Son günlər sosial şəbəkələrdə Samux rayonunun Qarayeri qəsəbəsində yerləşən 2 nömrəli tam orta məktəbin pedaqoji heyəti yeni tədris ilinə fərqli bir yanaşma ilə başlayıb. Belə ki, pedaqoji kollektivin birgə qərarı ilə müəllimlər 2025–2026-cı dərs ilindən etibarən vahid geyim formasından istifadə edəcəklər. Maraqlıdır, görəsən, kütləvi şəkildə müəllimlər vahid formaya keçə bilərmi? Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli bildirib ki, hazırda müəllimlərin vahid formaya keçməsi ilə bağlı ölkə üzrə tətbiq edilən vahid və məcburi bir qanunvericilik sənədi mövcud deyil. Onun sözlərinə görə, bu məsələ ilə bağlı heç bir normativ-hüquqi akt, Nazirlər…
Daha çoxDay: September 5, 2025
Vəkillər Kollegiyasının sədri vətəndaşları qəbul edib
Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərliyi ilə 2025-ci il sentyabrın 5-də vətəndaş qəbulu keçirilib. Bu barədə SİA-ya VK-dan məlumat verilib. Bildirilib ki, VK-nın inzibati binasında təşkil olunan qəbulda Bakı şəhəri və respublikanın bölgələrindən müraciət edən vətəndaşların keyfiyyətli hüquqi yardımla bağlı məsələləri dinlənilib, bütün müraciətlər qeydə alınıb. Qəbul zamanı qaldırılan hüquqi problemlərin həlli yolları müzakirə olunub, vətəndaşlara müvafiq məsləhət və tövsiyələr verilib. Həmçinin bir sıra məsələlərin operativ həlli üçün tapşırıqlar verilib, araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülüb və aidiyyəti üzrə tədbirlərin görüləcəyi bildirilib.
Daha çoxArtan avtomobil qəzalarını necə azaltmaq olar?
Müasir dövrdə avtomobillər həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Hərəkət azadlığını təmin edən nəqliyyat vasitələri, eyni zamanda ciddi təhlükə mənbəyinə də çevrilə bilər. Son illərdə ölkəmizdə və dünyada avtomobil qəzalarının artması cəmiyyət üçün böyük narahatlıq doğurur. Bəs, bu cür halların baş verməməsi üçün nə etmək lazımdır? Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov SİA-ya açıqlamasında bildirib ki, xüsusilə yüksək sürətlə idarə olunan nəqliyyat vasitələri qəzaların baş vermə ehtimalını qat-qat artırır və bunun nəticəsində çoxsaylı insan həyatı itirilir. Onun sözlərinə görə, sürətin gətirdiyi ölüm, əslində, insanların bir anlıq diqqətsizliyi və məsuliyyətsizliyinin nəticəsidir:…
Daha çoxErmənistanın “102” hədəfi
İrəvan Rusiya bazasını saxlayacaqmı? Ermənistan beynəlxalq güclərin maraqlarının kəsişməsi platformasına çevrilib. Məqalə müəllifi hesab edir ki, eyni zamanda, İrəvan Moskva ilə sıx bağlı olduğunu müxtəlif üsullarla təsdiq etməyə çalışır. Gümrüdəki hərbi baza ölkənin təhlükəsizlik sisteminin əsas elementi və Rusiya ilə strateji tərəfdaşlığın simvolu olaraq qalır. Moskva ilə İrəvanın münasibətlərində baş verən son hadisələr bizi onların gələcəkdə necə qarşılıqlı fəaliyyət göstərəcəkləri barədə düşünməyə vadar edir. Bu, Ermənistanın Cənubi Qafqaz regionunda nüfuzlu və ziddiyyətli regional və beynəlxalq güclərin maraqlarının kəsişməsi platformasına çevrilməsi ilə bağlıdır. 2023-cü ildə Azərbaycan sürətli hərbi əməliyyatla bölgəyə nəzarəti…
Daha çoxAzərbaycan və Macarıstan arasında 3 sənəd imzalanıb
Budapeşt şəhərində keçirilən Azərbaycan və Macarıstan Hökumətləri arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclası çərçivəsində üç sənəd imzalanıb. SİA bu barədə Maliyyə Nazirliynə istinadən xəbər verir. İmzalanan sənədlər arasında – Birgə Komissiyanın XI iclasının nəticələrinə dair protokol, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında 2025-2027-ci illər üçün Fəaliyyət Planı, Azərbaycan Tibb Universiteti, Macarıstanın PECS Universiteti, “SCANDENS PHARMACEUTICALS INDUSTRIES LTD.” və “PANNONPHARMA” arasında Anlaşma Memorandumu var. Protokolu komissiyanın həmsədrləri – Azərbaycanın maliyyə naziri Sahil Babayev və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzalayıblar. Digər…
