-Macarıstan biznes-forumu təşkil olunub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Birgə Komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto biznes-forumda çıxış ediblər. S.Babayev Birgə Komissiyanın XI iclasının nəticələrinin Azərbaycan–Macarıstan münasibətlərinin dostluq və strateji tərəfdaşlıq ruhuna uyğun olaraq əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirdiyini bildirib. Nazir vurğulayıb ki, hökumətlər əməkdaşlıq üçün razılaşma çərçivəsini müəyyənləşdirir, biznes ictimaiyyəti və investorlar…

Daha çox

“Antiterror əməliyyatları Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmalıdır”

“Antiterror əməliyyatları Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmalıdır. Antiterror əməliyyatları nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib. Onun sözlərinə görə, ölkə ərazisində qondarma rejimə son qoyuldu: “Daha sonra Yevlaxda tarixi görüş keçirildi. Birinci Qarabağ müharibəsində erməni silahlı dəstələri azərbaycanlıları qıraraq Yevlaxa qədər öz hərbi planlarını yerinə yetirməyə çalışır və Kürü sərhəd kimi görürdülər. Bu baxımdan Yevlaxda yeni Azərbaycan tarixinin yeni mərhələsi icra olundu. Separatçıların rəhbərləri ilə görüşdə mühüm qərarlar qəbul olundu. Azərbaycan dövləti tərəfindən təqdim edilən reinteqrasiya planı ərazi bütövlüyü, suverenlik və vətəndaş…

Daha çox

Bufer zonanın yaradılmasında məqsəd..?

ABŞ və Aİ Ukraynada NATO qoşunlarının olmadığı bufer zonasının yaradılmasını müzakirə edirlər …SİA xəbər verir ki, “NBC News”-un məlumatına görə, ABŞ və bir sıra Avropa ölkələri Ukrayna torpaqlarında böyük silahsızlaşdırılmış zolağın təşkili perspektivini öyrənirlər. Layihədə Səudiyyə Ərəbistanı və ya Banqladeş kimi NATO üzvü olmayan ölkələrin hərbçilərinin iştirak edəcəyi güman edilir. Bufer zonanın yaradılmasında məqsəd Ukrayna daxilində Rusiya və Ukrayna ərazilərini ayırmaq və NATO qoşunlarının birbaşa iştirakı istisna olmaqla, Kiyevə təhlükəsizlik zəmanəti verməkdir. ABŞ pilotsuz uçuş aparatları, peyk sistemləri və digər kəşfiyyat vasitələrindən istifadə edərək,…

Daha çox

Ukrayna səfirliyi Azərbaycanda uşaqlara göstərilən yardıma görə təşəkkür edib

Beynəlxalq Xeyriyyəçilik Günündə Ukraynanın Azərbaycandakı səfirliyi ukraynalı uşaqlar üçün əşyalar göndərən hər kəsə səmimi təşəkkürünü bildirib. SİA xəbər verir ki, bu barədə Ukraynanın Bakıdakı səfiri Yuri Qusev feysbuk sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, avqust ayında isti geyim, ayaqqabı və dəftərxana ləvazimatlarını toplamaq, çeşidləmək və Ukraynaya göndərmək üçün hazırlamaq mümkün olub: “Bunlar Sumı Uşaqların Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin tərbiyəçilərinə, həmçinin Rusiya təcavüzü səbəbindən evlərini tərk etmək məcburiyyətində qalan Baxmut, Pokrovsk, Mirqorod, Xerson və Sumı vilayətlərindən olan ailələrin uşaqlarına veriləcək”. Y.Qusev qeyd edib ki, toplanmış bütün əşyalar yaxın zamanda Ukraynaya göndəriləcək: “Birlikdə…

Daha çox

Zelenski və Fiko Ujqorodda görüş keçirib…

İclasda Ukrayna və Slovakiya hökumətlərinin əsas üzvləri iştirak ediblər… Slovakiyanın baş naziri Robert Fiko sentyabrın 5-də Ujqorodda Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Slovakiyanın “Dennik N” nəşri məlumat yayıb. Qeyd olunur ki, Slovakiyanın Ujqoroddakı nümayəndə heyətinə baş nazirin müavini və iqtisadiyyat naziri Denisa Sakova, xarici və Avropa işləri naziri Yuray Blanar da daxildir. Ukrayna prezidentini baş nazir Yuliya Svırıdenko müşayiət edir. Media nümayəndələri artıq Zelenski ilə Fico arasında görüş yerinin yaxınlığında toplaşıb və mətbuat konfransını gözləyirlər. Əli Babayev

Daha çox

Siyasi diletantların ucuz və uğursuz manipulyasiya oyunları

Şəxsi maraqlarını milli mənafedən üstün tutan, ayrı-ayrı Qərb ölkələrində mühacir adı ilə məskunlaşan antimilli ünsürlər, eyni zamanda, AXCP sədri kərimov əli sosial şəbəkələrdəki çıxışları ilə özlərini davamlı şəkildə ifşa etməkdədirlər. “Moizələri” onların ölkəmizdə və dünyada baş verən ictimai-siyasi prosesləri anlamadıqlarını ortaya qoyur. Mənəvi-psixoloji burulğanlar girdabında çırpınan bu ünsürlər dövlətimizin uğurlarını, müstəqil siyasətini həzm edə bilməyən antiAzərbaycan qüvvələrin pərdə arxasından idarə etdikləri prosesin iştirakçılarıdırlar. Daha doğrusu, ölkəmizə qarşı aparılan informasiya müharibəsində utanmadan qarşı cəbhədə yer alırlar. Azərbaycana qarşı çirkin niyyətlərini gerçəkləşdirməyə cəhd edən bədxah qüvvələr cızdıqları ssenarinin icrasında onlardan ustalıqla istifadə…

Daha çox

Rusiya hərbçiləri kütləvi şəkildə cəbhədən silah apararkən tutulur

Rusiya məhkəmələri avtomatların, pulemyotların və döyüş sursatlarının götürülməsi ilə bağlı işlərlə doludur. Rusiya hərbçilərinə qarşı Ukrayna ərazisindən silah və sursat ixrac etmək cəhdlərinə görə getdikcə daha çox cinayət işi qaldırılır. SİA xəbər verir ki, bu barədə qarnizon məhkəmələrinin məlumatlarını tədqiq edən “Verstka” məlumat yayıb. “Xüsusi hərbi əməliyyat qəhrəmanları” sərhəddən avtomat, pulemyot, qumbaraatan və minlərlə patron keçirməyə çalışırlar və müharibənin əvvəlindən belə halların sayı üç dəfə artıb – 2021-ci ildə 41 hal qeydə alınıbsa, 2023-cü ildə – artıq 137-dir. Nəşrin məlumatına görə, təqsirləndirilənlərin əksəriyyəti şərti cəza…

Daha çox

AQTA sədri sahibkarlarla görüşəcək

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli sentyabrın 11-i saat 15:00-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşəcək. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və digər sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyənlər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək [email protected] elektron poçtu vasitəsilə müraciət etməklə və…

Daha çox

“ŞƏT sammiti iki ölkə arasındakı münasibətləri daha da irəli apardı”

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Çin Xalq Respublikasına baş tutan işgüzar səfəri məhsuldar oldu. Xüsusilə Çində “Şanxay Əməkdaşlıq Təşkilatı Plus” formatında keçirilən sammitdə Azərbaycan Prezidentinin iştirakı, orada çıxış etməsi və keçirdiyi görüşlər yüksək qiymətləndirilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib. Onun sözlərinə görə, bu sonuncu səfər də iki ölkə arasındakı münasibətləri daha da irəli aparmaq üçün əla bir fürsət oldu: “Aparılan müzakirələr Azərbaycanın Çin iqtisadiyyatına çıxışını asanlaşdıraraq ölkəmizə Çin texnoloji yeniliklərinə birbaşa çıxış imkanı yaradıb. Bu əməkdaşlıq Azərbaycan üçün strateji əhəmiyyət daşıyan…

Daha çox

Aİ və ABŞ Rusiyaya qarşı sanksiyaları gücləndirir…

Von der Leyen və Vance Moskvaya təzyiqin vahid cəbhəsini müzakirə etdilər… Avropa Komissiyasının sədri Ursula fon der Leyen ABŞ-ın vitse-prezidenti J.D.Vens ilə Rusiyaya sanksiyalarla təzyiq göstərmək üçün birgə səylər mövzusunda telefon danışığı aparıb. SİA-nın məlumatına görə, “European Pravda” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa Komissiyasının baş mətbuat katibi Paula Pinto deyib. Vans və fon der Leyen Rusiyaya qarşı birgə sanksiyaları müzakirə ediblər. …Prezident von der Leyen və vitse-prezident J.D. Vance arasındakı bu söhbət sanksiyalarla bağlı vahid cəbhənin saxlanması ilə bağlı idi. Bunu deyən Pinto…

Daha çox