Daha çox“Qürurverici səfərlər və görüşlər inkişafa istiqamətləndirilib”
“Azərbaycan – Çin əlaqələri son illər keyfiyyətcə yeni bir mərhələyə yüksəlib və hər iki ölkə arasında iqtisadi – ticari, nəqliyyat, enerji, mədəniyyət, turizm sahələrində əməkdaşlığın möhkəmlənməsinə imkanlar yaratmışdır.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib. Komitə sədri qeyd edib ki, tərəflər arasında hərtərəfli strateji tərəfdaşlığın mövcud olması, dostluq, qardaşlıq münasibətlərinin genişlənməsi xalqların, dövlətlərin milli maraqlarına xidmət edir və gələcək inkişafa hesablanmışdır. “Azərbaycan Prezidenti cənab İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında çıxışı zamanı ölkələrimiz arasında münasibətlərə böyük önəm vermiş və bir…
Daha çoxMetro stansiyalarında narkomaniya ilə mübarizəyə həsr edilmiş sosial çarx nümayiş olunur
İctimai maarifləndirmə tədbirlərinin əhatə dairəsini genişləndirmək məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə aidiyyəti qurumun birgə əməkdaşlığı çərçivəsində hazırlanmış sosial çarx sentyabrın 5-dən metro stansiyalarındakı monitorlarda nümayiş etdirilir. Bu barədə SİA-ya Dövlət Komissiyasından məlumat verilib. Bildirilib ki, gənclərin narkotik vasitələrin və psixotrop maddələrin fəsadları barədə məlumatlılığını artırmaq, eləcə də narkomaniyaya qarşı mübarizədə ictimai fəallığı gücləndirmək məqsədilə hazırlanmış sosial çarxda Dövlət Komissiyasının “802 Qaynar xətt” xidməti barədə geniş məlumat verilir. Qeyd edək ki, sosial çarxın uzun müddət yayımlanması nəzərdə tutulur.
Daha çox“Sənədlər yaxın gələcəkdə Azərbaycana mühüm töhfə verəcək”
“Şanxay Əməkdaşlıq Təşkilatı üzv və tərəfdaş dövlətlərin əməkdaşlığını özündə ehtiva edən bir təşkilatdır”.Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib. O bildirib ki, 6 dövlət tərəfindən təsis olunan bu təşkilat ilkin dövrdə regional təşkilat mahiyyəti daşıyırdısa, sonradan sıralarına digər Asiya dövlətlərinin qatılması ilə artıq təşkilat beynəlxalq müstəvidə qəbul olunmağa başlayıb: “Bunun bariz nümunələrindən biri də sonuncu – 25-ci sammitdə hətta Avropa ölkələrinin bu təşkilata maraq göstərməsidir. Xüsusilə də Serbiyanı nəzərdə tutaraq bunu deyirəm. Bu da onu deməyə əsas verir ki, artıq Şanxay Əməkdaşlıq Təşkilatına maraq böyükdür. Doğrudur, bu təşkilat…
Daha çoxBu qaydalara əməl etməyənlər 4 min manatdan 13 min manatadək cərimələnə bilər
Müəssisə və təşkilatların fəaliyyəti zamanı yaranan tullantı sular ətraf mühitə, xüsusilə də su və su təsərrüfatı obyektlərinə ciddi təsir göstərir. Buna görə də tullantı sularının qanunvericiliklə müəyyən olunmuş qaydada düzgün idarə edilməsi, təmizlənməsi və digər məqsədlər üçün istifadə olunması istiqamətində cəmiyyətin maarifləndirilməsi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) qarşıya qoyduğu hədəflərindəndir. SİMDNX-dan SİA-ya verilən məlumata görə, mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmayan ərazilərdə yerləşən qeyri-yaşayış binalarında formalaşan tullantı suları çirkab quyularından istifadə olunmaqla idarə olunmalıdır. “Çirkab quyularının divarları və dibi sukeçirməz olmalı, habelə həmin…
Daha çoxAzərbaycan və Macarıstan arasında hökumətlərarası komissiyanın iclası keçirilib
Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 11-ci iclası keçirilib. SİA xəbərinə görə, iclas Macarıstanın paytaxtı Budapeşt şəhərində baş tutub. Komissiyaya Azərbaycan tərəfdən maliyyə naziri Sahil Babayev, Macarıstan tərəfdən isə bu ölkənin xarici işlər naziri Peter Siyarto rəhbərlik edib.
Daha çox